QUZANLI AĞDAMI XATIRLADIR
REGİON
Hər dəfə
adı dilimə gələndə, onun bağlı günlər yaddaşımda təzələnəndə
özümdən asılı
olmadan bir ağrılı-acılı durumun
qoynuna düşürəm. Elə bil
kimsə məni arxadan sərt bir zərbə ilə vurub qaynar qazana atır.
Bax, belə bir yaşamın
içərisində Ağdamı,
Ağdamlı günləri
xatırlamaq və o xatirələrlə yaşamaq
həqiqətən də
çətindi. Amma biz ümidli,
inamlı olduğumuzdan
bu həsrətin mütləq qələbə
ilə başa çatacağına əminik.
Bu əminliyin arxasında həm də çox böyük bir güc, yəni Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları durur. Hər birimizin prezidenti
olan İlham Heydəroğlu özünün
daxili və xarici siyasəti ilə bizi hər
gün daha da inamlı, daha da ümidli
edir.
Söylədiklərimin bariz nümunəsi kimi ölkədə həyata keçirilən
böyük iqtisadi layihələrə diqqət
yetirmək zənnimcə
özü-özlüyündjə hər şeyi sərgiləyər. Bu mənada təkcə "Regionların
İnkiqşafına Dair
Dövlət Proqramı"nın tarixini xatırlamaq və həmin sərəncamın
birinci mərhələdəki
böyük çevrəsini
göz önünə
gətirmək, eləcə
də ikinci mərhələni, yəni
2018-ci ilə qədər
olan dövrü təsəvvür etmək
özü-özlüyündə Azərbaycan adlı məmləkətin iqtisadi
qüdrətini, gücünü,
cxüsusilə onun iqtidarının peşakarlığını,
qətiyyətini açıq
şəkildə göstərmiş
olar.
Söylədiklərimin əsas qayəsi ölkənin iqtisadi qüdrəti olsa da, mən
bunu bilərəkdən,
yəni anlayışlı
şəkildə bir az kövrək
notlarla dilə gətirdim. Çünki həqiqətən torpaq itkisi, ərazimizin 20 faizdən artığının işğal
altında qalması bizim iqtisadi gücümüzə də
böyük bir zərbədi. Bir anlıq
təsəvvür edin
ki, əgər biz zorən müharibəyə
cəlb olunmasaydıq,
torpaqlarımız işğal
edilməsəydi, onda
ölkənin iqtisadi,
siyasi, hərbi gücü indikindən qat-qat çox olardı. Təəsüf
ki, işğal bizi müəyyən qədər geri atdı.,
inkişafımızın sürətinə
problem yaratdı. Amma buna
baxmayaraq, Ulu öndərimizin rəhbərliyi
altında Azərbaycan
bir məmləkət,
bir xalq olaraq özünü toparladı və bugünkü uğurlara imza atdı. Həmin uğurların sırasında
həsrətini yaşadığımız
Ağdamın da öz yeri var.
Hər dəfə
yolumuz Ağdama, daha doğrusu, bu torpağın bu gün bizim
nəzarətimiz altında
olan ərazilərinə,
xüsusilə Quzanlı
qəsəbəsinə duşəndə
yeniliklər gözümüzü,
könlümüzü oxşamaqla
yanaşı, bizi həm də təəccübləndirir. Bircə anlıq
adama elə gəlir ki, o qədim Ağdamın, o böyük şəhərin
hansısa bir hissəsi olduğu kimi Quzanlıya köçürülüb - abadlığı
ilə, dükan-bazarı
ilə, səliqə-səhmanı
ilə. Bütün bunları
isə təbii ki, ağdamlılıar Quzanlıda və bütövlükdə bu
bölgədə yaşayan
insanlar reallaşdırıb,
gerçəkləşdirib.
Bu gün Ağdam rayon İcra Hakimiyyəti və bütövlükdə
rayonun dövlət qurumları mütəşəkkil
şəkildə düşmənlə
üz-üzə dayanan
və bu əraziləri bir an belə tərk
etmədən qurub-yaradan
insanların istəklərinə
dəstək verir, onların problemlərinin çözümündə yüksək
fəallıq göstərirlər.
Heç də təsadüf deyil ki, ərazidə salınan yeni qəsəbələr, tikilən
sosial obyektlər, açılan iş yerləri, xüsusilə Quzanlıda və digər yaşayış
məntəqələrində keçirilən böyük
miqyaslı tədbirlər,
bayram şənlikləri,
toplantılar adamların
həm doğma yerlərə bağlılığını,
həm də onların sabaha ümidlərini daha da artırır. Heç də təsadüfi deyil ki, bu
bölgədə keçirilən
idman, musiqi yarışları, eləcə
də bölgənin tanınmış ziyalılarının
sakinlərlə görüşə
gəlməsi, burada dəyərli sənətçilərimizin,
alimlərimizin, tanınmış
elm adamlarımızın yaradıcılıq
gecələrinin keçirilməsi
söylədiklərimizə real bir nümunədir.
Təkcə son vaxtlarda Ağdamda
musiqimizin canlı korifeyləri - xalq artisti, professor Arif Babayevin, xalq artisti, professor Mənsum İbrahimovun, eləcə
də Azərbaycan tibb elmində Adilə Namazovanın yubileylərinin keçirilməsi,
idman yarışlarının
təşkili bu bölgədə həyatın
daha da qaynar,
rəngarəng olmasına
böyük təkan veribdi. Birmənalı şəkildə hər kəs bu tədbirlərdə yaxından iştirak etməklə yanaşı,
həm də özlərində formalaşan
böyük inamın
gerçəkləşəcəyinə
qəlbən bağlanıblar.
Təbii
ki, Regionların İnkişafına Dair Dövlət Proqramında
əsas məsələ
kimi qarşıya yeni iş yerlərinin
açılması, sosial
obyekitlərin tikilməsi
və bir də insanların təkcə maddi güzəranının yaxşılaşması
deyil, həm də onların bütövlükdə əhyat
səviyyəsinin zamanın
tələblərinə uyğunlaşdırılmasıdı.
Elə bu mənada yanaşanda onda deyə bilərik ki, bu gün
Ağdam rayonunda təhsil, səhiyyə, mədəniyyət sahəsinə
çox böyük diqqət yetirilib. İstər poliklinika və xəstəxananın,
istər kənd xəstəxanalarının, həkim
məntəqələrinin normal iş şəraitinin olması, istər rayon mədəniyyət və
turizm şöbəsinin
xətti ilə fəaliyyətdə olan mədəniyyət evlərinin,
klubların, kitabxanalarının
normal işləməsi və
burada sakinlərə yüksək səviyyədə
xidmət göstərilməsi
rayon icra hakimiyyəti
başçısı Raqif
Məmmədovun və
onun komandasının
daim diqqət mərkəzindədi. Xüsusilə
təhsil sahəsinə
həm ölkə səviyyəsində, həm
də rayon səviyyəsində
mütəmadi nəzarət
burada yeni məktəblərin tikilməsi,
yararsız məktəblərin
yenidən təmiri və bərpası, həmin məktəblərin
kompüterləşdirilməsi demək olar ki, birmənalı şəkildə nəzarətdə
saxlanılır, hətta
rayonun tiəhsil işçiləri bu məsələ ilə bağlı özlərinin
dərs ilinin əvvəlində keçirilən
konfranslarında xüsusi
söhbət açmış,
göstərilən diqqətə
görə ölkə
rəhbərinə, eləcə
də yerli qurumlara öz təşəkkürlərini çatdırmışdılar.
Həmsöhbət olduğum müəllimlərdən
biri bildirmişdi ki, bu gün
Ağdam rayonunda təhsilə çox böyük diqqət göstərilir. Ona görə
də həm müəllimlərin atestasiyası,
həm onların dərs yüklərinin bölünməsi, həm
nizam-intizam demək olar ki, diqqətçəkən
səviyyədə müsbətə
doğru dəyişibdi.
Xüsusilə məktəblilər arasında keçirilən
müxtəlif fənlər
üzrə olipiadaların,
yarışların bu
işdə çox böyük rolu var. Həm də keçirilən bilik yarışlarında şagirdlərin
ölkədə aparılan
uğurlu siyasətə,
tariximizə münasibət
də bir növü ortaya çıxır, mənimsənir.
Həmin
müsabiqələrdə, yəni Ulu öndərimizlə
bağlı, şəhidlərimizlə
bağlı, tariximizlə
bağlı mövzuları
ürəklə, həm
də öz ümidli münasibətlərilə
ifadə edən məktəblilərin göstərdikləri
nəticələr təhsilə
olan diqqətin bariz bir nümunəsdir.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-23 oktyabr.-S.7.