Cəhalətdən işığa doğru...
Bədii zövqü, ictimai baxışları milli ədəbiyyatımızın qabaqcıl ənənələri
ilə formalaşan XX
əsr Azərbaycan ədəbiyyatı realist ədəbi
məktəbinin görkəmli
nümayəndələrindən sayılan İbrahimbəy
Musabəyovun yaradıcılığında
dövrünün qabaqcıl
ideyaları dolğun təcəssümünü tapır. Sənətkarın bir neçə povest və hekayədən, "Neft və milyonlar səltənətində"romanından ibarət ədəbi irsinin XX əsr nəsrinin inkişafına
təsiri danılmazdır.
"Xoşbəxtlər", "Cəhalət fədailəri",
"Gözəllərin vəfası",
"İki dost, iki yol" povestləri həyat həqiqətlərini
əks etdirən
realist əsərlər sırasında
əhəmiyyətli yer
tutur.
Dövrünün qabaqcıl yazıçıları
kimi İ.Musabəyov da uşaqlar üçün bədii mündəricəli, məzmunlu
ədəbi nümunələrin
yaradılmasına böyük
əhəmiyyət verirdi. Bu mənada
Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadənin
redaktor və naşirliyi ilə çıxan "Məktəb"
jurnalının yazıçının
uşaq nəsrinin inkişafına göstərdiyi
xidmətdə xüsusi
yeri var. Belə ki, bu gün
də uşaq ədəbiyyatının gözəl
nümunələri hesab
olunan "Rzanın qutusu", "Çay",
"Rəhimli arvad",
"Kor və onun yoldaşı" hekayələri məhz bu jurnalın səhifələrində çapdan
çıxmışdır.
Sonralar, inkişaf
edən gerçəkliyin
həcmcə kiçik
janrlara sığışmadığını
duyan sənətkar daha geniş və əhatəli janra müraciət edərək, "Neft və milyonlar səltənətində" romanını
yazır. Əsərdə qələmə alınan hadisələr dövrün həyat həqiqətlərini əks
etdirir, Cəlil ağanın simasında bu gün də
aktual səslənən
zəhmətsiz yolla varlanmağın, pulun insan üçün ailə və ictimai həyatda pozucu təsiri önə çəkilir.
Əlamətdar hadisədir ki, əsər əsasında
"Pirone qardaşları"
aksioner cəmiyyəti
tərəfindən 1916-cı ildə çəkilən
eyniadlı film milli kino tariximizə ilk Azərbaycan filmi kimi daxil olmuşdur. Onu da qeyd edək ki, rus aktyorları
ilə yanaşı filmdə görkəmli aktyorumuz Hüseyn Ərəblinski də (Lütfəl bəy) rol almışdır.
Sonralar,
1980-ci ildə ümummilli
liderimiz Heydər Əliyevin göstərişi
ilə yazıçının
100 illik yubileyinin keçirildiyi ərəfədə
C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasının
"Neft və milyonlar səltənətində"yə
Azərbaycan kino tarixində ikinci müraciəti ilə əsər əsasında
"Qızıl uçurum"
filmi çəkildi. Romanın yenidən ədəbi nümunə kimi ekranlaşdırılmasına
olan maraq fikrimizcə, əsərdə
qoyulan "insan faktorunun ailədə və cəmiyyətdə
yeri problemi"nin əbədiyaşarlığından
irəli gələn məsələdir.
Ümumiyyətlə, İ.Musabəyov qələmə
aldığı demək
olar ki, bütün əsərlərində
köhnə çürük
adət-ənənələrə, nadanlığa qarşı
çıxır, insanların
şüurunda kök
salaraq paslanmış
konservativ düşüncəni
dəyişmək əzmi
ilə çıxış
edirdi.
Yazıçının yaradıcılığına nəzər
yetirdikdə aydın görünür ki, hər şeydən əvvəl o, böyük
maarifçidir. Və xalqının tərəqqisini
yalnız və yalnız təhsildə görən maarifpərvər
kimi pedaqoji və yaradıcı fəaliyyəti ilə xalqı cəhalətdən
maarifə, təhsilə
doğru istiqamətləndirirdi.
Başqa
sözlə desək,
zülmətdən nura
doğru yol yazıçının qayəsincə,
yalnız və yalnız elm və təhsildən keçir.
Bu baxımdan filologiya
üzrə fəlsəfə
doktoru Gülzar İbrahim qızının
İbrahimbəy Mehdibəy
oğlu Musabəyovun həyat və yaradıcılığına həsr
etdiyi "Letterpress" nəşriyyatında
çapdan çıxan
monoqrafiyasına "Zülmətdən
nura doğru..." adının verilməsi də təsadüfi deyildir.
Müəllif ərsəyə gətirdiyi
sanballı tədqiqat
işini müəllimləri
olan XX əsrin digər iki görkəmli maarifpərvər
xadiminin: akademik Həmid Araslının və professor Abbas Zamanovun unudulmaz xatirələrinə ithaf
etmişdir. Monoqrafiyanın elmi redaktoru
filologiya üzrə elmlər doktoru Xatirə Bəşirlidir.
Monoqrafiyada İ.Musabəyovun repressiyaya məruz qalmış çətin
və keşməkeşli
həyatı, ictimai-siyasi
fəaliyyəti haqqında
arxiv materialları və sənədləri
ilk dəfə tədqiqata
cəlb edilir. Arxiv sənədlərinə
istinadən ədibin elmi bioqrafiyası, pedaqoji fəaliyyəti, uşaq nəsrinin inkişafında rolu, ədəbi yaradıcılığı,
təbdil və tərcümələri, "Neft
və milyonlar səltənətində" romanının
ideya-mövzu yeniliyi, sənətkarın ilk milli
kino sənəti ilə bağlılığı,
nəsrinin dil və üslub xüsusiyyətləri ilk dəfə
olaraq tədqiqata cəlb edilir.
Gülzar İbrahim qızının
"İşıqdan nura
doğru..." monoqrafiyası
fikrimizcə, İbrahimbəy
Musabəyovun 135 illik yubileyində oxucularımıza
gözəl töhfədir.
A.Qədirova
filologiya üzrə
fəlsəfə doktoru
Ədalət.-2015.-23 oktyabr.-S.6.