ÜZEYİR HACIBƏYOV DRAMATURGİYASINA
XAS OLAN CƏHƏTLƏR
XX yüzilliyin əvvəllərində Azərbaycan mədəniyyəti
və ictimayi fikrin inkişafında Ü.Hacıbəyovun mənalı
həyat yolu, ictimayi-mədəni, pedaqoji fəaliyyəti, ədəbi
və musiqi yara-dıcılığı xalqa əvəzsiz
xidmətləri yüksək zirvədə durur.
Yaşar
Qarayevin dediyi kimi: "Üzeyir Hacıbəyov iki
böyük dövrün klassiki kimi tarixə daxil olub:
inqilabdan əvvəlki dövrün və sosializm
dövrünün! Lakin onun musiqi
dühasında bədii-mədəni keçmişimizin
bütün dövrləri əksini tapıb. Indi artıq nəinki keçmişimizi, musiqimizin gələcəyini
də Üzeyirsiz təsəvvür etmək mümkün
deyildir. O, artıq xalqın milli dühasının bir
parçasına, tariximizin özünün müasirinə-ədəbi
yol yoldaşına çevrilib"
Azərbaycan
dramaturqları içərisində komediya janrında, şən
məzhəkəçilikdə Üzeyir Hacıbəyov qədər
müvəffəq olan sənətkarlar az
olmuşdur. Professor Ə.Sultanlı haqlı
olaraq yazır, "Üzeyir Hacıbəyov məhz M.F Axundov
və C.Məmmədquluzadənin dramaturji üslubunu izləyərək
şuxluğu, məlahəti ilə hələ ədəbiyyat
tariximizdə misli görünməmiş məzhəkələr
yaratmışdır."
Ü. Hacıbəyov
komediyalarının ədəbi həyat hüququ
qazanması, hafizələrdən silinməməsi, oxucu və
tamaşaçısını daim güldürən və
düşündürən olması onun dahilərə məxsus
böyük istedad sahibi olmasına dəlalət edir. Ü.Hacıbəyov komediyalarında nəinki sujet xətti
quranda, həmçinin konflikt yaradanda da, çox zaman emosional
hisslərdən istifadə edir, əsas sürətləri
komik hadisə və əhvalatlarla bağlayaraq, onların gərgin
iztirablarından böyük şadlığa qədər
bütün subyektiv hissiyyat və duyğu aləmini üzə
çıxarır. Dahi bəstəkar "Ər və
arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" əsrlərində dövrün
mühüm tələblərinə cavab verə bilən
qabaqcıl ideyaların təbliği məqsədi ilə zəngin
formalar tapmış, əsərlərin bədii dəyərini
təbliğ etmək istədiyi ideyalar səviyyəsinə
qaldıra bilmişdir.
Ü.Hacıbəyov dramaturgiyasında orijinal, maraqlı
süjet və kompozisiya yaratmaq, obrazların xarakterinə
uyğun dialoq və monoloqlar qurmaq, həyatın ən
qabarıq səhnələrinin əks etdirməsi
başlıca cəhətlərdəndir. Onun
komediyalarının süjeti özündə yığcam və
aydın olmaqla heç bir yerdə qırılmır,
dolaşığa düşmür, ümumiləşdirilmiş
həyat hadisələrini birləşdirir. Ü.
Hacıbəyovun əsərlərində hadisələr
ziddiyyətli olsa da, o həmin ziddiyyətlərlə pyeslərin
həyat materiallarını yaradır. Yazıçının
da müvəffəqiyyəti ondadır ki, bu qədər
ziddiyyətli həyat materiallarını son dərəcə
aydın, yığcam süjet xətti ilə idarə edə
bilir.
Üzeyir Hacıbəyovun komediyaları oxucu və
tamaşaçıya hər zaman əvvəldən axıra qədər
inkişaf edən hadisələri izləmək, nəticə
çıxarmaq imkanı verir. Yazıçı cəmiyyətin
gülünc və eybəcər cəhətlərini göstərmək
məqsədi ilə maraqlı və orijinal süjetlərdən
istifadə etmiş, həmin süjet altında müəyyən
mütərəqqi ideyalar təbliğ etməyə
çalışmışdır.
"Ər
və arvad", "O olmasın, bu olsun" pyesindəki
gülüş cəmiyyətə zərərli olan, ictimai
inkişafa ləngidən aşağı səviyyəli məmurları
və qeyri-sağlam düşüncəli insanları
ifşa edir, öldürücü satiraya çevrirsə
"Arşın mal alan"
komediyasındakı gülüş qarşılıqlı
anlaşma əsasında ailə qurmaq ideyasını təbliğ
xarakteri daşıyır. Üzeyir Hacıbəyov
satira və yumor vasitəsilə cəmiyyətdə hər
cür köhnəliyi, ictimai inkişafa təsir göstərən
xüsusları tənqid və ifşa etməyə
çalışırdısa bunu məqsədyönlü surətdə
XX əsr intibahı üçün xeyirli olan mütərəqqi
ideaların, mövcud sağlam qanunların müdafiəsi
üçün həyata keçirirdi.
Klassik
nümunələr kimi, Azərbayan ədəbiyyatına daxil
olan "O olmasın, bu olsun" və "Arşın mal alan" əsərləri Üzeyir Hacıbəyovu
görkəmli dramaturq kimi yüksək zirvəyə
qaldırıb adını həmişəlik əbədiləşdirdi.
Dövrün tələbilə dramaturgiya aləminə
gələn Üzeyir Hacıbəyov hələ ilk kiçik
dramatik səhnəciklərdən başlayaraq, xalqın həyatı,
məişəti, adət və ənənələrini dərindən
öyrənmiş, güclü tənqidi mühakiməyə,
yüksək sənətkarlığa yiyələnmiş,
bir çox ölməz komediyalar yaratmışdır.
XX əsr Azərbayan burjua ziyalılarının tipik
şəraitlə bağlı ictimai münasibətlərini əks
etdirən bu əsərlər, dramaturgiyamıza əbədi həyat
hüququ qazanan əsərlər kimi daxil olur.
Ü.
Hacıbəyovun əsərləri Azərbaycan
dramaturgiyasının "Hacı Qara", "Müsibəti-Fəxrəddin",
"Bəxtsiz cavan", "Ölülər" kimi milli bəlaların
faş edildiyi yüksək səviyyəli əsərlər
sırasına daxil edilir. Dahi bəstəkarın digər əsərlərini
nəzərə almasaq, yəni o heç bir əsər
yazmasa belə yalnız "O olmasın bu olsun" əsəri
müəllifinin adına ölməzlik gətirmişdir.
Əsər M.F.Axundov, N.B.Və-zirov,
Ə.Haqverdiyev kimi dahilərin adları ilə bərabər
Ü. Hacıbəyovun adının da yazılmasına səbəb
olmuşdur.
Müasirlərindən,
Üzeyir Hacıbəyov haqqında yüksək fikirdə
olan N. Nərimanov dramaturqun "Arşın mal alan",
"Əsli və Kərəm" operası haqqında
1916-cı illərdə bir-birinin ardınca məqalələr
dərc etdirmiş, hər iki əsər haqqında yüksək
fikirdə olduğunu söyləmişdi.
Y.Qarayevin də dediyi kimi, "ictimai-fəlsəfi fikirdə
və dövlət təfəkküründə-Nəriman Nərimanovun,
bədii publisistikada Cəlil Məmmədquluzadəni, komediyanəvisliklə-Axundovun! İstisnasız
bütün sahələrdə şüur intibahının
musiqidə əksi, milli opera vüsətində simfonik,
monumental ifadəsi-Üzeyir Hacıbəyov olur!"
Ü.
Hacıbəyov şeir və folklor klassikamızı, musiqi
klassikasına çevirəcək. Nizami, Fizuli
qəhrəmanlarını orta əsrlərdən
götürüb XX əsrə qədər "gətirə
bilmiş", qədim Şərqdə ilk milli bəstəkarlar
nəslinin əsasını qoymuşdur. Dahi bəstəkarın
"Leyli və Məcnun"u, "Koroğlu"su,
"Şeyx Sənan", "Rüstəm və
Söhrab"ı, "Şah Abbas və Xurşudbanu"su,
"Əsli və Kərəm"i, "O olmasın bu
olsun"u, "Arşın mal alan"ı Azərbayan xalq
musiqisinin həm mənşəyi, həm də zirvə-sini əks
etdirən operalar, həm keçmişi, həm də
yaşadığı dövrü əks etdirən
güzgüdür.
H.İ.Qasımov
"Əsli və Kərəm" operasını ilk tamaşası
haq- qında 1912-ci ildə dərc etdirdiyi resinziyada
Ü.Hacıbəyovun görkəmli musiqişunas,
bacarıqlı opera və operettaçı olduğunu qeyd
edir: "Əsli və Kərəm" haqqında: "g
gözəl", musiqi əla, xorları yerli yerində
olduğunu söyləsədə bununla belə "gdrama və
faciələr millətə bu qədər mənəvi mənfəət
verirkən camaatı opera və operettaya öyrətmək bir
dürlü bizi məmnun edəmiyor! Söz yox ki, Hacıbəyovun
əsərləri məslək və fikrialidən nazik
baş yoxdur ki, o məslək və ideyanı
çalğı lisanında əks eləyəkg"
Ü.Hacıbəyova Azərbaycanda operanın, musiqinin,
teatrın təməl daşını qoymaqda H.Ərəblinski
və H.Sarabskinin əvəzsiz köməyi olmuşdur. "Leyli və
Məcnun" operasının ilk rejissoru H.Ərəblinski, Məcnunun
ilk ifaçısı H.Sarabski olmuşdur. Bu iki istedadlı səxsin Ü.Hacıbəyovun bir
çox musiqili komediyalarının səhnə və tarixdə
uğur qazanmasında xidmətləri böyükdür.
Böyük bəstəkarımız Qara Qarayev
Üzeyir Hacıbəyovu "Musiqi mədəniyyətimizin
atası" adlandırıb.
Üzeyir
Hacıbəyovun həyat və yaradıcılığı
ilə yaxından tanış olanda onu təkcə
Azərbaycan musiqi mədəniyyətinin atası yox,
bütünlükdə Azərbaycan mədəniyyətinin
atası hesab etmək olar. O, təkcə bəstəkar deyil,
həm də pedaqoq, peşakar jurnalist idi. Onun,
Azərbaycan mədəniyyətinə göstərdiyi xidmət
əvəz olunmazdır.
Üzeyir
Hacıbəyov Azərbaycan
musiqişünaslığının inkişafına dair
"Azərbaycan xalq musiqisinin əsasları"
monoqrafiyasının, "Opera və dramın tərbiyəvi
əhəmiyyəti haqqında", "Az-ərbaycan musiqi həyatına
bir nəzər", "Şərq musiqisi və Qərb
musiqisi aləti", "Azərbaycan musiqi tərəqqisi",
"Aşıq sənəti", "Azərbaycan türk
xalq musiqisi haqqında" və s. kimi məqalələrin
müəllifi, xalqımızın ən həzin hisslərini
ifadə edən "Sevgili canan", "Sənsiz" kimi
romansların, "Aşıq sayağı", "Cəngi"
kimi xalqın mərdliyindən, zəngin mənəvi aləmindən
xəbər verən pyeslərin müəllifi, Azərbaycan
Respublikasının Dövlət himnini bəstələmiş
dahi sənətkar idi.
Üzeyir Hacıbəyovun Azərbaycan mədəniyyətinin
bütün sahələrinin inkişafında göstərdiyi
xidmətlər, xalqının mənəvi ehtiyacına xidmət
missiyası idi.
Bu böyük bəstəkarın ədəbi
yaradıcılığının zəhmətkeş tədqatçısı
M.Aslanov Üzeyir bəyin publisistikasından bəhs edərək
yazır ki, o "bəzən də ehtiyac məqamında
yazır."
Doğrudan da, bir çox sənətkarlar kimi Üzeyir
Hacıbəyov da yaradıcılığa
başladığı illər maddi ehtiyac içində idi. Lakin
xal-qına xidmət etmək, xalqı üçün
yazıb-yaratmaq ehtiyacı maddi ehtiyacdan da yüksək dururdu.
Xalqına, ana dilinə, tarixinə, mədəniyyətinə
böyük hörmət və ehtiram edən bəstəkar
"gavropalılar bu darı-dünyaya ana bətnindən mədəniyyətli
halda düşməyiblər". Bizim də
zatımızda "elm ilə münəvvər olunmaq"
qabiliyyəti var, biz də "mərifət sarayına daxil
olmağa" hazırıq, amma, "mədəniyyət
bulağından su içməyimizə mane olurlar.
Üzeyir
Hacıbəyovun fikrincə gün ərzində on dörd
saat işləyib bir tikə çörək pulu qazanmaq
üçün çalışan fəhlə necə mədəniyyətli
ola bilər ki, onun nəinki teatra getsin,
bayram etsin, övladının təlim-tərbiyəsi ilə
məşğul olsun ki, onun heç dincəlməyə
vaxtı olmur.
Vətənini, xalqnı dərin məhəbbətlə
sevən Üzeyir bəyin Azərbaycan dili ilə bağlı
narahatlığı daha çox idi. O, görürdü ki, xalqın
ziyalıları, mədəniyyət və maarif xadimləri
öz ana dillərini təmiz bilmirlər. Üzeyir bəy ana
dilimizin inkişaf etməsindəki çətinliyi
görür, bundan narahat olaraq hələ 1910-cu ildə
yazırdı: "Bir millətin ki, dili batdı, onda o millətin
özüdə batar. Çünki bir millətin
varlığına, isbati-vücud etməsinə səbəb
onun dilidir".
O,
dövrün ağrı-acıları bir çox sənətkarlar
kimi Üzeyir bəydən də yan keçməmişdi. Azərbaycan musiqisinin inkişafı, Üzeyir Hacıbəyov
yaradıcılığının geniş və rəngarəng
müvəffə-qiyyəti çoxlarını narahat edirdi.
Nadan ziyalılar onun şəxsiyyətinə,
yaradıcılığına, xüsusən
"Arşın mal alan" operasına
layiq olmadığı təhqiramiz hücumlar edir, ələ
salır, lağa qoyurdular. Bu barədə
görkəmli jurnalist Hüseyin Minasazovun qeyd etdiyi kimi
"onun gözəl əsərlərini utanmazcasına
oğurlayırdılar, istedadsız şəkildə onu
yamsılayırdılar".
Üzeyir bəyin ölməz əsərləri təkcə
Azərbaycanda deyil, bir çox ölkələrdə,
xüsusən türkdilli ölkələrdə
tanınılır və sevilir.
Elçinin
bu böyük sənətkar haqqında söylədiyi
sözlər onun yaradıcılığına verdiyi yüksək
qiymət kimi səslənir: "Üzeyir bəyi oxuyursan, onu
dinləyirsən, on dəfə oxuyursan, dialoqları əzbər
bilirsən, yüz dəfə dinləyirsən, melodiyalar hafizənə
həkk olunub qalır, lakin bu qədər tanış
yaradıcılığının özündə səni hər
dəfə yeni-yeni kəşflər gözləyir"
Ü.
Hacıbəyov yuxarıda qeyd etdiyimiz kimi, həm də bir
jurnalist idi. O, operalarını yazdığı illərdə
jurnalist kimi də fəaliyyət göstərərək
tanınırdı. Üzeyir Hacıbəyov 1905-ci ildə
"Həyat" qəzetində tərcüməçi,
1905-1908-ci ildə "Irşad", 1908-1909-ci ildə "Tərəqqi",
1909-1910-cu ildə "Həqiqət", 1912-ci ildə
"Iqbal" qəzetində felyetonçu, 1915-1916-cı ildə
isə "Yeni Iqbal" qəze-tində redaktor işləmişdir.
O, yazıçı-jurnalist kimi fəaliyyət göstərəndə
yaxşı bilirdi ki, Azərbay-canda savadlı, yəni
yazılanları oxuyub başa düşən bir o qədər
də çox deyil. Lakin yenə də
yaz-dıqlarını xalq üçün nəzərdə
tutur, xalqın anlayacağı bir dildə yazırdı.
Hər
zaman xalqın taleyini düşünən jurnalist haqqında
mərhum professor Əli Sultanlı yazırdı: "öz məqalələrində
xalqın taleyi ilə yaşayan jurnalist daim xalq adından
çıxış edir, felyetonlarında xalqın
düşmənlərini və çar istibdadını
ifşa ilə mollanəsrəddinçilərlə
çiyin- çiyinə gedir, musiqi və dramaturji fəaliyyəti
ilə M.F.Axundov və C.Məmmədquluzadənin demokratik və
realist yaradıcılıq yoluna düşür".
Ağır və kəşməkeşli bir dövrdə
yaşayıb yaradan Üzeyir Hacıbəyovun bütün
yaradıcılığı xalqa məhəbbət,
xalqının dilinə məhəbbət, el-obasının
sadə, zəhmətkeş insanına, sıravi vətəndaşına
məhəbbətlə yoğrulmuşdu.
Göyərçin Abidqızı
Filologiya üzrə fəlsəfə
doktoru
Ədalət.-2015.-23 oktyabr.-S.6.