Səlim Müslümov
Şamaxıda vətəndaşları qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şamaxı
rayonunda bu rayonun və Qobustan, İsmayıllı,
Ağsu, Göyçay
rayonlarının sakinlərini
fərdi qaydada qəbul edib.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə
əlaqələr şöbəsindən
Trend-ə verilən məlumata
görə, vətəndaşlar
əsasən məşğulluğun
və əmək hüquqlarının təminatı,
mənzil və minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanma, bərpa müalicəsi və reabilitasiya vasitələri, əlil arabası, sanator-kurort yollayışı ilə
təmin olunma və başqa məsələlərlə bağlı
müraciət ediblər.
Müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin
iştirakı ilə
obyektiv şəkildə
araşdırılaraq cavablandırılıb,
bir sıra vətəndaşlara müraciətləri
ilə bağlı hüquqi izahatlar verilib. S.Müslümovun göstərişinə
əsasən müraciətlərin
bir qismi elə yerindəcə həll olunub, o cümlədən bir sıra vətəndaşlara
münasib iş yerlərinə göndərişlər
verilib, qəbula gələn bir nəfər əlilliyi olan şəxs müraciətinə uyğun
olaraq əlil arabası ilə təmin olunub.
S.Müslümov ayrı-ayrı vətəndaşların
müalicəsinə köməklik
göstərilməsi, sanator-kurort
yollayışı ilə
təmin olunmaları və s. barədə tapşırıqlar verib:
“Azərbaycan Prezidenti
cənab İlham Əliyevin sosial cəhətdən həssas
qruplara diqqət və qayğısı həmin şəxslərlə
bağlı bütün
proqramların icrasının
yüksələn xətlə
davam etdirilməsinə
şərait yaradıb.
Bunun daha bir ifadəsi kimi, cari ilin
9 ayında “2015-ci il ücün əlillərin
və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqram”ı
cərcivəsində tədbirlərə
ötən ilin müvafiq dövrü ilə müqayisədə
33,8 % çox, o cümlədən
əlilliyi olan şəxslərin və sağlamlıq imkanları
məhdud uşaqların
müalicəsinə köməklik
üçün 77,3% çox,
onların cəmiyyətə
inteqrasiyası və onlar üçün bərabər imkanların
yaradılması layihələrinə
2,6 dəfə çox,
belə insanların xarici ölkələrdə
reabilitasiyasına şərait
yaradılmasına 9,8% çox,
əlilliyi olan şəxslərin sosial-məişət
problemlərinin həllinə
50%-dən çox vəsait yönəldilib”.
Mənzil
və minik avtomobili ilə təmin olunmaqla bağlı müraciətləri
cavablandırarkən S.Müslümov
müharibə əlilləri
və şəhid ailələri üçün
tikilən fərdi evlərdən inşası
yekunlaşan evlərin,
hazır yaşayış
binalarından alınmış
və təmiri başa çatan mənzillərin istifadəyə
verilməyə başlandığını,
bu ilin ötən
dövründə 150-dən çox müharibə əlili və şəhid ailəsinə
yeni mənzilin təqdim edildiyini bildirib: “Bakıda və bir sıra
bölgələrdə çoxmənzilli
yaşayış binaları
da inşa olunur. Hazırda sakinlərini qəbul etdiyimiz Şamaxı rayonunda da müharibə
əlilləri və şəhid ailələri
üçün 36 mənzilli
yaşayış binası
və 1 fərdi ev tikilir.
Eyni zamanda Qobustan rayonunda 3, İsmayıllı
rayonunda 3, Ağsu rayonunda 10, Göyçay rayonunda 3 fərdi ev inşa edilir”.
Nazir qeyd edib ki,
müharibə əlilləri
və onlara bərabər tutulan şəxslərə təkcə
son bir ayda 300 minik avtomobili verilib və yaxın günlərdə
daha 100 avtomobil onlara təqdim olunacaq: “Minik avtomobili üçün növbəyə dayanmaqdan
ötrü müvafiq
tibbi göstəriş
olmalıdır. Bu ilin
9 ayında Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə
müraciət edən
1219 nəfər imtiyazlı
şəxs ciddi şəkildə müayinə
edildikdən sonra onlardan yalnız 32,2 faizinə, yəni 393 nəfərinə minik avtomobilinə tibbi göstərişin olması
barədə qərarlar
qəbul edilib və onlar növbəyə
götürülüb”.
Qəbul zamanı vətəndaşlar
müharibə əlilləri və şəhid ailələri
üçün yeni
mənzillərin inşa olunmasına,
imtiyazlı şəxslərin minik
avtomobilləri təminatına göstərdiyi böyük diqqət və qayğıya
görə dövlətimizin başçısına minnətdarlıqlarını
ifadə ediblər. Qəbula gələn ayrı-ayrı
şəxslərin müraciətləri nazirliyin
fəaliyyət sahələrinə aid
olmadığından həmin müraciətlər aidiyyəti
qurumlara göndərilməsi üçün qeydiyyata
alınıb.
ədalət.-2015.-24 oktyabr.-S.5.