KÜRDƏMİR: İNKİŞAFIN VƏ MODERNLƏŞMƏNİN YENİ ÜNVANI

REGİON

 

 (əvvəli ötən sayımızda)

 

Kənd təsərrüfatı ilində...

 

Hesabat dövründə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonda aqrar sektorun inkişafı sahəsində ardıcıl işlər aparılmışdır.

38788 hektarda əkilmiş taxıl sahələri 1.5 dəfə suvarılmış, 24 min hektardan çox sahəyə üzvümineral gübrələr verilmiş, 8 min hektarda ziyanvericilərə qarşı, 6 min hektarda alaq otlarına qarşı mübarizə aparılmışdır. Toxumluq taxıl sahələrinə fərqli qulluq təşkil olunmuş, taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 136 kombayn çıxarılmış, 20 günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır.

Yüksək məhsul əldə etmək üçün vaxtında görülmüş aqrotexniki tədbirlər və havaların taxılçılıq üçün əlverişli olması nəticəsində bu il rayonun tarixində rekord miqdarda 109 min tondan çox məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 28,1 sentner olmuşdur ki, buda ötən ildəkindən 12 sentner çoxdur. Toxum istehsalına daha diqqətlə yanaşılmış, 6 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 5 min tondan çox yüksək reproduksiyalı toxum əldə edilmişdir. Bu il 500 hektardan çox sahədə dənlik qarğıdalı əkilmiş, ən müasir texnologiya ilə becərilməsi təşkil olunmuş, 1000 tondan çox qarğıdalı dəni əldə edilmişdir.

Bu il 13104 hektardan yonca, 1218 hektardan kartof, 2700 hektardan tərəvəz, 4098 hektardan bostan, 86 hektardan günəbaxan yığılmış, ötən ilə nisbətən 69 tondan çox kartof, 18 min tondan çox bostan, 50 tondan çox günəbaxan məhsulu götürülmüşdür.

Kürdəmir "Aqrotexservis" filialının maddi-texniki bazası bir qədər yaxşılaşdırılmış, filiala əlavə traktor, kombayn və digər kənd təsərrüfatı maşın və mexanizmləri və bu il 15 ədəd müasir kombaynlar verilmişdir.

İstehsalçılar 800 tondan çox güzəştli qiymətlərlə mineral gübrələr almışlar.

Fzikihüquqi şəxslər tərəfindən 150 traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülmüşdür. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin əsasən optimal müddətlərdə görülməsi mümkün olmuşdur. Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 64,0 min başa, qoyun keçilərin sayı 130.0 min başa çatmış, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin doqquz ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 0.9 %, süd istehsalı 0.4 %, yumurta istehsalı 0.2 faiz, yun istehsalı 3.4 % artmışdır.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bu ilin 9 ayında rayonda 588 iri buynuzlu mal süni mayalandırılmış, 325 baş bala alınmışdır. Lizinq yolu ilə alınmış 158 baş cins düyə artırılaraq 530 başa çatdırılmışdır. Bu heyvanların yüksək texnologiya ilə saxlanılması təmin olunmuşdur.

 

Əhaliyə göstərilən xidmətlər diqqət mərkəzindədir

 

Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur. Rayon mərkəzində və kəndlərdə qəzalı vəziyyətdə olan elektrik dirəklərinin, köhnəlmiş naqillərin, texniki cəhətdən nasaz olan sayğacların dəyişdirilməsinə, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunmasına diqqət artırılmışdır. 2015-ci ilin 9 ayında rayonun elektirik enerjisi təminatının yaxşılaşdırılması sahəsində 35/10 kv-luq Axtaçı və Mollakənd yarımstansiyalarında təmir işləri aparılmışdır. Şəhər ərazisində 7 ədəd yeni transformator quraşdırılmış, 5 ədədi əsaslı, 11 ədədi cari təmir olunmuş, 10 kv-luq "Şəhər-2" hava xətti yenidən qurulmuşdur.

Sığırlı, Şıxımlı kəndində və Qarabucaq qəsəbəsində 4 ədəd yeni transformator quraşdırılmışdır. 21.2 km 0.4 kv-luq SİP kabel xətti çəkilmiş, 1200 ədəd SMART kart tipli və 300 ədəd elektron tipli yeni sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması işləri yüksək sürətlə davam etdirilir. Tikinti-quraşdırma işləri başa çatdırılmış 190 fərdi mənzildən ibarət Garıs Əyribənd, 114 fərdi mənzildən ibarət Çöl Ərəb, 150 fərdi mənzildən ibarət Ərəbxana və 459 fərdi mənzili əhatə edən Karrar kəndlərinə qazın açılması təmin edilmişdir.

Hal-hazırda rayonun Karrar qəsəbəsi, Ərəbqubalı, Məhərrəmli, Sor-Sor, Muğanlı, Çöl Qubalı, Şilyan, Xınıslı Ərşəli kəndlərində qazlaşdırma işləri başa çatmaq üzrədir, Qoçulu, Dayıkazımlı, Mehdili, Öyləqulu, Axtaçı, Mollakənd, Carlı kəndlərində tikinti işləri sürətlə davam etdirilir. İlin axrına qədər aparılan əksər kəndlərə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.

 

Abadlıq və tikinti quruculuq işləri davam edir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2015-ci ilin 9 ayı ərzində rayonda xeyli tikinti-quraşdırma, yenidənqurma və abadlıq işlıri yerinə yetirilmişdir.

Belə ki, Heydər Əliyev parkında Heydər Əliyev muzeyinin qarşısındakı ərazidə beton mozaik tavalar 1406 m2 sahədə qranit plitələrlə əvəz edilmiş, muzey qarşısındakı klassik formada quraşdırılmış fontan qurğusu sökülərək yenidən yeni üslubda, modern tipli fontan qurğusu quraşdırılmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-28 oktyabr.-S.7.