BÖYÜK ALİMİN ƏDƏBİ TƏNQİDİ DÜŞÜNCƏLƏRİ

 (əvvəli ötən sayımızda)

 

Görkəmlı tənqidçi Həmid Araslı kitab haqqinda qeyd edir ki; "Bəkir Nəbiyevin F. Köçərlinin çoxcəhətli fəaliyyətinin elmi əhəmiyyətini açıb göstərən ilk bu günə qədər yeganə əsəri, xüsusən "Azərbaycan ədəbiyyatı Böyük Vətən müharibəsi illərində", "Süngüyə çevrilən qələm", "Böyük Vətən müharibəsi Azərbaycan ədəbiyyatı" kitabları müharibə dövrünün Azərbaycan ədəbiyyatının monumental mənzərəsini yaratdığı, qələbədən sonrakı ədəbiyyatda hərbi-vətənpərvərlik mövzusunda yazılmış əsərləri sistemə salıb istiqamətlərini müəyyən etdiyi üçün həm mütəxəssislərin, həm geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır".

Məmmədcəfər Cəfərov "Kamalın təntənəsi" kitabına yazdıgı müqəddimədə: "Kamalın təntənəsi" ("Böyük Vətən müharibəsi Azərbaycan ədəbiyyatı") monoqrafiyasının müəllifi, istedadlı tənqidçi ədəbiyyatşünas Bəkir Nəbiyevin yaradıcılığı çoxcəhətlidir: müasir ədəbi proses, ədəbiyyatın nəzəri problemləri, ədəbi əlaqələr, ədəbiyyat tarixçiliyi, tərcümə problemləri... Bununla belə, Böyük Vətən müharibəsi dövrü Azərbaycan ədəbiyyatının qələbədən sonra müharibə mövzusunda müxtəlif janrda yazılan əsərlərin tədqiqi təbliğinə böyük fikir verməsi onun elmi fəaliyyətində diqqəti xüsusilə cəlb edən cəhət olmuşdur ki, bu da təsadüfi deyildir". Bəkir Nəbiyevin Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüş bu əsərində müharibə illərində Azərbaycan ədəbiyyatının xalqın həyatı ümumi düşmənə qarşı mübarizəsi ilə qırılmaz tellərlə bağlı olması fikri zəngin faktlar əsasında təhlil edilmişdir.

Tənqidçinin "Süngüyə çevrilmlş qələm" (1970) əsərində müharibə dövründə ədəbiyyatımızın keçdiyi yol tədqiq edilmiş, onun xalq həyatı ilə əlaqəsi, zamanın irəli sürdüyü vəzifələrə necə cavab verməsi, janr müxtəlifliyi, başlıca mövzuları, bədii imkanları, sənətkarlıq məsələləri kimi problemlər işıqlandırılmışdır. Tənqidçi bu illərdə dövri mətbuatda cap olunmuş bədii əsərlər, tənqidi məqalə publisist çıxışlar, cəbhə qəzetləri, əsgər məktubları, xatirələr, arxiv sənədləri əlyazmalar da daxil edilməklə ədəbiyyatşünaslıq ədəbi tənqidin əldə etdiyi təcrübədən oxucuya gözəl bir material verir.

"Bəkir Nəbiyevin "Süngüyə çevrilmlş qələm" monoqrafiyası uzun illərdən bərı aparılan tədqiqatın səmərəli nəticəsi kimi, bir tərəfdən xalqımızın misilsiz qəhrəmanlıq fədakarlıgını, vətənpərvərliyin gücünü canlandırırsa, digər tərəfdən bu qələbənin qazanılmasında ədəbiyyatın rolunu inandırıcı elmi dəlillərlə bir daha təsdiq edir...."

Müasir ədəbi proses Bəkir Nəbiyevin başlıca tədqiqat obyektidir. Tənqidçi bu tədqiqatın mühüm nəticələrini ədəbi yaradıcılıgın vacib problemlərinə, ayrı-ayrı janrlar sahəsində Azərbaycan ədəbiyyatında əldə olunmuş nailiyyətlərə həsr etmişdir. "Təzə izlər sorağında" (1979) kitabında tənqidçinin bəzi məqalələri resenziyaları toplanmışdır. Əsərdə Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm kimi görkəmli sənətkarlarımızın yaradıcılığının özünəməxsusluğu, əsərlərindəki yeniliklər tənqidçinin diqqət mərkəzindədir. B. Nəbiyev əsərdə S.Vurgun, S.Rüstəm, M.Müşfiq, R.Rza, M, Rahim, O. Sarıvəlli, Ə. Cəmilin yaradıcılıqlarının həmişə xalqın taleyi ilə, xalq tarixinin mühüm mərhələləri ilə qırılmış tellərlə bağlı oldugunu göstərir.

1983-cü ildə çap olunmuş "Müasirlərimiz bədii ədəbiyyatda" kitabında Azərbaycan yazıçılarının 1970-1980-ci illərdə çap olunmuş əsərləri əsasında hazırlanmış dəyərli əsərdir.

Tənqidçi burada C. Cabbarlının, S. Rüstəmin, M. Müşfiqin, S. Vurgunun, R. Rzanın, O. Sarıvəllinin, M. Rahimin, M. Dilbazinin, Ə. Cəmilin, N. Rəfibəylinin bir sıra görkəmli şairlərin poeziyasını fərqləndirən xüsusiyyətlərdən bəhs edir.

"Ə. Cavad, H. Cavid, M. Müşfiq kimi A.İldırım da türk dilinin, o cümlədən Azərbaycanın müstəmləkə əsarətindən xilas olduğu bu günü görə bilmədi".

"Poeziyada müasirlik deyəndə biz eyni zamanda əsərin yaşadığımız günün ən vacib meyillərini əks etdirməsini, mövzu aktuallığını, ideya-siyasi səviyyəsini, həm bunlarla vəhdətdə təzahür edən əsl sənətkar fərdiyyətini, poetik mükəmməlliyinin meyarı kimi novator deyim tərzinin labudlüyünü nəzərdə tutdugunu" qeyd edən tənqidçi "poeziyanın ümumi axarında şairlərimizin özünəməxsus yaradıcılıq dəst-xətti, fərdi obrazlar aləmi təravətli ifadə vasitələri ilə iştirak etməsini səciyyəvi bir əlamət kimi göstərməyin lazım" olduğunu deyir.

2000-ci ildə çap olunmuş "Çətin yollarda" kitabında "Bir neçə söz"lə oxucuya müraciətində müəllif özü yaradıcılıgı haqqında, keçdiyi çətin həyat yollarından qısa da olsa qeyd edərək yazırdı: "Bir daha demək istəyirəm ki, müəyyən qüsurları ilə yanaşı, adı çəkilən mərhələnin ədəbiyyatını da, tənqid ədəbiyyatşünaslığını da obyektiv qiymətləndirmək lazımdır. Əsərləri zamanın, rejimin qaçılmaz möhürünü daşıdığına baxmayaraq, Feyzulla Qasımzadə, Məmməd Arif, Həmid Araslı, Mirzə ibrahimov, Məmmədcəfər Cəfərov, Mikayıl Rəfili, Əli Sultanlı, Cəfər Xəndan, Mircəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Kamal Talıbzadə, Əziz Mirəhmədov, Abbas Zamanov, Mirəli Seyidov, Rüstəm Əliyev, Şıxəli Qurbanov, Əliyar Səfərli, Yaşar Qarayev, Qulu Xəlilov, Arif Hacıyev, Firudin Hüseynov başqaları bu dövrdə yetişmiş, öz kitab məqalələrilə ədəbi prosesdə yaxından iştirak etmiş, ona müəyyən təsir göstərmiş, oxucuların estetik zövq tərbiyəsilə məşğul olmuş, elmimizin aktual problemləri, o cümlədən qarşılıqlı əlaqələr sahəsində geniş ardıcıl araşdırmalar aparmış, ədəbiyyat tarixi, orta ali məktəblər üçün ədəbiyyat dərslikləri yazılmış, nəhayət yüksək ixtisaslı kadırlar yetişdirmək sahəsində boyük xidmətlər göstərmişlər.

Bu sətirlərin müəllifi burada adları çəkiləm müəllimlərdən öyrənə-öyrənə digər əməl məslək dosları ilə yaradıcılıq əlaqələri şəraitində 50 ilə yaxındır ki, özündən asılı olan-olmayan bəzi mürəkkəbliklərə baxmayaraq, öz bacarıq imkanları dairəsində ədəbiyyatımızın, ədəbiyyatşünaslıq ədəbi tənqidimizin inkişafı üçün çalışmaqdadır. Bu illərdə bir tənqidçi kimi təqdir edildiyim, mükafatlandırıldığım məqamlar az olmayıb. Lakin heç asan olmayan tənqidçilik fəaliyyətimlə əlaqədar təqiblər görmüş, bəzən mətbuatda çox amansız, ədalətsiz hücumlara da məruz qalmışam. Əlinizdəki kitabın "Çətin yollarda" adlanması əsla təsadüfi olmayıb, həm bununla baglıdır".

Bəkir Nəbiyevin 80 illik yubleyi münasibəti ilə Qəzənfər Paşayev "Ədəbiyyatşünaslıq elmimizin patriarxı" məqaləsində tənqidçiyə belə qiymət verir: "... Titanik zəhmətli, sonsuz məhəbbəti ilə elmin daşlı-kəsəkli yolları ilə irəliləyərək ədəbiyyatşünaslıq elmimizin zirvəsində Bakı Dövlət Universitetində dərs aldıgı Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadların cərgəsində bərqərar olan Bəkir müəllimin ömür yoluna nəzər salanda bir daha dərk etdim ki, illəri illərə calayıb uzun ömür sürmək, neçə qəlb yaşamaq hünər deyil, həyatı həyat ləyaqətilə, mənalı yaşamaq, özündən sonra iz qoyub getmək hünərdir".

 

Göyərçin ABİDQIZI

Filologiya üzrə fəlsəfə doktoru

Ədalət.-2015.-28 oktyabr.-S.6.