VÜSAL NURUNUN KEÇMİŞƏ
"SƏYAHƏTİ" ƏDƏBİ HƏYAT
"Azərbaycan" jurnalının sentyabr sayında gənc
yazar Vüsal Nurunun "Dorantağ" romanını oxudum. Roman
haqqında ilkin olaraq qısaca təəssüratımı
bildirmək istərdim. Bəri başdan deyim ki, bu roman
oxucuların da maraq dairəsindən kənarda qalmayacaq,
bugünkü roman bolluğunda (mənim fikrimcə, son illərdə
bu janrın inkişafında yeni bir mərhələ
başlayıb, amma təəssüf ki, ROMAN adına
layiq nümunələrin sayı o qədər də çox
deyil), Vüsalın bu əsəri heç şübhəsiz,
özünün malik olduğu dəyəri təsdiqlədə
biləcək.
Vüsalın
bundan əvvəl də üç romanı ilə tanış olmuşam ("Eybəcərlər
adası", "999", "Prezidentin qızı"). Çox təəssüf ki, bu romanların heç
biri ədəbi aləmdə və oxucularda elə bir reaksiya
doğurmadı.
Süjet
qurmaq, hadisələri o süjet ətrafında cəmləşdirmək,
obrazların hər birinin taleyini izləmək, dil və təhkiyə
mədəniyyətinə yiyələnmək, romanda
qoyduğu problemi müasir həyatın tələbi kimi mənalandıra
bilməkg Həqiqəti etiraf etmək lazımdır: bu
sadaladığımız keyfiyyətlərin heç də
hamısı o üç romanda öz əksini tapmamışdı.
Vüsal normal bir süjet qura bilirdisə, bir də
görürdün, bilərəkdən, ya bilməyərəkdən
uzunçuluğa, təfsilat bolluğuna yol verir, ya da
oxucuları "şirnikləndirmək" üçün
ucuz melodramaya qaçırdı. Özü
də Vüsal həyatın qaranlıq lövhələrinə
meyl edir, kriminal aləmdən lövhələr
canlandırır və onun təqdim etdiyi obrazlar
işıqsızlıq içində boğulurdular. Amma bu üç romanın Vüsala xeyri dəydi.
Hər halda, müəyyən təcrübə əldə
etdi və artıq dördüncü romanda bu təcrübə
adına sözün həqiqi mənasında
ROMAN deyə biləcəyimiz bir əsərin meydana
çıxmasına səbəb oldu.
Məni kimsə dahi Belinskidən sitat gətirdiyimə
görə qınayacaq, amma yenə bundan çəkinmirəm. Vissarion müəllim
deyirdi ki, roman dram qədər lovğa və şıltaq bir
forma deyildir; çünki roman bizi ayrı-ayrı hissələri
və xırda parçaları ilə valeh etməkdən daha
çox, bütünlükdə məftun edir. Vüsalın yeni romanında da ayrı-ayrı
parçalar var ki, son dərəcə təsirlidir, onları
oxuyanda müəllifin uğuruna sevinirsən, amma
"Dorantağ" bütövlükdə bir roman kimi
maraqlıdır.
Dünya ədəbiyyatında utopiya və antiutopiya ənənəsini
əks etdirən xeyli sayda əsərlər qələmə
alınıb və bunun Azərbaycan ədəbiyyatında ən
sonuncu nümunəsi Anarın "Ağ qoç, qara
qoç" romanıdır ki, bu xüsusda tənqidçi həmkarım
Əsəd Cahangir də "Platondan Anara qədər" məqaləsində
söz açıb. Vüsal Nuru yeni romanında gələcəyə
yox, keçmişə səyahət edir və onun antiutopik səciyyə
daşıyan təsvirləri bizi VII əsrə aparıb
çıxarır. Romanın məzmununu
təfsilata varıb şərh eləmək fikrində
deyilik, amma lap müxtəsər də olsa, buna ehtiyac var.
Romanın qəhrəmanı - tarixi roman yazmaq iddiasında
olan Yazıçı çox uzaq bir ölkəyə yox, təyyarə
ilə bizim Naxçıvana uçur. Məqsədi
budur ki, Əshabi-kəyf haqqında araşdırma aparsın.
Bu niyyətlə o, deputat tanışının ona bələdçi
kimi qoşduğu Hüseyn kişi ilə Əshabi-kəyfə
gəlir, bu çoxəsrlik inanc məskəninin hər bir
guşəsinə baş vurur, hətta bura ziyarətə gələn
adamların avamlığına da ürəyində
gülür. Eşidir ki, burada tədqiqat aparan bir alim olub,
indi Babək rayonunda yaşayır və o, Əshabi-kəyfdə
olan mağaranın sirrini bilir, vaxtilə burada hansı qədim
xalqlar yaşayıb, bu haqda məlumatı var. Amma Qərib
kişi - indi dəli təsiri bağışlayan bu tədqiqatçı
ona "nağıl" danışır və beləliklə,
Yazıçı ondan heç bir şey öyrənməyəcəyini
güman edir, qayıdır Əshabi-kəyfə və
axtarışlarını davam etdirərkən bir tunelə
girir. Sən demə, bu, zaman tuneliymiş və
bizim Yazıçı tunel boyunca hərəkət edir, geri
qayıda bilmir və gözünü açanda bir daxmada
olduğunu anlayır. Gələcəkdən
keçmişə səyahət belə başlanır və
bundan sonra Yazıçının başına gələn əhvalatlarla
tanış oluruq. "Demək,
Ulu Ağ Ananın quyusu həqiqət imiş, zaman
qapısını üzümə açmışdı.
Mən zaman tunelinə
düşmüşdüm. Məng Mən
keçmişdə idim! Kinolarda gördüyüm, kitablardan
oxuduğum və fantaziya hesab edib ələ
saldığım yolçuluq başıma gəlmişdi!
Buna inanmaq ağılsızlıqdı! Bunu
anladıqca havalanırdımg Təəssüf ki, ağsaqqal
düz deyirdi. Bu geridə qalmış, bu
bellərində qılınc, çiyinlərində ox gəzdirib
at minən, çadırlarda yaşayan, çiy kərpicdən
daxmaları, dəridən paltarları olan adamların
arasındayam".
Təbii ki, bu antiutopik macəralar bizim üçün
maraqlı görünməlidir. Görək, müəllif
bizdən on üç-on dörd əsr uzaq dövrləri, o
dövrlərdə yaşayan insanları necə təsvir edir
və ora gəlib çıxmış müasir bir insanı
hansı hadisələrlə qarşılaşdırır.
Roman müəllifinin İslamın yenicə
zühur etdiyi bir dövr haqqında təsəvvürləri,
bilgi və məlumatları bizi qane edirmi? Və
keçmiş müasir insanın mənəvi aləmində,
psixologiyasında hansı təbəddülatlar yaradır?
Vüsal Nurunun həmin əşirət dövrü
haqqında müəyyən bilgilərinə qətiyyən
şəkk eləmirik. Oxuyub, hansı materiallarlasa tanış
olub, nə bilirsə, onları romanda əks etdirə bilib. Ancaq onun əsəri sırf realistik planda deyil,
romanda fantasmaqoriya, mistik, irreal ünsürlər bir-birinə
qovuşub və Yazıçının başına gələn
əhvalatların bir çoxu real məntiqə
sığmır. Məsələn, ilk
sakinləşdiyi ailədə ərəblərin
öldürdüyü Boldurqanın ruhu ona keçir. Boldurqanın arvadı Tumar duldur və ruhu
Yazıçıya keçdiyi üçün Tumarı
sevir. Ruhlara inanmaq Yazıçının
sakin olduğu ailədə və o ailənin mənsub
olduğu qəbilədə inanca çevrilib, Omay qız deyir
ki, onun atası əsl ərən olub, yadlara qul olmayıb.
Onun ruhu babaların ruhuyla birlikdə
çölləri dolaşır, onları qoruyur. Yaxud, ağaca, heyvana, quşlara sitayiş eləyib
onları simvol dərəcəsinə qaldırmaq əlamətləri
də öz əksini tapır. "Qadın
hələ də deyinirdi. Əllərini
göyə qaldırıb, qartal axtarırdı ki, məndən
şikayət eləsin". Bir başqa təsvir: "Yəhərdə
qorxunc bir varlıq oturmuşdu. Başı nəhəng
qarğa başıydı, qulaqlarından uzun caynaqlı
qarğa ayağı asmışdı. Uzun
və qıvırcıq saçlarını yel
üfürürdü". Yenə bir başqa təsvir:
"Üstündə əbədilik, bütün aləmlərin
sahibi, qüdrətli ruh, qanadlı ölüm və yeni
doğmuş ay simvollu naxışları olan örtük yəhərə
salınmışdı. İri buynuzlu qoç
kəlləsi dəbilqə kimi atın başına
qoyulmuşdu. Yalınından üstü
yazılı sümüklər asılmışdı və
at boynunu tərpətdikcə onlar şaqqıldayırdı.
Quyruğuna başı üstündə olan
ilan dəriləri hörülmüşdü".
Romanda hələ xalq kimi formalaşmamış, ancaq
müəyyən toplum halında mövcud olan qəbilələrin
bir-birinə qənim kəsildiyi, elə buna görə birləşə
bilməyib ərəblərin-yadellilərin hücumlarına
məruz qaldığı səhnələr də diqqətdən
yayınmır. Bu qəbilələrin sakinləri hələ
müsəlmançılığı qəbul etməmişlər.
Özlərinin nəyə isə dini
inamları, baxışları var. Onların sitayiş etdikləri
Tanrı Ulu Şanqaydır ki, bütün bəlalardan qoruyur
insanları.
Romanın qəhrəmanı-Yazıçı
bütün əsər boyu amansız vəhşiliklərin,
vəhşətlərin şahidi olur. Həm
özü bu dəhşətlərin, əzab və işgəncələrin
obyektinə çevrilir, həm də bir-birilə vuruşan
tayfaların, yadellilərin hücumlarını seyr edir.
Ölümlər, qətllər, meyitlərlə
dolu səhnələr bir-birini əvəz edir və bəzən
müəllifin bunları necə soyuqqanlılıqla təsvir
etdiyinə heyrətlənirsən, hətta elə səhnələr
var ki, ürək bulandırır və müəllifə qətiyyən
haqq qazandırmırsan. Amma sonra fikirləşirsən
ki, burası əşirət dövrüdür. Romanda ayrı-ayrı türk qəbilə
başçılarının obrazları ilə də
qarşılaşırıq və onların simasında qədim
türk cəngavərliyinin, sözü
bütövlüyünün, bahadırlıq
missiyasının təcəssümünü
görürük. Bayqurt xanla İbn Bazz və
Xambalın dialoqunda Türk yenilməzliyinin şahidi oluruq.
İbn Bazz Bayqurt xana təklif edir ki, gəlin, müsəlmançılığı
qəbul edin, sizin cahillər savad öyrənər, Qurani-Kərim
oxuyar, xütbə dinləyər, namaz qılar, yasin əzbərləyər,
kafir xristianlardan, lənətlənmiş yəhudilərdən
ayrılıb cənnət qazanan mömin olarlar. Dul qadınlar da, qızlar da ərə gedərlər,
Allah xofu bütün bəndələrdə olmalıdır,
onun qəzəbindən qorxun və bizim müsəlmançılığı
qəbul etmiş adamları qırıb-çatmayın.
Özlüyündə bu məntiq
inandırıcıdır. Amma ərəblərin
din yaymaq adı altında işğal siyasəti də məlum.
"-Bayqurt xan, bu din sonuncu peyğəmbərin yoludur.
-İnsanı haqqa aparan peyğəmbər
ağlıdı. Mənə babalarım bunu öyrətdi.
-Babalarından
xəbərim var. Kərincik qoca, Salur Qazan, Bolu xan, yüzlərlə
igidləriniz sonuncu peyğəmbərin hüzurunda səcdə
qılıb, iman gətirib. Sən də haqqa gəl,
Bayqurt xan. Tövbə et.
Bayqurt xanla Ərsunqay qəhqəhə çəkib
güldülər.
-Budurmu
sizin həqiqətiniz? Bizim analar ər doğur,
sizin analar o ərlərdən nağıl düzəldib
danışır. Əli qopuzlu, ağ saqqallı, meydana
girib qan yatırdan, sözü söz, ad verdiyi oğlan ər
olan qoca Kərincik dədəm insana olan eşqindən
dönüb, yoxluğa səcdə qıldımı?.. Sənin dediyin Allah
döyüş meydanına girib qılıncları göydə
saxlaya bilərmi? Oxları havada quşa
çevirə bilərmi? Öldürmək
istəyən adamın biləyindən tuta bilərmi?"
Bu məntiq də inandırıcıdır,
ancaq belə bir mükalimə romanda konkret halda kimin haqlı
olduğunu sübuta yetirmir. İslamın
müqəddəs bir din olduğu sonralar təsdiq və etiraf
olundu.
Yeddinci əsrə
gəlib çıxmış Yazıçının
başına çox əhvalatlar gəlir - o, gah eşşək
arabasına mıxlanmış halda uzun-uzadı yol gedir, gah
ona ilahi varlıq kimi baxılır, gah maqlarla rastlaşır,
gah xristianların arasına düşür, hər halda, bu,
romandakı dinamikanı bir an belə zəiflətmir.
Oxucu da müasir insanın-sivilizasiya əsrinə məxsus
Yazıçının yarı fantastik, yarı irreal,
yarı real "nağıllarının" təəssüratı
ilə yaşayır və roman başa çatanda əşirət
dövrü haqqında müəyyən təsəvvürə
malik olur. Vüsal Nurunun təsvir etdiyi o aləm
hər halda onun bədii təxəyyülünün məhsuludur.
Yazıçı
sonda məqsədinə nail olur. "Mən
Doğantağın hara olduğunu soruşdum, o da uzaqdan bizə
boylanan nəhəng dağı göstərdi. Mən yerimdən sıçrayıb ayağa durdum.
Nədənsə fikir verməmişdim,
gözümün qarşısında pərdə olub elə
bil, o dağı, həmin mağaranı görməmişəm.
Əshabi-kəyf idi. Və
Boldurqanın ruhunu daşıyan Yazıçı sevdiyi
Tumara da qovuşur.
Və sondag fantastika, irreallıq bitir. Yazıçı
bu aləmə qayıdır. Təbii ki,
heç kəs onun VII əsrdən qayıtdığı əfsanəsinə
inanmayacaq. O isə tarixi romanını yazmağa
başlayır.
"Doğantağ" əsəri haqqında bu ilkin
yazıda təbii ki, hər şeyi əhatə etmək
mümkün deyil. Amma onu deyə bilərəm ki, V.Nuru
artıq roman texnikasına yiyələndiyini sübut edə
bilib.
Bəs müasir oxucu, bu günün reallıqları ilə
yaşayan oxucu əsərdən nə əxz edə bilər? Keçmişi,
artıq bizim üçün tarix olan dövrü yarı
real, yarı irreal bir aləmi əks etdirən bu əsərdə
özü üçün hansı həqiqətləri,
hansı məntiqi qəbul edər? Fikrimizcə,
keçmişi öyrənmək, şahların, sərkərdələrin,
müharibələrin tarixini əks etdirən
romanlarımız kifayət qədərdir. Xalqın keçdiyi yolun bütün mənzərəsi
tarixi romanlarda tam əks olunmur və xalqın tarixinin daha qədim
qatlarına, "ruhlar dövrünə" də
qayıtmağın zəruriliyi ortaya çıxır.
Bu yöndə yazılan neçə əsərimiz
var. Bir Yusif Vəzirin "Qızlar bulağı"ndan və
Mövlud Süleymanlının "Köç"ündən
başqa nə var? İkincisi, bizdə belə
bir kəlam formalaşır ki, keçmişə boylan ki, gələcəyi
görə biləsən.
Biz romanın qüsurlarından da yan keçməməliyik. İlk
növbədə qeyd etməliyik ki, müasir roman psixoloji qata
biganə qalmamalıdır. Yalnız əhvalatlar
düzümü, hadisələr silsiləsi ilə məhdudlaşmamalıdır
yazıçı. Vüsal Nurunun
romanında məhz psixoloji təhlillər azlıq təşkil
edir. Hadisələrin dinamikası səni
cəlb edir, amma düşünmək, baş verən hadisələrin
mənasına varmaq məsələsində bunu zəif hiss
edirik. Yazıçının yenidən
bu aləmə qayıtması versiyası da tam
inandırıcı verilməliydi. Daha bir
iradımızı da bildirək. Romanın
qəhrəmanı - Yazıçı yarı mistik, yarı
real bir aləmə düşür. Təbii
ki, o, yazıçı olduğu üçün müəyyən
intellektual səviyyəni də özündə əks etdirməlidir.
Arabir biz bunun şahidi oluruq, amma şahidi
olduğu, hər gün dəhşətli olaylarla
rastlaşdığı məqamlarda onun intellekti nəzərə
çarpmır, ya da zəif nəzərə çarpır.
"Doğantağ" hər halda, maraqlı
romandır və Vüsal Nurunun bu çağacan
yazdığı əsərlərin içərisində
seçilir, fərqlənir və biz bu cavan müəllifə
uğurlar diləməklə sözümüzü bitiririk.
Ədalət.-2015.-31 oktyabr.-S.15.