BİR ÖMRÜN MONOLOQU

 

("Sənət fədailəri" silsiləsindən)

 

Ömrü boyu monoloqlar söylədi. Gah Romeo oldu, Şekspir qəhrəmanının çılğın məhəbbət duyğularını səsləndirdi, gah Cəlal kimi "düşmən qızı"nın-Humayın qarşısında diz çökdü, gah da Ezop kimi insanları ağıla, təmkinə səslədi...

1942-ji ilin 22 aprel günü Təbrizdə, şirniyyatçı Abbasqulu kişinin evində bir oğlan uşağı dünyaya gəldi. Adını Həsən qoydular.

1946-cı ilin soyuq dekabr günlərinin birində isə Məşrutə hərəkatı qan dənizində boğuldu. Bir əsrdə artıq üçüncü dəfəydi ki, Uənubi Azərbaycanda azadlıq hərəkatı -istiqlal savaşı beləcə söndürüldü.. o soyuq dekabr günlərinin birində Abbasqulu kişi ailəsiylə birgə Arazın bu tayına pənah gətirəcəkdi.

Onda Həsən Əblucun 4 yaşı vardı.

1992-ci ilin fevral günlərinin birində isə gözlərində sevinc parıltıları Təbrizə gedəcək, qayıdanda Təbrizin gözəlliklərini ruhuna yayacaq, özünü tanımayacaqdı. Təsis etdiyi "Tusi" Mədəniyyət Mərkəzi din qan qardaşlarını mənən qovuşdurmaq istəyiylə yaranmışdı. Azərbaycan filmlərinin İran, İran filmlərinin isə Azərbaycan dilində səsləndirilməsində bu mədəniyyət mərkəzi qısa müddət ərzində xeyli gördü.

Bəli, illər boyu belə bir arzuyla yaşayırdı ki, bir gün Təbrizin küçələrini, xiyabanlarını addım-addım gəzəcək, həsrətiylə yaşadığı bu şəhərin havasını udacaq, doğulduğu torpağın gülü, çiçəyi qarşısında baş əyəcək, doğma adamların şirin ləhcəsini eşidəcək... bu arzusuna çatdı. Amma bir arzusu da vardı: Təbrizdə pyes tamaşaya qoymaq. Həsən Əbluc bu arzunu ölən gününə qədər ürəyində gəzdirdi.

Mən radioda, televiziyada dəfələrlə onun böyük məharətlə ifa etdiyi şeirləri dinləmişəm. Açığını deyim ki, onun qiraət ustası kimi misilsiz ifaçılığı, Hadidən, Müşfiqdən onlarla başqa şairdən şeir deməyinə heyranlığımı gizlədə bilməmişəm. O, təkcə şeir demirdi, şairi dirildirdi, gözlərim qarşısında canlı Hadini, canlı Müşfiqi görürdüm.

Həyatda isə cəmi bircə dəfə üz-üzə gəlmişik (Teatrda bir neçə dəfə onun oynadığı rollara tamaşa etmişəmsə ). Hüsü Hacıyev küçəsiylə yol gedirdim. Onu gördüm, istər-istəməz ayaq saxladım. birdən o da mənə sarı çevrildi: "Kibritin varmı?" dedi. Uibimdən alışqanı çıxardım onun papirosunu odlandırdım. Ani işıqda onun gözlərinin içinə baxdım. Gözləri qəmli idi. bu bir neçə saniyə ərzində Həsən Əbluc gözlərimin qarşısında Hadiləşdi.

Mən solmalıyam ta ki açılsın da baharım,

Mən sönməliyəm şəşələnsin naharım.

Mən ölmədən əvvəl vətənim oldu məzarım,

Ərbabi-zəka düşmənidir indi diyarım.

Söndükcə zəka əhli-vətən ağlayacaqdır,

Göz incisi yaşlar o zaman parlayacaqdır.

 

Papirosunu yandırdı, təşəkkür etdi getdi. Beynimdə haçansa ondan bir yazı yazmaq fikri dolaşdı. Tezliklə bu arzumu gerçəkləşdirəcəkdim, amma amansız ölüm aman vermədi. Yalnız qardaşı, tanınmış kinorecissor Ənvər Əblucla onun həyat sənət yolu barədə söhbət edə bildim.

Həsən Əbluc əsl sənət fədaisiydi. məşqdən, teatrdakı, radio-televiziyadakı işindən yorulardı. Mütaliəsinə, dünyagörüşünə heyrət edmrdilər. Kazım Ziyadan Müxlis Uənizadədən sonra səhnəyə çıxıb şeiri ŞEİR kimi söyləyən nadir aktyorlarımızdan biri idi uzun illər tələbələrinə bu istedadını əsirgəməmişdi.Amma Həsən Əbluc öncə aktyor idi. Hələ tələbə ikən Əzizbəyov teatrının səhnəsində Şeyda müəllim (Sabit Rəhman-"Toy") rolunu oynamışdı. Sonra uzun illər Gənc Tamaşaçılar Teatrında əvəzsiz rollar ifa elədi. Bəlkə bilərəkdən, bəlkə nəyinsə naminə eyni rolu üç aktyora tapşırırdılar, amma o rola uzunömürlülük bəxş edən Həsən Əbluc olurdu. Onun Uəlalı (Səməd Vurğun- "Komsomol" poeması), Silviosu (K.Qaldoi-"İki ağanın bir nökəri"), Romeosu (Şekspir-"Romeo Uülyetta") öz bitkinliyilə seçilirdi. Xüsusilə Uəlal rolu onun ifasında çox koloritli, temperamentli idi. O, bu obrazın içindəki daxili dramatizmi, bir insan kimi ideya vurğunluğunu böyük məhəbbətini həm həzin, həm çılğın notlarla ifa edirdi. Romeo isə daza cazibəli idi-Həsən Əbluc Şekspiri duyurdu. Faciəvi rollar üçün yaranmışdı sanki.

Deyirlər ki, kino üçün, xüsusilə seçilən rollara boylu-buxunlu, gözəl-göyçək, cüssəli aktyorlar, aktrisalar lazımdı. Həsən Əbluc isə boyca o qədər cazibəli deyildi, bəlkə buna görə kino recissorlarının heç biri onu çəkilişlərə dəvət etmirdi. Ancaq 1982-ci ildə "Atları yəhərləyin" ("Qaçaq Nəbi") filmində kəndxuda kimi epizodik bir rola çəkildikdən sonra tilsim buzu əridi. Sonra qardaşı Ənvər Əbluc onu "Qara gölün cəngavərləri" filmində baş rola çəkdi. Daha sonra "Tənha narın nağılı" filmində Səyyad müəllimi, "Pəncərə"də Rövşənin atasını oynadı. Hələ "Çarəsiz sərnişinlər" "Qatarda" televiziya tamaşalarındakı rolları. İsi Məlikzadənin "Qatarda" tamaşasındakı Sabit Mirzə rolu əslində, onun öz prototipi idi, dcsək, yanılmarıq.

Amma məyus olduğu günlər vardı. Görürdün, hansısa bir rolu əlindən alırdılar, hansı tamaşayasa quruluş verməliydi, işə başlayırdı, amma kimsə o tamaşaya yiyə dururdu.

Recissorluğa həvəsini təsadüfi saymaq olmazdı. Gənc Tamaşaçılar Teatrında bir neçə pyesə quruluş verəndən sonra özünə inamı artmışdı. O, elə sənətkar idi ki, istənilən əsərin ruhunu, əsas ideyasını duya bilirdi. İstər oynadığı rollarda, istərsə quruluş verdiyi əsərlərdə ilk növbədə, müəllif ideyasını bu ideyanın müasir dövrlə necə səsləşdiyini düşünürdü çalışırdı ki, bu ideyanı səhnədə parlaq şəkildə təcəssüm etdirsin. Ömrünün son illərində qərara almışdı ki, Mirzə Uəlilin "Anamın kitabı" hazırlasın. Böyük bir şövqlə məşqlərə başladı. "Anamın kitabı" Mirzə Uəlilin azərbaycançı ideyalarının ən mükəmməl şəkildə ifadə olunmuş əsəriydi bu əsər indinin özündə müasirdir. Həsən Əblucun fikrincə, "Anamın kitabı" nəsillərə mənəvi vəsiyyət idi ("Salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi...Hərdən bir ana dilində danışmaq ilə keçmişdəki o gözəl günləri yad etməyin eybi var"- bunu Mirzə Uəlil "Anamın kitabı"nı qələmə almamışdan xeyli əvvəl yazmışdı).

Böyük bir həvəslə məşqlərə başladı.

1994-cü ilin 13 martında -elə o pyesin məşqində Həsən Əbluc gözlərini əbədi yumdu (Bu pyesi az sonra onun qardaşı Ənvər Əbluc tamamladı).

"Anamın kitabı" onun sənətdə sonuncu monoloqu oldu. Amma bu monoloqu o axıra kimi söyləyə bilmədi.

Bir sənət fədaisinin ömrü sona yetdi, amma nadir hallarda olsa da, biz televiziyada yenə onun monoloqlarını eşidir təskinlik tapırıq ki, İNSAN ÖLÜR, AMMA SƏNƏTİ YAŞAYIR...

 

Ədalət.-2015.-1 sentyabr.-S.4.