SABAHIN ŞƏHƏRİ –
AĞCABƏDİ
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
Bunu görmək lazımdı
"Bu il Azərbaycanda kənd təsərrüfatının bütün
sahələri üzrə
irəliləyişlərə nail olmaq əsas
vəzifədir. Bunun üçün investisiya
qoyulmasından, eləcə
də sahənin bütün təlabatlarının
ödənilməsindən ibarət olan ən vacib vəzifələr
birinci növbədə
yerinə yetirilməlidir.
Kənd adamları onlara göstərilən diqqət
və etimadın bəhrəsini görməlidilər.
Bax bu da
bütün Azərbaycan
üçün yaradılacaq
bolluğun, böyük
inkişafın stimulları
deməkdi"
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən sayımızda)
Bu gün böyük
bir quruculuq meydanını xatırladan
məmləkətimizin hər
bir bölgəsində,
hər bir regionunda insanda xoş ovqat yaradan tikinti-abadlıq işləri aparılır. Özü də
görülən bu işlər həm planlı şəkildə,
həm də regionun coğrafi və mədəni parametrlərini özündə
əks etdirməklə
reallaşdırıldığında dərhal diqqəti çəkir, zövq oxşayır. Çünki hər bir tikintinin
obrazlı desək, damarında milli ornamentlər özünü
büruzə verir.
Təbii ki, bu da
işin sahibini, yəni bu quruculuğa,
bu həyata keçirilən layihələrin
həm təşəbbüsçüsü,
həm də bir növü rəhbəri olan insanların torpağa bağlılığının, milli dəyərlərə
qiymət verməyinin
bəhrəsidi. Bax, bu mənada
Ağcabədidə görülən
işlər və təbii ki, bu işlərə rəhbərlik edən
rayon icra hakimiyyətinin
başçısı Şahin
Məmmədovun özünün
və komandasının
fəaliyyəti təqdirəlayiqdi.
Ən azından ona görə ki, indi Ağcabədiyə yolu düşən hər kəs bu şəhərin uzaq keçmişini və o keçmişdə
qalan görkəmini hətta xatırlaya da bilmir. Çünki onlar, yəni Ağcabədinin
15-20 il bundan
öncəki görkəmi
tarixin arxivinə verilib. Bunu da ağcabədililər
və Ağcabədiyə
rəhbərlik edən
insanlar, xüsusilə
bu bölgəyə böyük diqqət yetirən, hətta özünün doğum gününü də bu ərazidə qarşılayan Azərbaycan
prezidentinin özü
və siyasəti gerçəkləşdiribdi. Bir az da konkret desək,
regionların inkişafına
dair Dövlət Proqramının yüksək
səviyyədə həyata
keçirilməsi, üstəlik
də həmin proqramma uyğun olaraq bölgələrə
respublika qurumlarının
diqqətinin daha da artırılması bugünkü reallağın
yaradılmasında əsas
amillərdən biridi.
Bəli, bu gün böyük
bir tikinti meydanına çevrilən
Ağcabədidə təkcə
kənd təsərrüfatının
deyil, sənayenin, tikintinin, sosial sahələrin və ümumiyyətlə həyat
əhəmiyyətli bütün
problemlərin həlli
istiqamətində köklü
işlər görülür. Əgər
rəqəmlərə müraciət
etsək, onda birmənalı şəkildə
deyə bilərik ki, bu il Ağcabədidə
ötən ilin müvafiq dövrü ilə müqayisədə
ət, süd, yumurta, yun istehsalında
xeyli artıma nail olunmuşdu. Yəni ət istehsalı 5234 ton, süd istehsalı 44097
ton, yumurta istehsalı
83500, yun istehsalı
835 ton olmaqla sahələr
üzrə ən azı bir faiz
artım əldə olunmuşdu ki, bu da rayonun
ümumi gəlirinin paralel olaraq artımı deməkdi. Faktiki olaraq rayonda istehsal edilən bu məhsullar rayon sakinlərinin, yəni bu sahə ilə
məşğul olan adamların ailə büdcəsinin möhkəmlənməsinə
və artımına gətirib çıxarmışdı.
Yeri gəlmişkən
onu da qeyd
edək ki, rayonda fəaliyyət gestərən "ATENA" MMC, həmçinin "AQAT-Aqro"
MMC də paralel olaraq öz istehsallarını artırmaqla
həm yerli büldcənin, həm də respublik büdcəsinin forrmalaşmasında
öz müsbət təsirlərini göstərə
bilmişdilər. Adı çəkilən və artıq respublikada hər kəsin tanıdığı
bu böyük MMC-lərin istehsalı olan heyvandarlıq məhsulları indi həm keyfiyyətinə, həm də maya dəyərinə görə hər bir azərbaycanlının
süfrəsində yer
ala bilibdi. Deməli, bu
da sahibkarlığa, özəl sektora göstərilən dövlət
qayğısının konkret
bir nümunəsidi.
Ağcabədidə bu MMC-lərin
fəaliyyəti təkcə
məhsul bolluğu yox, həm də
adamların işlə
təmin olunması sahəsində atılan uğurlu bir addım kimi də dəyərləndirilir.
Elə buradaca xatırlatmaq yerinə düşər ki, respublika hökuməti tərəifndən Sahibkarla
Kömək Milli Fondunun dəstəyi ilə Ağcabədidə
bu gün 138 sahibkara öz təsərrüfatlarını genişləndirmək, istehsallarını
artırmaq üçün
1 milyon 752 min 900 manat güzəştli kredit verilmişdi. Həmin kreditlərin verilməsi də faktiki olaraq rayonda 339 nəfərin işlə təimn olunması, yəni iş yerlərinin açılmasına
səbəb olmuşdu.
Maraqlı haldır ki, bu gün Ağcabədidə
həyata keçirilən
iri layihələrlə
yanaşı, ayrı-ayrı
təşəbbüslərin də qiymətləndirilməsi
və dəstəklənməsi
gündəlik işə
çevrilib. Faktiki olaraq rayon rəhbərliyi
və rəhbərliyin
nümayəndələri rayonun
bütün ərazisində
sahibkarların, fermerlərin
istehsalla məşğul
olan insanların problemlərinin çözümünə,
onların hüquqi
bank-kredit yardımlarının
göstərilməsinə çox diqqətlə yanaşırlar. Elə bunun
nəticəsidir ki, bu ilin reallaşan
layihələrinə diqqət
yetirəndə onda məlum olur ki, məhz həmin
o görülən işlər
rayon büdcəsində öz
əksini tapıb.
Əldə etdiyimiz faktlardan
da məlum olduğu kimi rayon üzrə orta aylıq əmək haqqı təqribən 259
manat olmuşdu.
Bu da 2005-ci illə müqayisədə, yəni
arxada qalan 10 illə yanaşı götürüləndə 4,1
dəfə artım deməkdi. Etiraf edək ki, kənd rayonunda yaşayıb işləyən
Azərbaycan insanı
üçün 259 manat
aylıq gəlir heç də pis rəqəm deyil. Əksinə, bu, ailə
büdcəsinin uğuru,
qazancı sayıla bilər.
Rayon icra hakimiyyəti
başçısının birinci müavini Rövşən Əhmədovun
dediyi kimi, "məhz Azərbaycan prezidenti cənab İlham Əliyevin qayğısı, həm də tələbi ondan ibarətdir ki, hər bir
Azərbaycan vətəndaşı
bu gün dünənkindən daha yaxşı yaşamalıdır. Onun həyatı
hər gün yenilənməli, hər gün uğurlarla yaddaqalan olmalıdı".
Bu fikirlərdən də
aydın olur ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin
Məmmədov və onun komandasının əsas qayəsi, əsas başlıca məramı Ağcabədini
hər gün daha uğurlu sabahlara qovuşdurmaq, hər bir ağcabədilininin
probleminin çözümünə
nail olmaqdı. Elə bu
istiqamətdə də
görülən işlərin
mənzərəsini göz
önünə gətirəndə
məlum olur ki, təqribən 13200 əhalisi olan Ağcabədi rayonunda yerli gəlirlər təqribən 145000 manat olmuşdu. Bu da faizə çevirəndə
108 faiz deməkdir.
Adi rəqəm təsiri bağışlayan bu faktlar isə gerçək həyatda Ağcabədi rayon əhalisinin
ailə büdcəsinə
daxil olan gəlirləri əks etdirir.
Təbii ki, bu gün
Ağcabədi rayonunda
gerçəkləşdirilən bütün layihələrin
birmənalı ifadəsi
özünü regionların
inkişafına dair Dövlət Proqramında
tapıbdı. Həmin proqramın məramı
isə ölkəni inkişaf etdirmək, Azərbaycan vətəndaşının
həyat səviyyəsini
yüksəltməkdir. Bunun üçün isə iş yerlərinin açılması,
istehsalat sahələrinin
genişləndirilməsi, növbəli
əkin sistemi və xüsusi olaraq hər bir əmək adamına öz arzusuna, istəyinə uyğun sahələr yaratmaq, işləmək imkanı verməkdi. Faktiki olaraq Ağcabədidə adamlar üçün də məhz bu şərait yaradılıbdı.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-3 sentyabr.-S.4.