SABAHIN ŞƏHƏRİ - AĞCABƏDİ

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Bunu görmək lazımdı

"Regionların inkişafı Proqramının icrası ilə bağlı əvvəlki dövrdə başladığımız işlər bu gün artıq reallaşır özünü büruzə verir. Regionlarda bütövlükdə işlər yaxşı gedir. Mən bu bölgədə dəfələrlə olmuşam. Əminəm ki, bütün bu zona həm özünün qoruqları, tarixi yerləri ilə hər kəsin diqqətini çəkəcək. Bunu etmək üçün indi bütün infrastruktur layihələri icra edilir".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən saylarımızda)

 

Bir həqiqət var. o da bundan ibarətdir ki, həyat daim inkişafdadı, yeniləşməkdədi. Deməli, bu da onu göstərir ki, yeniləşmək, inkişaf özü ilə birlikdə yeni vəzifələr qarşıya qoyur. Təbii ki, yeni problemlərin həllini tələb edir. bir bütün inkişaflar zaman-zaman köhnəliyin müqaviməti ilə baş-başa gəlir.

Bax, bu mənada Ağcabədi rayonunda həyata keçirilən islahatlar, layihələr bu ya digər şəxslərin bəzən narazılığına səbəb olur. Amma ümumi halda rayon sakinləri, əhalinin 99 faizindən artığı inkişaf proqramını dəstəkləyir, onda inkişaf edir, ona özünün təkidlərilə həm yardım edir, həm onu daha da mükəmməl edir. Bunun özü göstərir ki, inkişafın iştirakçısı olan Ağcabədi əhalisi onların həyatına daxil olan yenilikləri həm bəyənirlər, həm onun daha da genişləndirilməsinə çalışırlar. Bax elə rayon mərkəzində kəndlərdə aparılan abadlıq işləri bu dediyimizin real bir nümunəsidir. Şəxsən mən hər dəfə bu rayonda olanda şəhər mərkəzindəki sakinlərin böyük bir qismini öz həyətlərinin, küçələrinin təmizliyinə, səliqə-səhmamına necə diqqət yetirdiklərinin şahidi olmuşam, müşahidə etmişəm. Hətta görmüşəm ki, hasarının kənarlarında əkilmiş yaşıllıqları, divarlardan asılmış çəlləklərini necə suvarırlar. Bax bunun özü göstərir ki, yaşıllıq, abadlıq, gül-çiçəyin bir-birinə sarmaşması hamının ürəyincədi, hamının zövqünü oxşayır. Hətta mən Ağcabədidəki parklarda güllərə, yaşıllıqlara qulluq edən insanların ətrafına toplaşan məktəblilərin bu işə necə həvəs göstərdiklərini müşahidə etmişəm. Elə onda da, indi düşünürəm ki, bu cür təmas, bu cür yanaşma həmin o uşaqların torpağa, təbiətə bağlılığını da artırır. Ümumiyyətlə, Ağcabədi rayonunda gənclərin, bütövlükdə rayon sakinlərinin istirahəti üçün yaradılmış şərait diqqətçəkəndi. Yəni rayonda fəaliyyət göstərən Heydər Əliyev mərkəzinin, Gənclər mərkəzinin, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün yaradılmış şərait, həmçinin parklardakı əyləncələr, xüsusilə mədəniyyət obyektlərinin günün tələblərinə cavab verməsi dediklərimizə əyani sübutdu. Təkcə bu il rayonda ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən birinci Avropa Oyunları ərəfəsində YAP Ağcabədi Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilmişdi. Həmin tədbirlər sırasında Azərbaycan həqiqətlərinin sosial şəbəkələr vasitəsilə, özü ingilis dilində dünya ictimaiyyətinə çatdırılması təqdirəlayiq hadisə kimi yaddaşlara yazılmışdı. Bu gün Ağcabədidə keçirilən idman yarışları, xüsusilə gənclərin ürəyincə olmuşdu. Həmin yarışlardan biri elə bu günlərdə gerçəkləşdirilmişdi. Hər kəs üçün maraqlı olan futbol festivalının keçirilməsi burada Ağcabədi məktəblilərinin fəal iştirakı bu tədbirin təkcə rayon rəhbərliyinin deyil, həm respublika Futbol Federasiyasının yaxından iştirakı ilə reallaşması Ağcabədidə idmana, gənclərin təlim-tərbiyəsinə, istirahətinə ayrılan diqqətin bir nümunəsidi.

Heç təsadüfi deyil ki, rayonda keçirilən şahmat, atçılıq, dama digər idman növləri üzrə yarışlarda böyük maraqla qarşılandığı kimi, nəticələri ilə hər kəsi sevindirə bilir. Özü bu tədbirlərdə yuxarı sinif şagirdlərinin fəal iştirakı bir daha sübut edir ki, yeni nəsil idmana, mədəniyyətin inkişafına heç biganə deyil.

Bəli, bu gün Ağcabədidə təkcə idman yarışlarının məktəblilər arasında olimpiadaların keçirilməsi ilə kifayətlənmirlər. Əksinə, elə bu günlərdə rayon rəhbərliyinin bu il ali məktəblərə qəbul olunub tələbə adı qazanmış məzunlarla keçirdiyi görüş bir daha göstərir ki, Ağcabədidə idmanla yanaşı təhsil ön cərgədə durur. Çünki sağlamlıqla təhsilin, savadın, biliyin bir-birini tamamlaması artıq bu, inkişaf deməkdi. Bu, yeni ümidverici nəsilin həyata zəmanət alması deməkdi. Ağcabədi rayon icra hakimiyyəti başçısı Şahin Məmmədovun bu il tələb adını qazanmış gənclərlə görüşü zamanı vurğuladığı kimi, "sizlərin qazandığı adın sevinci təkc özünüzün, valideynlərinizin sevinci deyil. Bu həm müəllimlərinizin bizi bütövlükdə rayonumuzun sakinlərinin sevincidi. Çünki siz Ağcabədini təmsil edirsiniz. Deməli, biz hamımız ibr yerdə qazanılan uğura həmişə sevindiyimiz kimi, bu gün sevinirik. Bizə bağışladığınız sevincə görə sizləri təbrik edir dərslərinizdə sizlərə müvəffəyqiyyətlər arzu edirəm".

Doğurdan da hər bir Ağcabədi sakininin uğuru onun doğulduğu bölgənin, ailənin uğurudu. Bu mənada Qarabağ savaşının ilk illərində, yəni atəşkəsə qədər cəbhənin beş addımlığında yerləşən Ağcabədinin, daha doğrusu bu rayonun sakinlərinin göstərdikləri qəhrəmanlıqlar da bir qürur yeridi. Bu gün həmin qəhrəmanlar hər kəs tərəfindən fəxrlə anılır.

Rayonun əlaqədər təşkilatları müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemləri ilə məşğul olmağı bir nömrəli vəzifə kimi qəbul etmiş həmin vəzifəni sözsüz icra edirlər.

Elə faktlara nəzər salanda bəlli olur ki, rayonda əlillərin müalicəsi, mənzil təminatı məsələsi, həmçinin onlara göstərilən slsial xidmət hər gün yaxşılaşmaq tempi ilə yüksəlir. Bu il rayonun əlil şəhid ailələrinin veteranlara müalicə istirahət üçün göndərişlərin verilməsi, onların mənzil təminatı sahəsində xeyli işlər görülmüşdü. Əlil şəhid ailələri üçün tikilən mənzillər, eləcə rayon ərazisində məskunlaşmış qaçqınlar üçün yaradılmış şərait, salınmış qəsəbə bu qəsəbədəki sosial durum sözün həqiqi mənasında nümunə sayıla bilər.

Onu da qeyd etmək lazımdır ki, bu məsələlərin həllində mərkəzi orqanlarla yanaşı, rayonun əlaqədar qurumları da kifayət qədər böyük işlər görə biliblər. İstər rayonun Sosial Müdafiə Fondu, Əhalinin Sosial Müdafiəsi Mərkəzi, istər Məşğulluq Mərkəzi digər müvafiq qurumlar qarşıya qoyulmuş vəzifələrin icrasında müəyyən uğurlara imza ata bilmişdilər. Sözsüz ki, bütün bu məsələlərin çözümündə aparıcı, idarəedici qüvvə rayon icra hakimiyyəti onun başçısıdır.

(Ardı var)

Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Ədalət.-2015.-4 sentyabr.-S.3.