SABAHIN ŞƏHƏRİ –
AĞCABƏDİ
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
Bunu görmək lazımdı
"...Rayonun gələcək inkişafı
ilə bağlı konkret proqramlar var. Xüsusilə indi infrastruktur layihələri
icra edilir. Kənd yollarının tikintisinə
vəsait ayrılır.
Sosial obyektlər tikilir. Ölkəmizin uğurlu inkişafı
regionların inkişafından
böyük dərəcədə
asılıdır".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən saylarımızda)
Hər bir abadlığın ilk nümunəsi,
ilk işartısı yoldu,
küçədi, səkidi. Bax, bu mənada atalar sözünə yenidən
diqqət yetirmiş olsaq, onda "abad kənd yolundan tanınar" fikrini birbaşa Ağcabədiyə aid edə
bilrik. Çünki bu rayonun, xüsusilə şəhər
mərkəzinin küçələri,
səkiləri həqiqətən
ürəkaçan bir
vəziyyətdədi.
Tam səmimiyyətimlə etiraf edim ki,
mən bu rayon mərkəzində olanda gəzib dolaşdığım
küçələrdən zövq alır, hətta sönmüş siqaretimi yerə atmağı özüm üçün çox böyük bir günah sayıram. Çünki səliqə-səhman, təmizlik
elə bir səviyyədədir ki, küçəyə, yola
nə isə atmaq yumşaq ifadə etsəm, ədəbsizlik olar.
Üstəlik, gün ərzində
şəhərdəki təmizliklə,
səliqə-səhmanla məşğul
olan adamların əməyinə hörmət,
onların yaratdığı
şəraitə insani
münasibət hər
kəsdən öncə
özünə qarşı
bir hörmət tələb edir. Deməli, abad küçələr
və küçələrin
kənarındakı səkilərin
döşəmələri, eləcə də sel sularının axıdılması üçün
yaradılmış xüsusi
novdanların fasiləsiz
işləməsi göstərir
ki, ağcabədililər
öz şəhərlərini
sevirlər. Hətta yaz
aylarının birində
Ağcabədidə olarkən
yağan güclü yağışın insanlarda,
yəni küçələrdə
hərəkət edən
adamlarda çox da böyük gərginlik yaratmadığını
müşahidə etmək
mənə nəsib olub. Təbii ki, kənd rayonlarında hər şeyi birdən-birə həll etmək, bütün problemləri eyni zamanda aradan
qaldırmaq qeyri-mümkündü.
Üstəlik burada bir məqam da var. O da həmin
görülən işlərə
hamının eyni dərəcədə diqqət
yetirməməsi, onu qorumaması, ona etinasız yanaşması
və s. özü də ortaya yeni problemlər çıxarır.
Bütün bunlarla yanaşı Ağcabədidə tikilən
sosial obyektlər, aparılan yaşıllaşdırma
və bir də rayonun ümumi arxitekturasına yeni cizgilər əlavə edən müasir tipli çoxmərtəbəli binaların
ucaldılması sanki
bir ansambl yaradır. Yeri gəlmişkən onu da xatırladım
ki, hətta rayonda tikilən şadlıq evlərinin özləri də bu ansambla ağırlıq
gətirmir, əksinə,
bir növü onu tamamlayır. Mən Ağcabədidə
olarkən yerli sahibkarların, iş adamlarının
Ağcabədi üçün
etdiklərini də öz yaddaşıma köçürürdüm. Onlardan biri
xüsusilə yaddaşımda
dərin iz buraxıb. Belə ki, rayonda sayılan
iş adamlarından biri olan Kərim
Cəfərovun tikdiyi
şadlıq evi və motel əslində şəhərin bir az gözdən
uzaq məhəlləsində
yerləşir. Amma həmin iş adamı "o gözdən
uzaq yeri də özünün qayğıkeşliyi ilə,
işə köklü
münasibəti ilə
ümumi mənzərəyə
daxil edə bilib. Motelə gələn qonaq
şəhərin bir qədər kənarında
olan bu məhəllədə
də eyni auranı yaşaya bilir. Xüsusilə həmin əraziyə gedən yol, onun ətrafında gedən abadlıq işləri gələn qonaqların maşınlarını
park etmək üçün
yaradılmış şərait
və bütün bunlarla yanaşı, həm də buranın bir iş yeri kimi
fəaliyyət göstərməsi,
təbii ki, Regionların İnkişafına
Dair Dövlət Proqramının əyani nümunələrindən biridir.
Rayonda hər kəsin həmişə maraq mərkəzində olan səhiyyənin və eləcə də səhiyyə ocaqlarının durumu get-gedə daha da diqqətçəkən
olub. Yəni müasir xəstəxana
binasının tam istifadəyə
verilməsi, eləcə
də bu xəstəxanada demək olar ki, ən
müasir avadanlıqların
quraşdırılması artıq qonşu rayonların da diqqətini çəkib.
Bu gün Ağcabədidə
fəaliyyət göstərən
5 çarpayılıq hemodializ
və 10 çarpayılıq
onkoloji şöbə
ətraf rayonlardan müraciət edən xəstələrin ümid
yeridi. Onu da əlavə
edək ki, rayonda xəstəxanının
vərəm şöbəsinin
də tam təmir edilib öz fəaliyyətini bərpa
etməsi bu xəstəlikdən əziyyət
çəkənlərin başqa
ünvanlara üz tutmaq problemini aradan qaldırır.
Elə buradaca onu da
qeyd edək ki, rayonda təkcə
şəhər mərkəzində
deyil, həmçinin
kənd və qəsəbələrdə də
sahə xəstəxanalarının
ambulatoriyaların tikilməsi,
təmir-bərpası işləri
heç vaxt yaddan çıxmır.
Əksinə, ayrılan diqqətin
bəhrəsi kimi kənd xəstəxanalarında
da müasir şəraitin yaradılması
üçün vacib
qərarlar qəbul olunmaqla, demək olar ki, sakinlərin
həm ilkin yardım, həm də stasionar müalicəsinə şərait
yaradılıb.
Bu gün Ağcabədidə
idmanın inkişafı
üçün ayrılan
diqqət, göstərilən
qayğı digər bölgələrimizə nümunə
ola bilər.
Əgər faktlara üz tutsaq onu görərik ki, cari ilin
birinci yarısında
Ağcabədi idmançıları
beynəlxalq, respublika
və zona yarışlarında 91 medala
layiq görülüblər
ki, onlardan 32 nəfər I yerin, 29 nəfər II yerin, 30 nəfər III yerin qalibi olub. Ən sevindirici
hal budur ki, Ağcabədi idmançıları dünya
çempionatında, Avropa
və beynəlxlaq yarışlarda həmişə
öz uğurlu çıxışları ilə
öz həmyerlilərini
sevindiriblər. Təbii ki,
bu da rayonda
idmana göstərilən
diqqətin və yaradılmış şəraitin
nəticəsidir. İndi bir
məqamı da qeyd etmək lazımdır ki, idmanla yanaşı, Ağcabədidə mədəniyyət
sahəsinin də inkişaf etdirilməsi üçün normal bir mühit mövcuddur.
Ona görə də rayonda keçirilən musiqi yarışmaları,
muğam evində hamının böyük
maraqla izlədiyi musiqili anlar dediklərimizə real bir nümunədir. Təkcə
mədəniyyət və
turizm şöbəsinin
xətti ilə reallaşan tədbirlərin
silsiləsinə diqqət
yetirəndə o da məlum olur ki, mədəniyyət evinin, kitabxanaların, klubların, tarix-diyarşünaslıq
evinin, Həmidə xanım Məmmədquluzadənin
ev muzeyinin, dövlət rəsm qalareyasının, Ü.Hacıbəyov
adına Qarabağ muğam mərkəzinin fəaliyyəti və bu şəbəkənin günbəgün genişlənməsi
həm istirahət və əyləncələrin
təşkili, həm
də iş yerləri kimi dəyərləndirilməlidir.
Bəli, bu gün faktiki
olaraq Ağcabədi rayonunda görülən işlərin siyahısı
tərtib olunarsa, onda görərik ki, rayon icra hakimiyyətinin başçısı
Şahin Məmmədov
və onun komandası yerli sakinlərlə birlikdə
diqqətçəkən işlərin
müəllifləridirlər. Bu işlərin içərisində
vətəndaşlarla işləmək,
onlarla elə yerindəcə, yəni kəndlərdə, qəsəbələrdə
görüşlər keçirmək,
problemi isti-isti həll etmək xüsusilə təqdirəlayiqdir.
Üstəlik, Şahin Məmmədovun
da vurğuladığı
kimi, ölkə prezidentinin nümayəndəsi
kimi hər bir Ağcabədi sakininə diqqətlə yanaşmaq və rayonun problemlərini aradan qaldırmaq vəzifə sahiblərinin
birinci və birmənalı vəzifəsidir.
Üstəlik, bölgədə yerləşən hərbçilərlə,
qaçqın və məcburi köçkünlərlə
sıx əlaqə saxlamaq, onlara da gərəkli yardımları göstərmək
rayon rəhbərliyinin gündəlik
qayğılarındandır.
Doğurdan da bu gün böyük bir inkişafın meydanına çevrilmiş və sabahını bu günündən gözəl görmək üçün ürəklə çalışan, məsuliyyətlə vəzifəsini icra edən rayon rəhbərliyi, aidiyyəti qurumlar, eləcə də hər bir ağcabədili inanır ki, Azərbaycan prezidentinin diqqət və qayğısı onların üzərindədi, onlar da bu diqqət və qayğıya öz vətəndaş mövqeləri ilə həmişə cavab veriblər və bundan sonra da həmin mövqedə qalacaqlar. Çünki abadlaşan Azərbaycanın bir parçasıdır.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-5 sentyabr.-S.4.