İSTEDADLILARA "YAŞIL
İŞIQ" YANDIRILIR
REGİON
"...Azərbaycan
müasir dövlətdir,
iqtisadiyyatımız bazar iqtisadiyyatı
prinsipləri üzərində qurulubdur. Amma, eyni zamanda,
biz sosial dövlətik.
Sosial dövlət o
deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun
rifahı siyasətimizin mərkəzindədir".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
Bu gün ölkəmizdə istedadlı gənclərə çox böyük qayğı göstərilir və obrazlı dildə demiş olsaq, onlara "yaşıl işıq" yandırılır. Çünki ölkə prezidenti cənab İlham Əliyev həmişə istedadlı gənclərə yüksək qiymət verib və ölkənin inkişafında onlara böyük ümidlər bəsləyib. Təbii ki, istedadlı, savadlı və vətənpərvəp insanların yetişməsində və mövqe tutmasında təhsil müəssisələrinin çox böyük əhəmiyyəti var. Füzuli rayonunda da belə bir mühitin yaranmasına həmişə xüsusi diqqət yetirilir.
Şagirdlər ilbəil
daha yüksək nəticə əldə edirlər
Son illər Füzuli rayonun təhsilində böyük uğurlara imza atılıb. Bir faktı da qeyd etmək lazımdır ki, son 4 il ərzində rayonun orta ümumtəhsil məktəblərinin məzunları qəbul imtahanlarında daha yüksək nəticəyə nail olublar. Bu nəticəyə hansı yolla və necə şagirdlər nail olub, onun barəsində rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova belə deyir:
- Ümumiyyətlə, Füzulidə zamanından və məkanından asılı olmayaraq bütün dövrlərdə təhsil yüksələn xətlə inkişaf edib. Ən azından ona görə ki, təhsil şöbəsinə müxtəlif vaxtlarda rəhbərlik edənlərin hamısı layiqli pedaqoqlar və ziyalılar olublar. Füzuli məktəblərində bir qayda olaraq yüksək nizam-intizam və tələbkarlıq hökm sürüb. İllər ötdükcə bu məsələlərə daha çox diqqət yetirilib. Ona görə də hər ilimiz digərindən daha uğurlu olub.
Uğurların səbəbləri nəylə bağlıdır?
Qeyd etdiyimiz kimi, Füzulidə təhsilin yüksələn xətlə inkişafı müxtəlif səbəblə bağlıdır. Bu səbəblərdən ən birincisi bayaq dediyimiz kimi, yüksək nizam-intizam və bir də pedaqoji kadrların öz işinə məsuliyyətlə yanaşmasıın bəhrəsidir. Əgər 2011-2012-ci il qəbul illərində rayondan 130 nəfər ali məktəbə qəbul olmuşdursa, 2012-2013-cü ildə bu rəqəm 142 nəfər, 2013-2014-cü ildə 196 nəfər, 2014-2015-ci ildə 231 nəfər, 2015-2016-cı qəbul ilində isə 266 nəfər olmuşdur. O cümlədən 17 şagird ali hərbi məktəb və hərbi litseyə, 11 şagird Bədən Tərbiyəsi və İdman Akademiyasına, 7 şagird isə müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə daxil olublar. Bu isə o deməkdir ki, müəllimlərin çəkdiyi əziyyət öz bəhrəsini verib.
12 şagird 600-dən yuxarı bal toplayıb
İllər üzrə ali məktəblərə daxil olanların sayında artım olduğu kimi, yüksək bal toplayanların sayı da ilbəil artmaqdadır. Belə ki, əgər 2014-2015-ci qəbul ilində 23 şagird 500, bunlardan 6 şagird 600 baldan yuxarı nəticə göstərmişdisə, bu il ali məktəbə sənəd verənlərin 43 nəfəri 500, 12 şagird isə 600-dən yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanıblar. Rayonda şagirdlər arasında yüksək mənəvi həvəs və maraq yaratmaq üçün bütün metodlardan istifadə olunur. Müsabiqələrdə iştirak edən şagirdlər yüksək yer tutduqlarına görə davamlı olaraq mükafatlandırılırlar.
700 bal toplayan
şagirdə icra başçısı
maşın hədiyyə edəcək
Hər il ali məktəblərə yüksək balla qəbul olan məzunlar rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən mükafatlandırılır. Təbii ki, bu mükafat istedadlı məzunlarda yüksək əhval-ruhiyyə yaradır. Son mükafatlandırma mərasimində isə icra başçısı Alı Alıyev yüksək bal toplayanları təbrik edərkən qeyd edib ki, gələn il hər hansı məzun 700 bal toplasa, ona avtomobil hədiyyə ediləcək. Aydındır ki, istedadlı gənclərin bu cür mükafatlandırılması və onlara yüksək qayğı göstərilməsi gənclərin daha yüksək uğurlar qazanmasına təkan verir.
Bir faktı da qeyd edək ki, rayon üzrə ən yüksək nəticə göstərən şagirdlərin bir neçəsi düşmən səngərinin yaxınlığında yerləşən Şükürbəyli kənd orta məktəbinin və o cümlədən "Qayıdış" qəsəbəsində olan məktəbin məzunlarıdırlar.
Yeni gimnaziyanın açılışı
Yeni dərs ili Füzulidə də müasir tələblərə cavab verən və yeni tikilmiş musiqi təmayüllü məktəbin açılışı ilə başlanıb. Belə ki, Əhmədbəyli kəndində inşa edilmiş yeni musiqi təmayüllü gimnaziyanın açılışında rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, rayon təhsil şöbəsinin əməkdaşları, ziyalılar, məktəbin müəllim və şagird kollektivi iştirak edib. 340 şagird yerlik bina 3 korpusdan ibarətdir. Əsas korpus 3 mərtəbədən, yataqxana, yeməkxana, musiqi və akt zalından ibarət olan 2-ci və 3-cü korpuslar isə ikimərtəbəlidir. Açılışdan sonra müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və xanımı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Faiq QİSMƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-17 sentyabr.-s.3.