Bura İsmayıllıdır
AzƏrbaycan Respublikasının
Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ
yardımı ilƏ
¹ 175 (1063) 19
sentyabr - 21 sentyabr 2015-ci il
(əvvəli
ötən sayımızda)
Çox sevindirici haldır ki, ölkə prezidenti cənab İlham Əliyevin elan etdiyi 2015-ci il, yəni "Kənd təsərrüfatı ili" çərçivəsində İsmayıllıda da digər regionlarımızda olduğu kimi, təbii ki, tikinti-abadlıq işləri sürətlə aparılır. Xatırlatmaq yerinə düşər ki, cari ildə İsmayıllıda yenidənqurma və əsaslı təmirdən sonra kərpic zavodunun və əhəng sexinin fəaliyyəti bərpa olunmuşdu. Məhz regionun sosial inkişafının daha geniş sahələri əhatə etməsi baxımından burada velosiped istehsalı zavodunun tikintisinə başlanılması həm rayon əhalisinin, həm də bütövlükdə respublikamızın iqtisadi inkişafına bir töhfədir.
Bu gün İsmayıllı yerli istehsalın genişlənməsinə də xüsusi fikir verilir. Elə bunun nəticəsidir ki, rayonun Qalınçaq kəndi ərazisində illik istehsal gücü min ton olacaq hind quşu fabrikinin tikintisinə başlanmışdır. Onu da qeyd edək ki, bu fabrik ilkin mərhələdə 300 nəfərin işlə təmin olunmasına imkan yaradacaq. Sonrakı mərhələdə isə burada 500 nəfər işçi çalışaq.
Əhalinin sosial problemləri içərisində işıq, qaz, su, rabitə əsas yerləri tutur. Bunu yaxşı bilən rayon rəhbərliyinin diqqət və tələbkarlığı nəticəsində cari ilin 6 ayında İsmayıllı Qaz İstismar sahəsi tərəfindən 13034 abonentə 20,5 milyon kub metr qaz yanacağı verilmiş, satılan qazın dəyəri 101,3 faiz ödənilmişdir. Nəticədə 6 ayda göstərilən kommunal xidmətin dəyəri 372 min manat həcmində olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 51,5 min manat çoxdur. Göründüyü kimi, ilin son payızında artıq İsmayıllıda əhalinin qaza olan tələbatının vəziyyəti tam nəzarət dedi və rayon icra hakimiyyəti qış mövsümündə əhalinin qazla bağlı problem yaşamaması üçün daha böyük işlərin görülməsində, nəzarətin gücləndirilməsində israrlıdır.
Bu gün İsmayıllıda digər sahələr kimi rabitənin, poçt xidmətinin də müasirləşməsi, günün tələblərinə cavab verməsi üçün rayon rəhbərliyi tərəfindən plana uyğun şəkildə addımlar atılır. Həmin planlı işin nəticəsidir ki, İsmayıllı rayon poçt filialının 2 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. 6 ayda tarif gəlirləri proqnozu 124,3 min manata qarşı 172,1 min manat və ya 114,3 faiz yerinə yetirilmişdir.
Xatırlatmaq lazımdır ki, İsmayıllı Rayon İcra Hakimiyyəti 2014-cü ili "İnnovativ təlim texnologiyaları ili" elan etdiyindən rayonun təhsil şöbəsi də öz növbəsində ilin tələblərindən irəli gələn vəzifələri yerinə yetirməyə çalışmışdır. Qısa müddətdə rayonda 19 ədəd elektron lövhə alınaraq məktəblərdə quraşdırılmışdır. Rabitə Nazirliyi və rayon İcra Hakimiyyətinin dəstəyi, "Xəzər" Beynəlxalq İnvestisiya Şirkətinin sponsorluğu ilə keçirilən "Qunduz" informatika və kompüter bacarıqları" müsabiqəsində də İsmayıllı məktəbliləri uğurlu nəticələr qazanmışlar. Nəticədə ali məktəblərə qəbul imtahanlarında müvəffəqiyyət qazanan tam orta məktəblərin məzunlarının şərəfinə "Təhsil bayramı" keçirmişdir. Sevindirirci haldır ki, 2015-ci ildə ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilmiş və yüksək ballar toplayan məzunlar rayon rəhbərliyi tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlarla mükafatlandırılmışdır.
Ümumiyyətlə, İsmayıllı rayonunda artıq tələbə adını qazananlarla görüşlər keçirmək, onları mükafatlandırmaq bir ənənə halını almışdır. Bu mükafatlandırma mərasimlərində ictimaiyyət nümayəndələrinin, valideynlərin, müəllim və şagirdlərin iştirakı həm yaxşı bir nümunə, həm də gözəl bir təbliğatdır.
Bu gun İsmayıllıda digər sosial-məişət obyektləri ilə yanaşı, məkəb və bağça tikintiləri də uğurla aparılır. Sevindirici haldır ki, ölkə Prezidenti cənab İlham Əliyevin də açılışını etdiyi 140 yerlik uşaq bağçası-körpələr evi rayonda ən nümunəvi məktəbəqədər tərbiyə müəssisəsi olmaqdadır. Rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra açılışı İsmayıllı sakinlərinin sosial-sağlamlıq həyatına əvəzedilməz bir hədiyyə oldu. Burada yaradılan şərait imkan verəcək ki, düzgün diaqnoz üçün, əsaslı müalicədən ötrü rayon sakinləri başqa ünvan axtarmasınlar.
Əsaslı təmirdən və yenidənqurmadan sonra müasir formaya salınmış Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi də bu ilin uğurları sırasındadı. Həmin açılış ismayıllıların yadında həm də Alim və Fərqanə Qasımovların mədəniyyət sarayındakı ilk möhtəşəm konsertləri ilə qalıb.
Hamı bilir ki, İsmayıllı Azərbaycanın həm də istirahət zonalarından biridir. Rəqəmlərə diqqət yetirsək görərik ki, Cari ilin arxada qalan ayları ərzində rayona 100 min nəfərə yaxın turist səfər etmişdir. Bu da keçən ilin müvafiq dövründən xeyli çoxdur. Bu bölgənin danışan tarixi Lahıc qəsəbəsidir. Lahıc öz tarixliyi, qədim memarlığı, müasir inkişafı və yollarının abadlaşdırılması ilə daha çox turist cəlb edir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-19 sentyabr.-S.4.