GÖYÇAY:
MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ
VƏ MÜASİRLİK
REGİON
(əvvəli ötən
sayımızda)
Heydər
Əliyev parkında aparılan yenidənqurma tədbirləri
heyrətamiz aura yaratmışdır. Bu yerlərə təzə nəfəs, təbiətin
əbədi şahanəliyi ilə müasirliyin
vəhdətini bəxş etdi. Hər gün burada yüzlərlə
rayon sakininin,
qonaqların gəzintiyə çıxması, bu gəzintidən, istirahətdən zövq alması, qürurla
seyr edilməsi mənzərədir...
Yüksək səviyyəli
tədbirlər sakinləri daha çox cəlb edir
S.Şükürov şöbənin ümumrayon fəaliyyəti haqqında da geniş məlumat verərkən dedi:
- Göyçay Rayon Mədəniyyət və Turizm Şöbəsinin xidmət şəöəkəsində 10 mədəniyyət evi, 19 klub, 44 kitabxana, Heydər Əliyev Mərkəzi, Tarix-Diyraşünaslıq muzeyi, Xalq Şairi R.Rzanın ev muzeyi və Uşaq Musiqi Məktəbi fəaliyyət göstərir.
Rayon Mədəniyyət və Turizm şöbəsi illik plan əasında Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Göyçay Rayon İcra Hakimiyyətinin qərar, sərəncam və göstərişlərindən irəli gələn müddəaları əldə rəhbər tutaraq öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Rayon Mədəniyyət və Turizm şöbəsinin əsas vəzifəsi rayon əhalisinə mədəni xidmət göstərmək, gənclərin ideya-siyasi tərbiyəsinin yüksəldilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ibarətdir.
Göyçay Rayon Mədəniyyət və Turizm şöbəsi əlamətdar və bayram günləri, tarixi hadisələrlə və yubileylərlə bağlı mədəni-maarif müəssisələrinin köməyi iəl 2015-ci ilə ərzində bir sıra kütləvi tədbirlər işləyib həyata keçirmişdir.
20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Unudulmayan tariximiz", "Şəhidlik zirvəsinə gedən yol" başlığı altında ədəbi-bədii kompozisiyalar və bu mövzuya həsr olunmuş foto və kitab sərgiləri;
2 fevral Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş "Xocalı qan yaddaşımız", "Xocalıya gedən yol" adlı anım tədbirləri;
8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş "Dünyanı xilas edən gözəllik" adlı əyləncəli proqram;
Novruzun çərşənbələrinə həsr olunmuş əyləncəli proqramlar;
21 mart Novruz bayramına həsr edilmiş "2015-ci ilin Novruzu" adlı meydan tamaşası;
31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş "Mən kökümlə bu torpağa bağlıyam" adlı ədəbi-bədii proqram;
9 may faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunmuş "Tarixə yazılmış ömürlər" adlı ədəbi proqram;
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş "Dahilərin dahisi", "Müstəqilliyimizin qarantı", "Müasir Azərbaycan Memarı" adlı bulletenlər, divar qəzetləri və foto sərgilər;
Ümummilli lider Heydər Əliyev Mərkəzinin qarşısında rayonun özfəaliyyət kollektivlərinin iştirakı ilə Heydər Əliyevin 92 illik yubileyinə həsr edilmiş "Çağla Heydər dünyası" adlı musiqili ədəbi konsert proqramı;
28 May Azərbaycan Demokratik Respublikasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş "Canım Azərbaycanım!" adlı bayram konserti;
11 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə kompazisiya;
15 iyun Milli Qurtuluş günü münasibəti ilə konsert proqramı;
26 iyun Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə konsert proqramı və digər tədbirlər keçirilmişdir.
Rayon xalq teatrının hazırladığı "Nağıllar aləmində" adlı nağıl tamaşa rayon məktəblilərinin marağına səbəb olmuşdur.
Bütün bunlarla yanaşı rayon mədəniyyət və turizm şöbəsi böyük sənət adamlarının anadan olmalarının ildönümünə həsr edilmiş tədbirlər də hazırlayıb həyata keçirmişdir.
Yubiley tədbirlərinin
effektivliyi
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən yubiley tədbirləri ilə əlaqədar əvvəlcədən hazırlanmış tədbirlər planı əsasında rayonun bütün müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Keçən il bu istiqamətdə bir sıra tədbirlər maraqla qarşılanmışdır. İlyas Əfəndiyevin 100, Hüseyn Arifin 90, Nəbi Xəzrinin 90, Mirzə Şəfi Vazehin 220, Əli bəy Hüseynzadənin 150, Abbas Səhhətin 140, Nəcəf bəy Vəzirovun 160, Rəfiq Zəka Xəndanın 75, Xalq artistləri; aktyor Rza Təhmasibin 120, aktyor Lütvəli Abdullayevin 100, aktyor Mustafa Mərdanovun 120, aktyor Məmməd Quliyevin 100, aktrisa Barat Şəkinskayanın 100, aktrisa Rəmziyə Veysəlovanın 100, aktyor Məlik Dadaşovun 90, xanəndə Keçəçi Məhəmmədin 150, xanəndə Xan Şuşinskinin 125, opera müğənnisi Əhməd bəy Ağdamskinin 130, ədəbiyyatşünas Vəli Xülufinin 120, Əməkdar İncəsənət Xadimi, şair Əli Tudənin 90, bəstəkar Şəfiqə Axundovanın 90, aşıq Mikayıl Azaflının 90 illik yubileyləri mədəni-maarif müəssisələrinlə geniş şəkildə təbliğ edilmiş, onların yaradıcılıq gecələri keçirilmiş, kompazisiyalar, bülletenlər, sərgilər və geniş konsert proqramları təşkil edilmişdir.
Azərbaycan Respublikasında 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması ilə bağlı "Tədbirlər Planı"nın icrası ilə əlaqədar rayonun mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilmişdir. Mədəniyyət və Turizm şöbəsi sərəncamdan irəli gələn müddəaları əldə rəhbər tutaraq tabeliyində olan müəssisələrdə ölkə iqtisadiyyatının inkişafında kənd təsərrüfatının rolu, perspektivləri haqqında yeni təşəbbüslər irə sürən təbliğat işləri aparmış və bu məqsədlə bir sıra tədbirlər həyata keçirilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-23 sentyabr.-S.3.