BİZİM VAQİF İBRAHİM - 70

 

O, 60-cı illərin ən istedadlı imzalarından biriydi. 1945-ci il sentyabrın 30-da Şəkidə anadan olmuş Orta təhsilini başa vurduqdan sonra Bakıda o vaxtkı Azərbaycan Neftkimya institutuda davam etdirmişdi. Amma elə məktəb illərindən ədəbiyyatı, peziyanı sevirdi-şeirlər yazırdı.İstedadı,fərqliliyi, zəhməti onu çox tez tanıtdı. Öz yaşıdları arasında seçildi, yaşlı nəslin sevgisini, hörmətini qazandı. Özündən cavanlara yol açmağa çalışdı. Və bu yolda 70-ci ilin sonlarında ədəbiyyata gələn neçəsi uğurla addımlamağa başlayıb elə o vaxtdan. O , 80-cilərin yaddaşında belə qalıb: xeyirxah, sevgi, işıq dolu bir, həmişə əl uzatmağa, əlindən tutmağa hazır olan insan, gözəl şair kimi. O-VAQİF İBRAHİM.

Bu il 70 yaşı olur bizimçün həmişə cavan olan Vaqif İbrahimin. O həm bizdən getdi, həm də bizimlə qaldı.Ürəyimizdə-ömrümüzdə. Həyatda olsaydı bu illər ərzində neçəsinə qardaş, ata, dost-güvəndiyi bir İNSAN olacaqdı. Qəzaya düşəndə pencəyinin cibində bloknot olub. Qeydləri varmış: Kiminin şeirlərini makinada yazmaq, kiminin yazılarını mətbuata, ya almanaxa vermək, kiminin radioda, ya televiziyada çıxışı, kiminin ilk kitabını hazırlamaq və s. Bunu illər sonra Əhməd Əsgər danışdı. İkimiz də kövrəldik.Kövrəldik və Vaqif İbrahimi xatırladıq dönə-dönə. Təəssüfləndik: niyə unuduruq beləcə?..

Bu il sentyabrın 30-da 70 yaşı olacaq Vaqif İbrahimin. İstədik ki, tanımayanlar da onu tanısın.Tanıyanlar yenidən tanısın, xatırlasın. Sözə dəyər verənlər ünsiyyətdə olsun .

 

HACI FİRUDİN QURBANSOY

 

BONSAY

Vaqif İbrahim haqqında düşünəndə onun həmişə utancaqciddi görünən işıqlı siması gözümün önünə gəlir. O vaxt bir çoxunun arzusunda olduğu Ümumittifaq Lenin komsomolu mükafatını öz şeir və poemalarına görə, yorulmadan gərgin işlədiyi üçün, qabiliyyət və istedadı sayəsində qazanmışdı. Yaşıdlarından daha hörmətli və böyüklər yanında sözü keçəndi. Elə buna görə də qələm əhlindən olan cavanların taleyini ona etibar etmişdilər. Onun yaratdığı, rəhbərlik etdiyi Gənc Yazıçıların Respublika ədəbi birliyində az-çox istedadı olan 70-ci illərin cavanları toplanıb əsərlərini müzakirəyə çıxarırdılar. Vaqif müəllim də, ciddi səy göstərirdi ki, cavanların əsərlərində yad meyllər görünməsin. Bu birlik , sözün əsl mənasında birlikdi, üzvlər bir-birinə dərin hörmət və qayğı ilə yanaşırdı. Hələ indiyə qədər mətbuat səhifələrində, efirdə görünməyib ki, birlik üzvləri biri digəri haqqında güldən ağır söz desin. Vaqif müəllim tamam yad olan insanları bir yerə toplayıb doğmalaşdırmağı bacarmışdı. Vaqif İbrahim təkcə Azərbaycan mühitiylə deyil, Moskva və Leninqradın cavan yazıçiları ilə yaradıcılıq əlaqələri yaradırdı.

O dövrdə böyük yaradıcılıq ehtiraslarını coşub-daşdığı vaxt Sovet quruluşunun "bunu de, onu demə"- prinsipləri əvəzinə yazarların istedadına indiki sərbəstlik qol-qanadı taxılsaydı, nə qədər hikmətli sənət əsərləri yaranardı. Ancaq icazə verilən mövzuları yazmağa məhkum olunmuş hər əlinə qələm alan yazar özünün ən qəddar senzoruna çevrilmişdi. Z.Freydin özünü xədimləmə kompleksi sovet ədəbiyyatının gözəgörünməz ilham pərisinin də istəyinə müvafiq gəlirdi.

Çində və Yaponiyada əsl ağacların dəfələrlə kiçik ölçüdə yetişdirilməsi incəsənəti mövcuddur. "Bonsay" sözü çincədir, mənası "sinidə yetişdirilmiş" deməkdir. Bakıdakı bir neçə imkanlı ofisdə, pəncərə önünə qoyulmuş bonsaylara heyranlıqla tamaşa etmişəm. Elə gözəldirlər ki, adam bu cırtdan ağacları bağrına basıb oxşamaq istəyir. Bəlkə də bu incəsənət, adamları özlərinə daha böyük göstərmək meylindən yaranıb. Sovet dövrünün 1937-ci ildən sonrakı yazıçılarının hamısı bonsay ağaclarına bənzəyir. Biz 70-ci illərin cavanları-hamımız bonsay idik, Vaqif müəllim isə ən gözəl bonsaydı. Vaqif müəllim hamıya məhəbbət və hörmətlə yanaşır, mənən böyüməsinə aşkar-gizli əlindən gələni edirdi. Qız-qadın yazarları isə pis nəzərlərdən xüsusi qayğıyla qoruyurdu.

Sumqayıtda Vaqif müəllimin anasının yas məclisinə dostum Etibar Elkinlə birgə getmişdim. Camaatdan ayrılıb bizə yanaşdı. Anasının, atasının ruhları ilə təmasından bizə pıçıltı ilə danışdı. Deyirdi ki, mən indi bilirəm ölüm nədir, valideynlərimin sözündən öyrənmişəm, tezliklə mən də gedəcəyəm. Yanımızda yarım saatdan çox oturdu, ən səmimi etiraflarını etdi. Bu etiraflarında o necə də böyük və əzəmətli idi... Anasının qırxı çıxmamış özü qəzaya düşdü. Bu bizim hamımız üçün əvəzi verilməyən böyük itki idi. Orada işləyən dostlarım məni bağışlasın, keçmiş "Göyərçin" uşaq jurnalının baş redaktor müavini kabinetinə bir daha ayağımır varmadı gedəm... axı orada bir daha Vaqif müəllimi görməyəcəyəm.

Vaqif İbrahim şəxsən mənə yüzə yaxın sənət dostu bağışladı, heyif ki, dostlarımın ildən-ilə sayı azalır, Vaqif müəllimin yanına, cənnət bağlarına uçurlar.

Bonsaydansa cənnət ağaclarına dönmək daha yaxşıdır, elə deyilmi?

MƏHƏRRƏM QASIMLI

 

 

YENƏ DƏ POEZİYANI

SEVDİRİR

 

(vicdan borcumuz)

 

Mən 70-80-ci illərin ədəbi nəslinə mənsubam.O illərdə ədəbiyyata gələn hər bir qələm sahibinin borcu var Vaqif İbrahim qarşısında. V. İbrahim işıqlı bir ziyalı, işıqlı bir şair, işıqlı bir insan kimi keçir taleyimdən. O əsil ziyalı, əsil insan, əsil şair idi. Yaradıcılığna baxanda şeirlərində bir həzinlik, məhzunluq hiss edirsən. Adama elə gəlir ki, Vaqif İbrahim öz taleyini qabaqcadan görürdü. O özünəməxsus şair idi, onun poetik deyimində xalq ruhu da, yenilikçi nəfəsi də var. Əli Kərim dəsti-xətti, üslubu onun üçün çox doğma idi. Onlar dost idilər. Əli Kərimli günlərini, Sumqayıtlı günlərini yanğıyla xatırlayırdı; "Əli Kərim çox yaşamadı deyirdi. Amma özüçox yaşamadı. Onunla bağlı ancaq çox xoş, ürəyimdə qalan duyğularım var. Elə diqqətlə,qayğıyla yanaşırdı hər kəsə.Təvazökarlıqdan uzaq kimi görünsə də inandığı yazarlardan biri idim. Ondan çox keyfiyyətlər öyrənirdik: sevgi, qayğı, sözə dəyər vermək. Maraqlı görüşlər keçirirdi: B. Vahabzadə, Məmməd Araz, Rəsul Rza, Mirvari Dilbazi, Tofiq Mahmud, Məmməd Aslan, Nəbi Xəzri, Nəriman Həsənadə, Hüsen Arif, Əzizə Cəfərzadə,Ələviyyə Babayevab. Birlik üzvlərinin şeir və hekayələr toplusunu hazırlayardı: "Bahar çiçəkləri". Bu toplunun çapdan çıxması əsil bayram olurdu bizimçün.

Vaqif İbrahim ədəbi mühitdə öz ədəbi mühitini yaratmışdı-Vaqif İbrahim mühitiydi bu. Respublika Ədəbi gəncliyinin mühitiydi. Ordakı gənclərin pərvazlanmasında onun çox böyük zəhməti vardı. Hamının çap olunmasına, kitablarının çıxmasına, televiziya, radio verilişlərində çıxış etməsinə çalışırdı.O vaxt biz ondan kiçik idik. Amma o özünü bizimlə həmyaşıd kimi, ata, qardaş kimi aparırdı. Doğma idi.İllər keçib.Biz indi ondan xeyli yaşlıyıq. O elə indi elə cavan, işıqlı,enerjili Vaqif olaraq qalıb.Ölümünə indi də inanmıram. Mənə elə gəlir ki, O, Azərbaycanın gözəl güşəsində-Şəkidədi. Elə bilirəm indibizi görür, uğurlarımıza sevinir, dərdimizə şərik olur. Yenə də ədəbiyyatı-poeziyanı sevdirir...

 

MAŞALLAH MƏFTUN

 

Güman yerimiz idi

 

Hər bir insanın bütün yaşlarında güman yeri, inam yeri olur. İstənilən yaşda insan gələcək uğrunda mübarizə aparır, kminsə ağıllı məsləhətinə ehtiyac duyur. Vaqif İbrahim məndən ötrü belə ağıllı, zəkalı insanlardan idi. Məsləkdaşım, yolgöstərənim idi. 1970-ci illdən onun yanına gedıb gəlirdim, Sumqayıtda yaşayırdı, şəhər radio verlışlərinin redaktoru idi. Mən hərbi xidmətdən gəldikdən sonra da onunla əlaqə yaratdım. Orta məktəbdə rayon qəzetində respublika qəzet və jurnallarinda çap etdirdiyim şeirlərimdən məni tanıyırdı.O illərdə xalq şairi Söhrab Tahirin dərnəyinə getdiyimibilirdi. Bir gün dedi ki, "Göyərçin""":: jurnalında məsul katib işləyəcəm. "Ədəbi birlik" yaratmaq, gəncləri bu birliyə yığmaq,müzakirələr,müxtəlif tədbirlər, yazıçılarla, şairlərlə, rejıssorlar, rəssamlarla görüşlər keçirmək istəyirəm, belə görüşlərin sizə xeyri olar, sən çalış isdedadlı gəncləri ora gətirəsən. -Mən hələ Yardımlda qeydiyyatdayam necə edim ? -"Bura gəlsən, zavodların birinə işə düzəlsən yaxşı olar, tez-tez görüşərik. Gəlməyinə və yaxud işə düzəlməyinə problem yaranarsa, yuxarıiarın yəni """::narodnilərin""":: köməyi ilə işi həll edərik. Görüşüb ayrıldıq. Bilirdim """::narodnilər"""::- dedıkdə Rəsul Rzanı, Süleyman Rüstəmi, Bəxtiyar Vahabzadıni, Nəbı Xəzrini, Mirzə İbrahimovu nəzərdə tuturdu, çünkü onlarla isti münasibəti vardı. Elə o günlərin birində Xəqani küçəsiylə Yazıçılar İttifaqına tərəf gəlirdim, hörmətli şairimiz, mənim xeyirxahım Söhrab Tahirlə rastlaşdım,qaynar-qaynar görüşdük dərdləşdik, hal-əhval tutdu. Problemlərimdən danışdım. Saat 11-olardi xalq şairi Süleyman Rüstəm Rəssamlar İttifaqı tərəfdə göründü, bizə tərəf gəlirdi. -Maşallah sənin işin düzəldi-Söhrab məllim gülə-gülə dedi.Süleyman Rüstəmlə görüşəndən sonra dedi- Bir xahişim var Süleyman, müəllim bu cavan oğlan bizim dərnəyin üzvüdür, Bakıya gəlmək istəyir məsələsi bizi düşündürür... -Qətiyyən problem olmayacaq-üzünü mənə tutaraq -Mən sabah Bakı Məişət Kondisionerləri zavoduna zəng edəcəyəm, baş direktor Sənan Axundovdur, mənim adımdan get onun yanına. -Ustad minnətdaram -dedim. Elə də oldu, Bakı Məişət Kondisionerləri zavoduna işə düzəldim .Beləcə şəhər həyatım başladı.

1981-ci-il aprel ayının-8 Gənc Yazıçıların Ədəbi Birliyi yaradildı.O- gündən onun rəhbəri Vaqif İbrahim oldu demək olar ki,mən dəVaqif İbrahimin dərnəyinin fəallarından birinə çevrildim.Ədəbi mühitlə yaxından tanış oldum. Dərnəkdə tanınmış yazıçı və şairlərlə görüşlərimiz olurdu.Vaqif İbrahimin köməyi ilə televiziya ,radio dalğalarında çıxışlar edır ,yaxşıca qonarar alırdıq. 1981-ci ildə Yazıçılar İttifaqının göndərişi ilə mən Moskvada M.Qorki adına dünya ədəbiyyatı instituna qəbul oldum.Orada ədəbi almanaxlarda,jurnallarda, qəzetlərdə tez-tez çap olurdum. Gənc Yazıçıların V-ci Ümumittifaq toplantısına seminar rəhbərim, SSRİ dövlət mükafatı lauriatı şair Vladimir Firsovun köməyi ilə düşməyim həyatımı bir qədər dəyişdı. Elə həmin il """::Molodaya qvardiya""":: jurnalında poeziya səhifəsinin mənim şeyirlərimlə açilmasi eyniadlı nəşriyyatda """::Oklikaya proşedşe""":: rus dilində ilk kitabımın çixmasina səbəb oldu.Yaxşı qonarar alıb kasıblığın daşını atdım. Bütün bunlar Vaqif İbrahimi çox sevindirirdi.Onun həm insan kimi həm də şair kimi çox böyük ürəyi var idi. Uğurlarımıza çox sevinirdi. Yaxşı yadımdadı "Baku" qəzetində "Ças poezii" rubrikasında 1983-cü il 23 may tarixli nömrəsində ikimizin şeyirlərini, qəbri nurla dolsun, xeyirxahımız, böyük jurnalistimiz və qəzetin baş redaktoru Nəsir İmanquliyev çap etmişdi.Həmən günü səhf etmirəmsə ədəbi dərnəyimizin qonağı sevimli yazıçımız , Yazıçılar İttifaqinin katibi ,xalq yazıçısı Hüseyn Abbaszadə ıdı, məni Hüseyn Abbaszadəyə təqdim etdi ,şerimin çıxması münasibətiylə təbrik etdi və gülə-gülə :-De görüm """::Sevgim mənim""":: şerüvün qəhrəmanı indiki dəqiqələrdə buradadır yoxsa kənarda? Yerdən :-Bəli buradadır,lakin deməyə cəsarəti çatmır.-Üzünü əyləşənlərə tutaraq Bəs siz nədən ötrüsüz,o deyə bilmir siz deyin,ünvan bəlli olandan sonra özüm elçi gedərəm mənə verməsələr Hüseyn Abbaszadəni apararam ,hələ Bəxtiyar Vahabzadəni,Süleyman Rüstəmi,Nəbi Xəzrini,Hüseyn Arifi demirəm üzünü mənə tutaraq:-Məsələni əvvəl dəqiqləşdir sonra tezləşdir(hamı gülür). Vaqif İbrahim çox sadə insah idi.Onun sadəliyində insanlığın böyük fəlsəfəsi dayanırdı.Yetərincə Uca Tanrı ona istedad vermişdi.İnsani keyfiyyatları çox idi,o insanşünas idi.Biz ondan əxlaq dərsi alırdıq. Aqil Abbas,professor Məhərrəm Qasımlı, Akif Səməd,Vaqif Bəhmənli,Ağacəfər Həsənli, Eldar İbrahim, Maşallah Məftun, Kəmalə Abiyeva, Mahirə Abdullayeva,Fəxri Müslüm,Akif Səməd, Rəşad Bəydəmirli, Həsən Merac, Loğman İbrahimoğlu, Paşa Qəlbinur, Akif Cəlal, Əlısəmıd Kür, Akif Əhmədov, Eldar Nəsibli, Zərxanım Ülvü, Məlahət Yusifqızı, Ramiz Vahidoğlu, Dilənçi Qədimoğlu,Kəramət ,Ədalət Salman,Saday Şəkərli, Zirəddin Qafarli,İslam Sadıq,Səyavuş İsmayıl,Ofelya Hacıyeva, Zülfüqar Şahsevənli, Allahverdı Məmmədli, Tofiq Nurəli ,Sədaqət Kərimova,və başqaları Vaqif İbrahimin ədəbi dərnəyindən çıxıb ədəbi üfüqə qanadlanmışlar. Vaqif İbrahimin otağı bizim güman yerimiz idi.O otaqdan biz böyük ədəbiyyata can atır,Hüseyn Cavid,Mir Cəlal Paşayev, M.Ə.Sabir, C. Məmmədquluzadə, Səməd Vurğun, Rəsul Rza, Mikayıl Müşfiq, Mirzə İbrahimov, Süleyman Rüstəm, İlyas Əfəndiyev,Əbülhəsən Ələkbərzadə,İsmayıl Şixlı kimi ustad yazıçı və şairlərimizin yolunu davam etdirmək istəyirdik. Halal istedadı, nəfəsi olan Vaqif İbrahim bizimlə qəlbini paylaşmağı bacarırdı. Biz ədəbiyyata yeni gələn 1980-ci ilin gəncliyinin buna ehtiyacı var idi. Hiss edirdik yaşıdlarından onu sevməyənlər, uğürlarına sevinməyənlər də var. O, isə bunu heç kəsə hiss etdirməzdi, öz işində idı. Doğulduğu Şəkini, sevgi dolu Azərbaycanı çox sevirdi, əsl Azərbaycan vətəndaşı ıdı.-Özü dediyi kimi: Pasportda vətəndaş olmaq asandı, İnsan özü gərək Vətəndaş olsun. Təəssüflər olsun ki, zaman onu bizdən tez ayırdı.Ruhu şad olsun.

 

 

Ədalət.-2015.-30 sentyabr.-S.3.