NƏRİMAN HƏSƏNZADƏNİN
YENİ POEMASI: "ŞEYX NİGARİ
TÜRBƏSİ"
Xalq şairi Nəriman Həsənzadə
yeni bir poeması ilə oxucularının görüşünə
gəlib. Yaradıcılığında
çox zaman tarixi hadisələrə və şəxsiyyətlərə
müraciət edən,
bu yolla da tarixlə müasirlik arasında bir körpü yaradan Nəriman müəllim öz ədəbi ənənəsinə
sadiq qalır: tarix təkcə dünən deyil, tərix həm də bu gündür,
keçmişi öyrənmədən
gələcəyə boylanmaq
olmaz!
Onun yeni poeması XIX əsrin qüdrətli təriqət
şairi Mir Həmzə
Seyid Nigariyə
(1795-1886) həsr olunub. Daha doğrusu, Türkiyədə, Amasiya
şəhərində, onun
türbəsi önündə
dühüncələr kimi
qələmə alınıb.
Poema haqqında
söz açmamışdan
öncə Seyid Nigari haqqında yığcam bir məlumat verək.
Seyid Nigari Qarabağın Gicimli kəndində məşhur
bir insanın-Mir Rünəddin Əfəndinin
ailəsində dünyaya
göz açmışdır. O, Qarabağda
və Şirvanda mükəmməl təhsil
alır. Cavanlıqda yuxuda ikən
ona buta verilir, Nigar adlı bir qıza
vurulur və "Nigari" təxəllüsü
ilə şeirlər yazmağa başlayır.
Cavan ikən Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı
mübarizəyə qoşulur,
müridizm azadlıq hərəkatında iştirak
edir. Sibirə sürgündən yayınaraq Anadoluya köçür, nəqşbəndi
təpriqətinin liderlərindən
biri kimi tanınır. 1886-cı ildə, Anadoluda, Xarputda vəfat edir, vəsiyyətinə görə Amasiyada dəfn olunur. İndi onun dəfn olunduğu türbə bir ziyarətgaha çevrilib.
Keçən əsrin əvvəllərində
onun həyatı və yaradıcılığı
ilə bağlı görkəmli ədəbiyyat
tarixçisi F.Köçərli
məlumat vermiş, onu bir təriqət
şairi kimi qiymətləndirmişdir. Lakin sovet
dövründə əsərlərinin
çapı yasaq olunmuş, Seyid Nigari ateizmin bəlasına tuş gəlmişdir.Seyid Nigarinin
yaradıcılığına meyl yalnız Azərbaycan müstəqillik
qazanandan sonra artdı. Məqalələr, namizədlik dissertasiyası
qələmə alındı.
2010-cu ildə Yəhya
Çələbi Ali Çələbinin
tərtibi və şair-publisist Əli Rza Xələflinin redaktroluğu və geniş müqəddiməsi
ilə Seyid Nigarinin "Xaki-payin taci-zərim" şeirlər
divanı "Azərbaycan"
nəşriyyatı tərəfindən
oxuculara çatdırıldı.
Xalq şairimizin təbii ki, bütün bunlardan xəbəri var və poemanın girişində yazır:
"1890-cı ildə Amasiyada
müridləri və
xəlifələri tərəfindən
inşa olunan, sonralar get-gedə əvvəlki görkəmini
itirən Seyid Həmzə Nigari Türbəsini Şeyxin həmyerlisi, dostu və yaxın sirdaşı Səfər
bəyin qız nəvəsi xeyriyyəçi
Nərminə xanım
İskəndərzadə şəxsi
vəsaiti hesabına bərpa və təmir etdirmiş, abidəyə yeni nəfəs vermişdi.
Təntənəli açılış mərasiminə
mən də dəvət olunmuşdum. Əsəri
də o günlərin
birində qələmə
aldım" (poema keçən il,
"525-ci qəzet"in 13 dekabr sayında dərc edilib).
Poemada Seyid Nigarinin həyatından, bir təriqət təriqət
rəhbəri kimi Azərbaycanda, Qafqazda və Türkiyədə böyük şöhrət
qazanmasından, Tanrıya
və sevdiyi qıza böyük məhəbbətindən, Rus
müstəmləkəçilik siyasətinə qarşı
mübarizəsindən söz
açılır. Əlbəttə, poetik əsər nə tarix kitabıdır,
nə də sənədli nəsr əsəri. Poeziyada mövzu,
tarixi şəxsiyyət
haqqında söhbət
lirik duyğular, düşüncələr axarı
şəklində təqdim
edilir və Nəriman müəllim də bu ənənəyə
sadiq qalıb. Amma poeziya elə bir sehrdir ki,
bəzən tarixi hadisələri əks etdirən elmi əsərlərdən və
sənədli nəsrdən
də təsiredici olur. Bu mənada
Nəriman Həsənzadənin
poeması Seyid Nigari şəxsiyyəti haqqında lirikanın gücü ilə dolğun təsəvvür
yarada bilir.
Poemada üç
əsas xətt var. Birincisi-aşiq Nigari xətti, ikincisi-Azərbaycanı,
qarabağı sevən
Nicari xətti, üçüncüsü də
təriqət başçısı-müridlərin
lideri Nigari xətti. Və buraya Seyid Nigarinin işğalçı
çar siyasətinə
münasibəti də
ayrıca qeyd olunmalıdır. Nəriman
müəllim bütün
bu xətləri ustalıqla bir poemada cəmləşdirə
bilir və beləliklə, poemanı
oxuyub bitirəndən
sonra Seyid Nigarinin möhtəşəm
obrazı ilə qarşılaşırıq, oinilliklər
boyu, az qala bir əsr
öz mənəvi haqqını ala bilməyən,
sovet ideologiyasının
və ateizmin qurbanı olan bir şəxsiyyəti tanıyır və sevirik.
Aşiq Nigari öz eşqinə ömrünün
sonuna qədər sadiq qalır və şair sanki bununla demək
istəyir ki, EŞQ ilahinin insan ruhuna bəxş etdiyi əbədi, müqəddəs bir duyğudur. EŞQ həm
də etiqaddır, bir qızı sevmək həm də o qızın timsalında Allahı sevmək, Tanrıya qovuşmaqdır.
Seyid-"Nigari" olur,
Aydan da arı olur,
sudan da duru olur.
Şeyxin zühuru olur.
İlahi
bir məhəbbət,
dilində yanğı,
həsrət.
Aşiqlərin nədir bəhsi?
təslimiyyət mərtəbəsi.
Həllac
Mənsurun "həqq"
səsi,
külli-ixtiyardı Nigar.
Məcnun
leyliyə yalvardı,
alıb ağlını
apardı.
"Hər hüceyrəm-bir Nigardı",
"Nigari"-Nigardı,
Nigar.
Seyid Nigari doğulduğu diyarı-Qarabağı
sevirdi. Qarabağ haqqında ilk ən
gözəl şeiri də Seyid Nigari
yazmışdır. Onun fikrincə,
Qarabağı cənnətə
yox, cənnəti Qarabağa bənzətmək
lazımdır, çünki
cənnətə şamil
edilən bütün
gözəlliklər Qarabağdadır.
Bu da Nigarinin həmin misraları ki, Nəriman müəllim də poemada onları səsləndirib:
Nə əcəb dövlət imiş seyri-şikari Qarabağ,
Nə gözəl
nemət imiş söhbəti-yari Qarabağ.
Rəşqi-müşq -ənbər imiş buyi-qübari Qarabağ,
Abi heyvan imiş ənhari-pinari Qarabağ.
Kövsəri Tuba imiş çayi-çinari
Qarabağ.
Aləmi cənnət imiş dari-diyari Qarabağ.
Poemada Nigarinin bir mürşid kimi fəaliyyəti də əks olunur və doğrudan da, adam heyrətə gəlir ki, Seyid Nigarinin insanlara aşıladığı, haqq yoluna çağıran fikirləri gör nə qədər qüvvətli imiş ki, Qafqazda, Türkiyədə, hətta onun hüdudlarından kənarda onun təriqətinə bu qədər meyl varmış. Hələ indi də bu təriqətin "alovları" sönməyib, insanlar dəstə-dəstə onun türbəsinə ziyarətə gəlirlər.
Poemada XIX əsr Azərbaycanı -onun işğala məruz qalması, imperiya siyasətinə boyun əyməsi də ürək yanğısı ilə təsvir edilir.Yadıma Nəriman Həsənzadənin altmışıncı illərdə yazdığı "Nikolay" şeiri düşür:
Heykəli önündə donub qaldım mən,
Hirsimdən beynimə sıçradı qanım.
Asıldı daş kimi
iki çiynimdən,
ikiyə bölünmüş Azərbaycanım.
Elə poemada da həmin şeirin daha kəskin ruhu səslənir.
Poema Nəriman Həsənzadə şeiriyyətinə xas olan incəliklərlə naxışlanıb. Bədii təsvir vasitələri, xüsusilə bədii təzadlar, metaforalar, təşbihlər silsilə təşkil edir. Səksən dörd yaşlı şairimizin yox, sanki cavan-son dərəcə istedadlı bir qələm sahibinin ürək çırpıntılarıdır deyirsən bu poemaya.
Nəriman müəllim! Sizi
bu poema münasibətilə
təbrik edirik. Arzu edirik bu əsərin də
ömrü Seyid Nigari ömrü qədər
olsun. Əsrləri keçib
gələn o müdrik
şeyxin ömrü
qədər!
Ədalət.-2015.-6 yanvar.-S.7.