UCARIN MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK

REGİON

 

İnkişafın mühüm amilləri

 

Son illər Ucar rayonunun bütün istiqamətlərdə nəzərəçarpacaq inkişafı diqqəti cəlb edir. Rayon rəhbərliyinin ciddi səyi nəticəsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tarixi fərmanları, xüsusilə quruculuğun və inkişafın ən yüksək səviyyədə ardıcıllığını təmin edən möhtəşəm Dövlət Proqramları hər yerdə olduğu kimi, Ucarın həm perspektiv, həm də gündəlik həyatında mühüm rol oynamaqdadır. Regionların sosial-iqtisadi Dövlət Proqramlarının icrasına uyğun olaraq son illər bu mərkəzi aran rayonunda da xeyli işlər görülmüşdaha geniş tədbirlər həyata keçirilməkdədir. Abadlıq və müasirləşmə, bir-birinin aradınca istifadəyə verilən irili-xırdalı müəssisələrin timsalında yeni yerlərinin açılması, aqrar sahədəki irəliləyiş, rayon mərkəzinin və kəndlərin sosial-mədəni yüksəlişi əhalini indi daha böyük uğurlara ruhlandırır.

 

Əsas istiqamətlərdən biri kimi...

 

Paralel olaraq digər sahələrin - təhsil, səhiyyə, mədəniyyət və başqa strukturların inkişafını da yaddan çıxarmamalıyıq. Məsələn, uzun illər fəaliyyəti kölgədə qalan bir sahənin - mədəniyyət və turizm şöbəsinin son illərdəki uğurları sevinc doğurur. Bu mənada ki, sistemin fəaliyyəti keçmişlərdən qalan formalizmdən uzaqlaşaraq, bütün sahələrin təbii oyanışına, kütləviliyinə yönəldilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm NazirliyiUcar Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən qayğı və diqqətin nəticəsində rayonun turizm və mədəniyyət sahəsi işçilərinin keçmiş ənənə və işgüzarlığın geri qaytarılması təmin olunmuşdur. Şübhəsiz bu uğurların reallaşmasında son illərdə şöbəyə rəhbərlik edən Alı Babayevin zəhməti və təşəbbüskarlığı danılmazdır. Bacarıqlı mütəxəssisin əzmkar fəaliyyəti indii bir sox məsələlərdə nümunə göstərilir, təqdir olunur. Məhz bu səbəbdəndir ki, rayonu əhatə edən mədəniyyət və turizm şəbəkəsi mərkəzdən tutmuş ucqarlaradək sakinlərin qəlbən və ruhən qaynayıb-qarışdığı, üz tutduğu, içində yaşadığı sevimli bir dünyadır. Ən yaxşı hal budur ki, mədəniyyət ocaqlarının - şəhər və kənd mədəniyyət evlərinin, mədəniyyət klublarının, kitabxanaların, digər şəbəkələrin potensial üzv və iştirakçılarının əsasını təşkil edən məktəblilər daha çox fəallıq göstərirlər. Təbii ki, fəaliyyətdə bu üstün paralelliyin mövcudluğu və inkişafı rayon təhsil şöbəsinin də böyük uğuru sayılmalıdır. Bütün tədbirlərə, dərnək və məşğələlərə daha çox məktəbli gənclər həvəs göstərir və davamlı bir baza rolunu oynayırlar. Digər zümrələrin də fəallığı ümumi entuznazmdan irəli gəlir.

 

 

Həbibinin vətənində bir dönəm

 

Burada keçmiş illər zəruri bir ekskurs yaranır. Çoxları unutsa da Ucar rayonu 40-50 il bundan əvvəllərdə iki dəfə güclü təbii fəlakətlə üzləşib və bu zaman daha çox ziyan çəkən elə Ucar şəhəri olubdu. Amansız leysanbu leysandan əmələ gələn süni daşqın şəhəri demək olar ki, tamamilə dağıtmışdı. Evlərlə yanaşı, şəhər infrastrukturuna daxil olan əksər tikililər uçulub dağılmışdı. Əhali uzun müddət o vaxtlar "fin evləri" deyilən quraşdırmalarda yaşamaq məcburiyyətində qalmışdı. Bunlar bir növ elə evə oxşadılmış dekorasiyanı xatırladırdı.

Şair Həbibinin vətəni bu fəlakəti aradan qaldırmaq üçün bir çox sosial-mədəni məhrumiyyətlərə qatlaşmalı oldu. Sonralar Ucar şəhərinin, Ucar rayonunun yaraları sağalmağa başladı. Respublikanın Bakı-Qazax magistralı üzərində yerləşən Ucar rayonu, eyni zamanda elə Bakı-Tiflis dəmiryolunun da ən böyük stansiyalarından, həm də vağzallarından biri idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə birinci gəlişi illərində isə Ucar rayonu daha böyük perspektiv qazandı. Kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı, şəhər sənayesinin qurulması, müxtəlif adda çoxlu bazaların yaranması Ucarı məşhurlaşdırdı. Hətta o qədər məşhurlaşdırdı ki, bu rayonda rəhbər vəzifələrdə çalışmaq böyük prestij sayılırdı. Beləcə, bütün sahələrlə yanaşı mədəniyyət sahəsi də inkişaf etməyə başladı.

O vaxtlar Azərbaycanda kitaba, xüsusilə bədii ədəbiyyata ən çox maraq göstərən rayonlar arasında Ucarın adı hökmən birincilər sırasında çəkilirdi. Primitiv şəraitlərdə olsa da ucarlılar xalq teatrına, bədii özfəaliyyət kollektivlərinə, dərnəklərə, ədəbiyyat birliyinə ("Çinar nəğmələri": Rəhim Rəvan, Səbuhi Vəliyev, Əli Səfəroğlu və başqaları) xüsusi maraq göstərirdilər.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-6 yanvar.-S.7.