OCAQ ODUNDAN TANINAR

O, iki ocağı birləşdirməyi bacardı

 

Öncədən deyim ki, onu Şuşa işğal olunandan sonra tanıdım. Daha doğrusu, Şuşa Bakıda məskunlaşanda. mən şuşalı dostlardan birinin, yəni, Zahid müəllimin otağında adını eşidib, üzünü görmədiyim Mirkamil müəllimlə üz-üzə oturdum. Söhbətləri, xüsusilə, ağır təmkini məni öz aurasına aldı. Hiss etdim ki, bu insanda təkcə səbir, qarşısındakı adama dözüm o qədər böyükdür ki, onunla saatlarla, günlərlə həmsöhbət olmaq heç bir problem yaratmaz həm onun səsinin tempi, söhbəti məcradan-məcraya yönəltməsi kifayət qədər rahat səmimi idi. Necə deyərlər, sözdən sözü tutub, mövzunu bir-birinə elə calayırdı ki, sanki elə bayaqdan məhz bu barədə danışırdı.

Beləcə başladı tanışlığımız. O tanışılığım sonra şuşalı dostların, qohumların Bakıdakı məclislərində bir az da mehriban axara düşdü nəhayət, günlərin birində mən onu Qarabağın canlı ensiklopediyası Qarabağda haqqı olan dəyərli dostum, qardaşım, gözəl araşdırıcı jurnalist Vasif Quliyevin "Şuşa" nəşriyyatında gördüm. Məlum oldu ki, Mirkamil müəllim həm Vasif Quliyevlə həm dost, həm qohumdu. Bax, beləcə yarandı ülfət, ünsiyyət. mən həmin o isnişən münasibətlərdən yavaş-yavaş öyrəşməyə, yəni, Mirkamil müəllimi içdən, kökdən tanımağa başladım. Bu işdə təbii ki, böyük bir xidmət Vasif Quliyevin üzərinə düşdü. O mənə Şuşa barəsində danışanda öncə bir ocağı xatırlatdı, bir müqəddəs ünvanı, yəni, Seyid Həsən Ağa Ağamirovun kimliyini söylədi. Mən bu şəcərəyə baş vuranda məlum oldu ki, Mirkamil müəllim həm Xan qızı Xurşudbanu Natəvanın nəticəsidir. Bəli, çox maraqlı bir şəcərə açılmışdı vərəqlənirdi gözümün qarşısında. Bu ortaboylu, qarayanız, sadə bir insan həm Qarabağın, Azərbaycanın çox sevilən tarixləri arxada qoyub, bu günə özünün bütövlüyülə, şəxsiyyətiylə, poeziyasıyla qədəm qoymuş böyük şairimizin yadigarlarından biri idi. Təbii ki, bax bütün bunlar məni onun barəsində daha çox öyrənməyə, daha çox bilgilər əldə etməyə həvəsləndirdi. Həmin o maraq da günlərin birində bu yazının yazılmasına səbəb oldu, çünki Mirkamil müəllim yanvar ayının 8-də 60 yaşını qeyd edəcək. mən iki ocağı, yəni, artıq birini təqdim etdiyim Seyid Həsən Ağanın nəvəsi olan Mirkamil müəllim barəsində könül pıçıltılarımı kağıza köçürərkən ikinci ocaq - ikinci ünvan da yadıma düşdü. Axı, Mirkamil müəllim həm Şuşanın ən qədim musiqi məktəbərindən birində çalışır. Onun atası Mirkalam müəllim, anası Həcər xanım da məhz müəllim olublar. Necə deyərlər, Şuşanın musiqisiylə, musiqi dünyasıyla qidalanan, ali təhsil alan bu gün həmin məktəbin direktoru olan Mirkamil müəllim, əslində, özünün bir-birindən duyğusal bəstələriylə həmin ocaqları qovuşdurub, onun istisini, onun odunu hər kəsə tanıdıb, sevdirib.

Mirkamil müəllim Şuşada anadan olub... Şuşada orta təhsilini alıb... sonra Xankəndi, daha sonra dövlət mədəniyyət incəsənət universitetində tələbəlik illəri... sonra yenə Şuşa... burda xalq çalğı alətləri şöbəsinə etdiyi rəhbərlik... sonra Şuşa şəhər 2 saylı uşaq musiqi məktəbinin direktoru... artıq beş ildir ki, maestro Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbinin direktoru... Bütün bunlar bir növü rəsmi tərcümeyi-halın detallarıdı. Amma bunlar həm Mirkamil müəllimin ömrünün təkcə ayrı-ayrı illəri yox, həm nişanələri, cizgiləridir. Onların hər birinin varlığında Şuşa nisgili, Şuşa xatirələri, Şuşalı günlər Şuşasız keçən zamanlar özünü ifadə edibdir.

Mən 60 yaşı tamam olan Mirkamil müəllimin barəsində onu tanıyanlarla həmsöhbət olanda hər kəs ilk öncə bu sözü dedi:

- O, çox sadə səmimi insandır!

Zənnimcə, insanın sadəliyi səmimiyyəti ona bir insan kimi Allahın verdiyi ən böyük töhfədi, ən böyük qiymətdi. Çünki sadəlik səmimiyyət yalnız böyük hərflərlə yazılan, vurğulanan insanlara məxsus keyfiyyətdir. Elə bu qiymətin özündə həm insanın kimliyi, dünyası görünür. İki qız atası, nəvə sahibi olan Mirkamil müəllim təkcə evində, doğmalarının arasında yox, həm çalışdığı kollektivdə özünün həmin o vurğuladığım keyfiyyətləriylə nəhayət, musiqi tədrisinə aid etdiyi ömrüylə , pedaqoji təcrübəsiylə sevilir, fərqlənir. Deməli, o bir rəhbər işçi, bir vətəndaş olaraq həm kamillik nümunəsidi, bütövlük daşıyıcısıdır. Görünür, elə buna görə onun adının canında, ifadəsində o kamillik öz əksini tapır. Maraqlıdı ki, Şuşayla nəfəs alan, bəstələrinin əksəriyyətini Qarabağa, Şuşaya ünvanlayan Mirkamil müəllimin bədii yaradıcılığında da bütövlüyü, dünyası özünü göstərir. Onun bəstələdiyi "Sabaha bizimlə gedəcək Şuşa" nəğməsində bu cür misra var:

 

Böyük vətənimin, böyük elimin

Ən uca zirvəsi, tacıdı Şuşa!

Ana torpağımız bir qızıl üzük-

Onun ürək açan qaşıdı Şuşa!

Poeziyaya könül vermiş Mirkamil müəllimin nəvəsinə, dostumuz Vasif Quliyevə ünvanladığı şeirlərində həmin o içdən gələn səmimiyyət, o duyğusallıq özünü büruzə verir. Məsələn:

 

Sən hamının əzizsən, ay Vasif,

Cəfakeşsən, qağıkeşsən, ay Vasif.

Şuşamızın ad-sanısan, ay Vasif,

Deyirəm ki, bu ad-sanın mübarək

60 yaşın 60-ı da mübarək!

 

Bəli, bu gün Mikamil müəllimin özünün 60 yaşı qapını döydü. biz bu 60 yaşın 60-nı da şərəflə yaşamış, 60-da da izi qalan Mirkamil müəllimi təbrik edirik. Mən onun barəsində yazdığım bu balaca yazıda Şuşayla bağlı, yurd nisgiliylə əlaqəli heç nədən söz açmadım. Çünki bu hisslərin hamısı Mirkamil müəllimin , onun doğmalarının da, elə Vasifin , mənim gündüz xəyalımızda, gecə yuxumuzdadır. Elə bu mənada yubilyar qardaşımızı bir anlıq da olsa, həmin o nisgildən ayırıb ancaq xoş arzularımızı bildirmək istədim. Onun özünün bəstələdiyi mahnıda deyildiyi kimi, sabaha, yəni, şuşalı günlərə birlikdə getmək, birlikdə qovuşmaq hamımıza nəsib olsun. Ad gününüz mübarək, Mirkamil müəllim!

 

Ədalət.-2015.-7 yanvar.-S.7.