UCARIN MƏDƏNİYYƏT SİSTEMİNDƏ ƏNƏNƏ VƏ MÜASİRLİK

REGİON

 

(əvvəli ötən saylarımızda)

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixili sərəncamı ilə "Dünyanın ən gözəl güşəsi" başlığında görkəmli alim, dünya şöhrətli oftolmoloq Zərifə xanım Əliyevanın 91 illiyi ilə əlaqədar "Nurdan yaranmış qadın" mövzusunda dəyirmi masa, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar "Veteranlar parkı"nda "KitabGül bayramı" keçirilmişdir.

Gənclər günü ilə əlaqədar kitabxanalarda "Gənclər gələcəyimizdir", Beynəlxalq ana dili əlaqədar "Dilimiz milli varlığımızdır", "Dilimizi sevək, sevdirək", Beynəlxalq Qadınlar günü ilə əlaqədar "Adın şərəflidir sənin ey qadın", "Ana haqqı, Tanrı haqqı", Novruz bayramı ilə əlaqədar "Xonçalı Novruz gəlir", "Novruzum, yazım mənim", "Elimizə bahar gəlir", "Qədəmlərin mübarək Novruzum", Faşizm üzərində Qələbə günü ilə əlaqədar "Vətən uğrunda ölənlər", "Qəhrəmanlar xatirələrdə yaşayır", 28 may Respublika günü ilə əlaqədar "Ucalan Respublikam", "Zirvələrə gedən yol", 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi ilə əlaqədar "Uşaqlar bizim gələcəyimizdir", "Uşaqlar sabahın qurucularıdır" və s. mövzularda tədbirlər keçirilmişdir.

Eyni zamanda 2014-cü ildə Azərbaycanın tanınmış mütəfəkkirlərinin, şair və yazıçılarının yubileyləri ilə bağlı bir sıra tədbirlər keçirilib. Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma qoca" və s. əsərlərinin müzakirələri keçirilmişdir.

Müəssisələrdə il ərzində tarixi və əlamətdar günlərlə əlaqədar tematik tədbirlər hazırlanmış, Abbasqulu ağa Bakıxanovun və Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilmişdir.

Əhalinin asudə vaxtının səmərəli təşkilində mərkəzi rayon kitabxanası ilə yanaşı şəhər Gənclər və Multimedia kitabxanalarının da fəaliyyəti diqqətəlayiq görülmüşdür.

Rayonda özfəaliyyət kollektivlərinin inkişaf etdirilməsi məqsədi ilə 2014-cü ilin may ayında "İstedadlar axtarırıq" devizi altında rayonda fəaliyyət göstərən mədəniyyət evləri və klubların bədii özfəaliyyət kollektivlərinə ümumrayon baxış müsabiqəsi keçirilmişdir. Müsabiqə əvvəlcə zonalar üzrə təşkil edilmiş və müsabiqədə 17 mədəniyyət evi və 8 klubu əhatə edən 66 özfəaliyyət kollektivi iştirak etmişdir. Bu kollektivlər öz ətrafında 325 nəfər özfəaliyyət həvəskarını birləşdirmişdir.

Rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində və Tarix-Diyraşünaslıq muzeyində əlamətdar və tarixi günlərlə əlaqədar tədbirlər hazırlanmışdır. 2014-cü ilin yanvar ayından başlayaraq mütəmadi olaraq Heydər Əliyev Mərkəzində rayon məktəbləri üçün tarix dərsləri təşkil edilmiş, Mərkəzdə Respublika əhəmiyyətli tədbirlər, eləcə də Nazirlik və Komitə rəhbərlərinin əhali ilə görüşləri təşkil edilmiş, Mərkəzdə yeni ailə quran "Nikah" mərasimləri həyata keçirilmişdir.

Tarix-Diyarşünaslıq muzeyində may ayının 18-də "Açıq qapı" günü elan edilmiş və "Muzeylər günü" münasibəti ilə tematik tədbir keçirilmişdir.

2014-cü ilin iyul ayının 20-də Şəki şəhərində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən Beynəlxalq Ənənəvi Şəki Şirniyyat Festivalı keçirilmişdir. Festivalda Ucar rayonunun Mədəniyyət işçiləri də fəal iştirak edərək rayonumuzun milli mətbəxi irsinə aid olan şirniyyatları nümayiş etdirmişfestivalda rayonumuzun şirniyyatçıları bürünc medala layiq görülmüşlər. Festivalın rəsmi açılış mərasimi 12 tarixində Azərbaycan Dövlət Musiqi teatrında olmuşfestival çərçivəsində aşıqların Qazax, Şəmkir, Goranboy, Tovuz rayonlarında geniş kütlə qarşısında çıxışları təşkil edilmişdir. Eyni zamanda Mədəniyyət və Turizm nazirinin 14.10.2014-cü il tarixli əmrinə əsasən 17 noyabr 2014-cü il tarixində rayonumuzda Heydər Əliyev Mərkəzində festival iştirakçıları ilə rayon ictimaiyyəti nümayəndələrinin görüşü təşkil edilmişdir. Festival iştirakçılarının rayonumuzda qəbul edilməsi, onların rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və yolasalınma mərasimi yüksək səviyyədə təşkil edilmişdir.

Dekabr ayının 18-də Rayon Mədəniyyət evində C.Cabbarlının 115 illik yubileyi münasibəti ilə teatrlaşdırılmış tamaşa hazırlanmışdır. Tamaşada C.Cabbarlının "Almaz", "Vəfalı Səriyyə" pyeslərindən səhnələr, şairin şeirinə bəstələnmiş mahnılar və şeirlərindən nümunələr birləşdirilərək kompozisiya halında nümayiş etdirilmişdir. Teatrlaşdırılmış tamaşa rəğbətlə qarşılanmışdır...

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-8 yanvar.-S.7.