YOLLAR HƏYATIMA: "BİTDİM" -
DEMİRSƏ...
AY ADAM!!!
Duyduqların, gördüklərin nəmənə,
Dərya ağlım, nə kəisrsən dünyadan?
Bir halda ki, nə sənədir, nə mənə -
Qarasına nə gəzirsən, ay adam?!
Göydən düşən alamların kalıydı,
Acı həyat o zamanlar balıydı!
Yığdıqların bu dünyanın malıydı,
Aparmağa tələsirsən, ay adam?!
Kotan sınmaz, torpaq çoxdan şumlanıb,
Şamlıq iplər o vaxtlardan mumlanıb,
Ağılsızlar təzə bilib şadlanıb;
Sən köhnədən nə bilirsən, ay adam?
Övladındı gözlərini oyduğun,
El-obandı yaman günə qoyduğun,
Bəs etmədi Nəsimini soyduğun?
Başım üstə nə əsirsən, ay adam?
Nəynən yusan axan qanlar silinmir,
Yer üzünə qalmaq üçün gəlinmir,
İndiyədək mənşəyimiz bilinmir;
Arsız-arsız nə gülürsən,
ay adam?
Görmürsənmi - bir müqəddəs məkan
var,
Get, agah ol, nə
qədər ki, məqam var,
Daş cildində çinar boylu adamlar -
Çoxaldıqca kiçilirsən, ay adam!
Cavab vermir, səsləyirəm:
"adamg", mən,
Hamıyamı özgəyəm mən, yadam mən?
Məhəbbətin şərabını
dadan mən -
Bəlkə sən də içgilisən, ay adamg
İSTƏDİM ÖZÜMLƏ
APARAM ONU...
Qaytara bilmədim dəli çovğunu -
pərtəm, gül
yanında yaxşı
düşmədi,
istədim özümlə
aparam onu -
olmadı, çiçəyin
yaşı düşmədi.
Buralar o
vaxtdan hələ də qardı,
bəxtəvər yerlərdə
bəlkə bahardı!
Ömrün payızına dözmək
olardı,
amma ki, imanlı qışı düşmədi.
Sındım qızılgülə könül verəndə,
sevgim dəfn olundu yaşıl çəməndə,
bülbül izləri
var ləçəklərində
-
özgələr dərdimi
başa düşmədi.
Könlümün harayı sərgərdan,
səfil,
çoban tütəkləri
ötməkdə dil-dil,
təkcə Məmməd
ARAZ yanıqlı deyil;
çoxları zər tutdu, qoşa düşmədi.
Çiçək pıçıltıyla: "Nə qəmdi?" - dedi,
"Nə görkəm,
nə qəhər, sitəmdi?" - dedi.
öpdüm, Vahid
ƏZİZ, "Siftəmdi" - dedi,
sən bilən - başıma daşı düşmədi!?
YOLLAR HƏYATIMA:
"BİTDİM" - DEMİRSƏ...
...əzəl yer üzünə cığırlar
düşüb,
sonralar böyüyüb
- yollara dönüb,
siftə bir-biriylə
anlar bölüşüb,
dərdləşib, birləşib
- aylara dönüb.
İnsanlar paylaşıb duzu-çörəyi,
ucalıb həyatda
yol arayanlar,
dünya - kainatın
çarpan ürəyi,
ürəyi yaşadan
damardı yollar.
Hərdən könüllərə mehman getmişəm,
cığırlar dolaşıq,
yollar daşlıdı,
bəzən gözləmişəm,
bəzən küsmüşəm;
səslər eşitmişəm:
"hayıf, yaşlıdı".
Çırpdı toxuduğum palaz-kilimi,
keçə döşəkcəmi
altına saldı,
dünya - həyatımın
Yetmiş ilini
"Sağ ol" - söyləmədən ömrümdən
aldı!
Mən bura dolaşıb - gəzməkçün deyil,
əbədi qalmağın
şərtiylə gəldim;
mənasız-məzmunsuz keçdi
neçə il,
amma ki, yolumun yerini bildim.
Kövrəldim, çox oldu erkən sınanlar,
xeylisi buralı ola bilmədi,
cazibə qüvvəsi
zəif olanlar
vaxtın orbitində
qala bilmədi.
Hər biri bir yana varıb - getsə də,
mütləq - işıq
yeri, od-ocağı var,
yollar həyatıma
"Bitdim..." - demirsə,
olsun ki, başqa bir umacağı var...
OLAR...
Gördünmü sirkəni qab çatladanda? -
Şuluq
eləyəni kasada olar,
Sənət belədi ki, söz meydanında
Pəhləvan da olar, kosa
da olar.
Hər kəs vaqif olmaz haqqın səsinə,
Onunçün dövran da gedər tərsinə,
Dil də bağlı olar dil yeyəsinə
-
Uzunu da olar, qısa da olar.
Çoxdandı yayınmaz heç
nə gözümnən,
Müştəbeh sanmayın məni
özümnən!
Ariflər yanında qorxma
sözünnən -
Kamallı sözünü yozsa da olar.
Beynimin şəkli var içində qozun,
Sirriyəm arılar daşıyan
tozun,
Təki
məzar yerim Vətənim olsun -
Qəbrimi yabançı qazsa
da olar!
Çaylar var azalıb, mənsə artmışam,
Min yol öldürüblər
- kəfən yırtmışam,
Neçə canavara göz ağartmışam,
Quzular dərədə
gəzsə də olar.
Gözüm yox qürbətdə,
özgə malında,
Gəzmərəm kölgədə, yad
amalında,
Bu Vahid ƏZİZə, Vətən yolunda,
Göydə qartal kimi süzsə də olar...
MİSİMİ SATARDIM QIZIL
YERİNƏ...
Solan bağ-bağçanın nə
yaraşığı
Payız
aylarında yağmur olmasa,
Küsən könüllərin yox
barışığı
Sevən taleyində uğur olmasa.
Göylərdə qaraltək süzə
bilərdim,
dünyanı ümidsiz
gəzə bilərdim,
dağların yükünə
dözə bilərdim
başım bədənimdən
ağır olmasa.
Nədən ocağımın yandırır
közü?
Yer oldu haqqın da keçmədi sözü,
bilirəm, haçansa
çıxacaq gözü
Tanrı yetim qoyan fağır
olmasa.
Gülüm, bəd yuxumun yozul yerinə,
qəlbdəki arzumsan;
yazıl yerinə,
misimi satardım qızıl yerinə -
üstündə göyərən
paxır olmasa.
Əhsən o bülbülə qəfəsi
yoxdu,
can var yanmağa həvəsi yoxdu,
vallah, üzümlərin
əvəzi yoxdu
sonu dava salan çaxır olmasa...
KÜÇƏDƏ...
Baxıb
gülər qoşa gedən cavanlar,
Dan sökülür, qurtarmaqda
gecə də,
Ay yuxusu eşqə qurban olanlar,
Yata bilsəm
nə işim var küçədə?
Neynəmişəm, hər addımım söz olur?
Deyilənlər ara-sıra düz
olur!
Axı,
niyə hamı mənə göz olur -
Gör, nə qədər gəzişən
var küçədə?
Bu, əzəlki "Torqovunun"
yoludu,
Hər qarışı xatirələr
doludu,
Elə bil ki, qaratikan
koludu -
Gözəllərə ilişən var küçədə!
Kövrələrəm xoş nəzərlər duyanda,
Xəyalımda çiynimə baş
qoyanda,
Təbəssümüm evə işıq yayanda
Soruşarlar: "Girişən var
küçədə?!"
Kaş ki, hələ ömür sürə biləydim,
Öz boorcumu Yurda verə biləydim,
Hamımızı xürrəm görə
biləydim,
Eh..., o qədər pərişan
var küçədə.
Gözüm qaldı - yaraşıqlı
boy gedir,
Arxasınca baxışlardan çay
gedir,
Desinlər ki: ""Gül
bayramı", toy gedir",
Deməsinlər: "Savaşan var
küçədə..."
TƏLİMLƏR
KEÇƏCƏM
CANAVARLARA...
Yazıq,
buraların yırtıcıları,
Güllə neçəsinin köksünə
dəydi!
Bizim obaların canavarları
Kaş ki, bir balaca
əhliləşəydi!
Bizim çobanlar da xeyli günahkar -
Onlara qurdların
işi düşməyib?!
Qoyunla anlaşıb, iti qananlar
Cəsur canavarla isinişməyib.
Kaş ki, bir balaca
bic tərpənəydi;
Çaqqal da o sayaq, tülkü də o cür -
Onda, adamlara yatmaq nəyidi
Torpağı zəbt olmuş
ölkədə o cür!
Dərdimiz nəyidi dil tapa bilsək -
Hər yerdən sürünər
bizim ilanlar,
Əgər ki, düşməni
tanıda bilsək,
Yalquzaq od kimi partizan olar!
Öyrətsək - yolunu salar dağlara,
Canavar elə bil quş
olub gedər,
İnanın, partizan canavarlara
Bütün yırtıcılar qoşulub
gedər!
Haçansa silahlar dinənə
kimi
Bu qurd o qurdlardan qisas alardı,
Gəmirib Şuşada dirəklərini,
Düşmən bayrağını yerə
salardı!
Meşələr şahından dəstək
alacam,
Təlimlər keçəcəm özüm
onlara,
Nəğmələr yaradıb heykəl quracam
Məhv
olmuş partizan canavarlara...
DAŞLAR ŞAQQILDAYIR,
ZƏRLƏR ATILIR...
...Tanıya bilmədim köhnə çayçını,
Siqaret tüstüsü duman yaradıb,
Burda gələcəyin çıxacaq
canı -
Kim oyun qurubsa, yaman
yaradıb!
Bu darlıq nə cürə yığıb
milləti,
İnsanlar başını, gör harda qatvr?
Nə Vətən söhbəti,
nə el qeybəti;
Hamı bir-birinə atmaca atır.
Siqaret tüstüsü - quduz canavar,
Qəzetə baxılar elan yerinnən,
Söhbətlər, filanlar alverdən
olar,
Ya da "Sovetskinin" sökülməyinnən.
Bu cür kim
tanıtdı haqqın
yolunu?
Hər adam bir
cürə qumar oynayar -
Kimi falçılara tökər
pulunu,
Kimisi bəxtini
zərlə sınayar.
Yox-yox, bu çayxana adi yer deyil
-
Burda zər tutanlar döyüşləri var,
Kimlərsə məxsusi yazıb
elə bil -
Nərdin öz mədəni "söyüşləri" var.
Həm də ki, məzəli
deyilişləri;
Atalar sözləri yada salınar,
Bəzən uduzana ilişənləri
Çırparlar, şapalaq altda salınar.
Mən də ara-sıra bu çayxanaya
Gələrəm tarixdən, dildən
danışam,
Bu "xına bənzəmir köhnə xınaya"
-
Eşidən olmayıb, çox
bağırmışam!
Burada zəkalı söz deyə bilmir,
Çayçı divarları nəynən bəzəsin?
Çayxana Bakıya bənzəyə
bilmir,
Qorxuram Bakımız ona bənzəsin...
ədalət.-2015 .-9 yanvar.-S.7.