“Neftin qiymətinin neçə
olacağını bu prosesi idarə edən “böyük
güc” bilir”
Fikrət Yusifov:
“Hazirki nəzarət mexanizmi ayrılan maliyyə vəsaitlərinin
həcminə adekvat deyil”
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktor, professor Fikrət Yusifovun Adalet.az-a müsahibəsi.
- Artıq yeni ilin birinci
ayındayıq. Proseslər proqnozlara uyğun şəkildə
cərəyan edir, yoxsa gözlənilməz məqamlar var?
Proqnozların əksi olan heç nə baş vermir. Proseslər
gözləntilərimizə uyğun şəkildə gedir.
Azərbaycan MDB məkanında 2014-cü ili
daha uğurlu iqtisadi və maliyyə göstəricilərilə
başa vuran yeganə ölkədir. Bunu
sübut etmək üçün rəqəmlərin dil ilə
çoxsaylı misallar gətirmək olar. Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin
2014-cü ilin yekunlarına həsr olunmuş iclasında bu
göstəricilkər hərtərəfli
açıqlandı və konkret faktlar göstərildi.
Prezidentin həm giriş, həm də yekun
sözündə 2014-cü ilin yekunlarına çox dərin
təhlil verildi və qarşıda duran vəzifələr
tam aydınlığı ilə göstərildi.
Prezident məsələlərə olduca proqmatik yanaşaraq
çətin olacağı gözlənilən 2015-ci il üçün dəqiq fəaliyyət
proqramını ortaya qoydu.
-Qarşıdakı mərhələlərdə
neftin qiymətinin hansı səviyyədə qərarlaşacağı
ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Sizin yaxın 3 ay üçün proqnozunuz necədir?
Bu günlərdə haradasa oxudum ki, kimsə mənim
guya neftin qiymətinin 70-80 dollardan aşağı düşməyəcəyi
barədə proqnoz verdiyimi bildirib. Özü də iddia
edib ki, bunu noyabr ayında demişəm. Mənim
heç vaxt belə bir açıqlamam olmayıb və ola da bilməzdi. Qiymətin 50
dollardan da aşağı düşə biləcəyini
demişəm və neftin qiymətlərinin iqtisadi deyil məhz
siyasi əsaslarının olduğunu nəzərə alıb
2015-ci ilin ortalarından qiymətlərin qalxacağı
ehtimalının böyük olduğunu da söyləmişəm.
Amma ötən müddət ərzində mətbuata
verdiyim açıqlamaları qaldırıb baxsaz görərsiz
ki, qiymətlərin 70-80 dollar civarında qalacağını
heç vaxt deməmişəm. Bu gün
dünyanın nüfuzlu iqtisadi araşdırmalar mərkəzləri,
çox tanınmış iqtisadçılar belə konkret rəqəm
deyə bilmirlər və əslində bunu heç kəs deyə
bilməz. Qiymətin neçə olacağını
dəqiq bilən yalnız bu prosesi idarə edən
"böyük gücdür”. Hazırda
neftin qiymətlərinin dünya bazarında aşağı
düşməsinin elə bir iqtisadi əsası yoxdur ki,
hansısa hesablamalar aparasan. Bu, sırf
siyasi məsələdir və yalnız bu prosesi idarə edən
"yeganə güc” bilir ki, başladığı oyunu hara
qədər aparacaq. Bu proses sözsüz ki, hasilat
ölkələrinin hamısını vurur və təbii ki,
Azərbaycan da kənarda qala bilməz. Bu gün
heç kəs üzərinə məsuliyyət
götürüb deyə bilməz ki, məsələn,
üç aydan sonra neftin qiyməti 20 dollara düşməyəcək.
Hazırda elə bir proses gedir ki, neft istehsal edən ölkələr
gəlir itirir, nefti əldə edən ölkələr isə
qazanırlar. Dünya bazarlarında neftin qiyməti 100 dollardan
yuxarı olanda hasilat ölkələri böyük vəsaitlər
əldə edirdilərsə, indi qiymətin 2 dəfə
ucuzlamasından nefti alan ölkələr
yararlanırlar. Vəziyyətin bu həddə gəlib
çatmasında neft istehsal edən ölklərin
günahı yoxdur və bu, hökumətlərin qüsuru
deyil. Əlbəttə ki, bu proses Azərbaycanın gəlirlərini
xeyli dərcədə azaldır. Ancaq bunu faciəvi
şəkildə təqdim etmək də olmaz. Azərbaycanın çox böyük rezervləri
var. Digər tərəfdən, neftsiz Azərbaycanın maliyyə
imkanları qonşu dövlətlərin heç birindən
aşağı deyil, əksinə, bir neçə dəfə
yuxarıdır. Ölkəmizdə
böyük infrastruktur layihələri həyata
keçirilib. Bu il üçün də
nəzərdə tutuan layihələr var. Neftin qiymətinin
aşağı düşməsilə əlaqədar gəlirlərimiz
azaldığından həmin layihələri
saf-çürük edib həyati əhəmiyyət
daşımayan, yaranmış vəziyyətdə icrasına
xüsusi zəzurət olmayan layihələri müəyyən
müddətə dayandırmaq olar və heç şübhə
yoxdur ki, bu belə də ediləcəkdir. Prezident
də müşavirədə bu məqamları xüsusi
vurğuladı. O, layihələr ki, bu günün
reallıqlarına cavab vermir, əlahiddə əhəmiyyətə
malik deyil, onların icrasına yol verilməyəcək. Layihələr də dərəcələrə
bölünür. Məsələn,
ölkədə metallurgiya sənayesinin inkişaf etdirilməsi
məqsədilə inşa edilən böyük kompleksin
tikintisi dayandırılmayacaq. Prezident də
qeyd etdi ki, bu, prioritet sahədir və biz bu layihənin
icrasını dayandırmayacağıq. Həmin
kompleksdə bir neçə zavodun tikintisindən söhbət
gedir. Təkcə bu layihənin özü
ölkədə qeyri-neft sektorunun inkişafında dövlətin
nə dərəcədə maraqlı olduğunu göstərir.
-Ötən ilin sentyabr ayından
etibarən belə iddialar orata çıxmağa
başladı ki, yaranmış vəziyyətlə əlaqədar
Rusiyadan Azərbaycana kütləvi köç başlayacaq. Rusiyanın vəziyyəti hamıya məlumadur.
Amma "kütləvi köç”ün
başladığını göstərən ciddi bir əsas
yoxdur. Siz bunun əksini iddia edirdiz. Hələ də öz mövqeyinizdə
qalırsız?
Bilirsiniz, söz demək asandır. Əsas məsələ
sözü əsaslandırmaq, arqumentləşdirməkdir ki,
indi bir çoxları buna lüzum görmədən ümumi
fikirlər söyləməyə üstünlük verirlər.
Bəli, bu gün Rusiyada iqtisadi durum
acınacaqlıdır. Ancaq gəlin baxaq,
Rusiya belə bir duruma birinci dəfədirmi düşür?
Son 10 il ərzində neftin qiymətlərinin
kəskin şəkildə dəyişməsilə əlaqədar
Rusiya bir neçə dəfə belə iqtisadi təlatümlər
yaşayıb. Amma heç vaxt Rusiyadan Azərbaycana
kütləvi köç müşahidə olunmayıb.
Əlbəttə, qayıdanlar ola bilər
və istisna etmirik ki, soydaşlarımızım müəyyən
bir qismi artıq Azərbayacan dönüb. Bunlar
da əsasən əvvələr dediyimiz kimi orada müvəqqəti
işlərdə çalışanlardır. Lakin kütləvi köçlə bağlı
iddiaların real əsası yoxdur. Hanı
bu köç? Rusiyada ağır iqtisadi
durum yaçandığı halda niyə müşahidə
etmirik azərbaycanlıların "böyük
qayıdış”ını? Axı bəzi proqnozlara
görə bu proses çoxdan başlamalı idi. Bir daha deyirəm, hər bir fikrin arxasnda məntiq
durmalı, verilən hər bir proqnoz lazımınca əsaslandırılmalıdır.
Bu yoxdursa, hansısa sözə, fikrə ciddi
yanaşmaq olmaz. Bizim kiminləsə şəxsi
müstəvidə hər hansı ədavətimiz yoxdur, kiməsə
qarşı qərəzli mövqedə deyilik və belə
mövqedə olmaqdan çox uzağıq. Kiminsə savadını, biliyini də şübhə
altına ala bilmərik. Hər kəsin
özünə görə intellekti və elmi çəkisi
var. Təhqir etmək, şəxsiyyəti
aşağılayan ifadələr işlətmək şəxsən
mənim əxlaqıma ziddir. Bizim istədiyimiz
iqtisadçıların qaraguruhdan uzaq olmasını görməkdir.
Biz əsası olmayan, qeyri-real rəqəmlər
üzərində köklənən fikirlərə etiraz edirik.
Əgər söylədiyimiz fakta qarşı
bunun əksini sübut edən hansısa konkret arqumentlər
varsa, bunları ortaya qoymaq lazımdır. Ortaya
qoyduğumuz konkret faktlara ümumi sözlərlə
aydınlıq gətirmək cəhdi əsən küləyə
qarşı qılıncla vuruşmaq kimi bir işdir. Ümumiyyətlə, biz yaxın gələcəkdə
mətbuatda ciddi diskusiyalara səbəb olan məsələlərin
dəyirmi masalar arxasında və bütün maraqlı tərəflərin
iştirakı ilə müzakirə edilməsi istiqamətində
konkret addımlar atmağı düşünürük.
-Neftin dünya bazarında qiymətinin
aşağı düşməsini Azərbaycan
üçün müsbət hal kimi qiymətləndirənlər
hesab edirlər ki, yalnız belə vəziyyətdə ölkədə
digər sahələrin inkişafına diqqət ayırla bilərdi.
Bu fikirlərə münasibətiniz necədir?
Son 5-6 ildə neftin qiyməti bir neçə dəfə
düşüb-qalxıb. Gəlin rəqəmlərin
dili ilə danışaq. 5 il əvvəl
ölkədə ümumi daxili məhsulda qeyri neft sektorunun
payı 47 faiz idi. İndi bu rəqəm 60 faziə
çatıb. Yəni 5 il ərzində
ümumi daxili məhsulun həcmində qeyri neft sektorunun
payı 13 faiz artıb. "Azərbaycan 2020: Gələcəyə
baxış” proqramında 2020-ci ildə bu rəqəmin 80
faizə çatdırılması nəzərdə tutulub.
Bu məsələ ilə bağlı fikir söyləyənlərdən
soruşuram: Siz düşünürdüz ki, Azərbaycan 1-2
ilin içərisində ümumi daxili məhsulun həcmində
qeyri neft sektorunun xüsusi çəkisini 80 faizə
qaldırmalı idi? Buna zaman lazım idi və
Azərbaycan təcrübəsi göstərir ki, bu yöndə
dəyişikliklər kifayət qədər böyük
sürətlə gedib. Yəni 10 ilin içində
Ümumi Daxili Məhsulun tərkibində qeyri neft sektorunun
xüsus çəki 47 fazidən 80 faziə qalxırsa, bu
artıq bir neft ölkəsi üçün inqilabdır. Bu iqtisadiyyatın diversfikasiya edilməsi istiqamətində
ölkə rəhbərliyinin tutduğu qətiyyətli
mövqenin açıq təcəssümüdür.
Btün bunları bilərək Azərbaycanda
iqtisadyyatının diversifikasiya edlməsi və onun neftdən
asılılığını minimuma endirilməsi istiqamətində
heç bir iş görülmür demək məsələyə
çox ədalətsiz bir yanaşımdır. Bunu sözlə demək olar, amma rəqəmlər
başqa şeylər deyir. Baxın, yola
saldığımız 2014-cü ildə ümumi daxili məhsulun
artımı 2,8 faiz, qeyri neft sektorunun
artımı isə ondan 2,5 dəfə çox - 7 faiz təşkil
edib. Məgər bu azdır? Hesab edirəm ki, çox yaxşı göstəricidir.
Bu sizin sualınıza cavabdır ki, neftin qiymətindən
asılı olmayaraq ölkədə qeyri neft sektoru inkişaf
etdirilib və etdirilir. Mən sizə prezidentin
hələ 2004, 2005-ci illərdə etdiyi
çıxışlardan sitatlar gətirə bilərəm.
Dövlət başçısı hələ
onda dəfələrlə vurğulayıb ki, biz nefti yaddan
çıxarmalı, qeyri neft sektorunu inkişafına
xüsusi diqqət ayırmlıyıq. Görürsünz,
prezident hələ 10 əvvəl deyib bunu və indi kimlərsə
hay-həşir salıb deyirsə ki,
iqtisadiyyatımızın neftdən
asılılığını azaltmaq istiqamətində
addımlar atılmır, bu yalandır. Problemlərdən
danışanda görülmüş işlərə bu
cür kölgə salmaq olmaz. Hər
şeyi olduğu kimi danışmaq, göstərmək
lazımdır.
-Prezidentin sədrliyi ilə
keçirilmiş müşavirədə sahəyə məsul
olan nazirlərin çıxışını necə qiymətləndirirsiniz?
Diqqətinizi cəlb edən hansısa xüsusi
məqamlar oldumu?
Hər bir çıxış geniş təhlillərə,
konkret göstəricilərə əsaslanırdı. Təbii ki,
bütün informasiyalar sahəyə rəhbərlik edən
şəxsin əlində cəmləşir və o, daha dərin
təhlillər vermək iqtidarındadır. Bu
baxımdan sahəyə məsul çəxslərin sonuncu
müşavirədəki çıxışı ümumən
vəziyyəti əks etdirsə də, fikrimcə bir qədər
başqa formada da ola bilərdi. İqtisadiyyat naziri də, Mərkəzi Bankın rəhbəri
də rəhbərlik etdikləri sahələrdəki
çatışmazlıqlara, nöqsanlara özünütənqid
prizmasından da yanaşa bilərdilər. Ola bilməz ki, hər şey ideal olsun. İdeal heç nə yoxdur. İş
olan yerdə nöqsanların olması da realdır. Onları deməkdən çəkinmək lazım
deyil. Bunu cəmiyyət də yaxşı
qarşılayardı.
-Yaxşı, onda bunu sizdən
soruşaq. Problemlər nədən ibarətdir?
Kənar müşahidələrinizə əsaslanıb
ölkənin iqtisadi səhnəsində hansı
çatışmazlıqları görürsünüz?
Əlbəttə, problemlər var. Yuxarıda dediyimiz kimi iş, fəlaiyyət olan yerdə problemlər, axsayan tərəflər mütləq olmalıdır. Mən aqrar sahənin hələlik istədiyimiz səviyyədə olmadığını qeyd edə bilərəm. Kiçik və orta sahibkarlığın inkişafına bəzi yerlərdə süni manelər yaradılır. Əsasən yerlərdə sahibkarlara süni maneələrin yaradıldığına və səlahiyyət sahiblərinin sui istifadə hallarına yol verdiklərinə dair informasiyalar var. Müşahidələrimə əsaslanıb deyə bilərəm ki, bəzi hallarda istifadə olunan vəsaitlərin üzərində nəzarət kifayət qədər ciddi olmur. Fikrimcə hazirki nəzarət mexanizmi ayrılan maliyyə vəsaitlərinin həcminə adekvat deyil. Turizmin səviyyəsi də hələlik qəneedici hesab oluna bilməz və sairə. Yəni problemlər var və bunu gizlətmək mümkün deyil. Problemlər barədə danışmaq və çatışmayan tərəfləri göstərmək lazımdır. Amma bununla yanaşı problemlərin aradan qaldırılması istiqamətində atılan addımlar da göstərilməli və görülən bu işlər də qiymətləndirilməlidir. Məsələn, ötən il ölkədə sənaye ili elan olunmuşdu və bu sahənin inkişafı üçün çox yaxşı kurs götürülüb. Ötən il irili-xırdalı 230-dan çox sənaye müəssisəsi qurulub, minlərlə yeni iş yerləri açılıb. Bu il pilot sənaye məhəllələrinin salınması da nəzərdə tutulub. Turizmin və aqarar sektorun inkişaf etdirilməsi istqimətində də hökumət addımlar atır. Misal üçün yeni iqtisadi münasibətlər formalaşdırılıb, hüquqi baza təkmilləşdirilibdir. Xüsusən aqrar sektorunun inkişaf etdirilməsi üçün son bir ildə ciddi işlər görülüb. Dünən isə prezident İlham Əliyev 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili” elan edilməsi haqqında olduqca yerinə düşən sərəncam imzaladı. Sizi əmin edirəm ki, bu sərəncam ölkədə aqrar sektorun qısa müddət ərzində daha ciddi inkişafını təmin edəcək. Xatırlayırısınıza sonuncu müşavirədə prezident banklara tövsiyyə etdi ki, 2015-ci ildə real sektora daha çox kredit ayırsınlar. Bunun özü də çox ciddi məsələdir. Bilirsiniz, qeyri neft sektorunun içində də şaxələnmə aparmaq lazımdır və yalnız bir sahənin üzərinə diqqət yönəltmək doğru deyil. 2015-ci ilin kənd təsərrüfatə ili elan olunması göstərdi ki, prezident də məhz qeyri neft sektorunun özünün şaxələnmənin tərəfdarıdır. 2014-cü il sənaye iliydi, bu il kənd təsərüfatı il oldu. Şübhə etmirəm ki, növbəti il başqa bir sahənin inkişaf tempinin artırılması yönündə tədbirlər görüləcək.
-"Ekonmiks”
Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin təsis
konfransında bildrimişdiz ki, rəhbərlik etdiyiniz təşkilat
ölkədə ayrı-ayrı sahələrin
inkişını nəzərdə tutan müxtəlif layihələr
işləyəcək, hökumətə təkliflər verəcək. Bu yöndə işləriniz nə
yerdədir?
İşlərimiz gedir. Yeni layihələr üzərində çalışmalarımız davam edir və yaxın zamanlarda konkret təkliflərimizi ortaya qoyacağıq. Bundan başqa, ayrı-ayrı sahələrdəki vəziyyəti göstərən araşdırmalarımız da olacaq. Eyni zamanda əvvəldə dediyim kimi, ölkədə iqtisadi-sosial məsələlərin, maliyyə məsələlərinin daha çox aktual olan problemlərini bir çox tərəflərin iştirakı ilə dəyirmi masalar arxasında müzakirə emək niyətindəyik. Bu bizə həmin problemlərin həllini təmin edə biləcək daha real təkliflərin işlənib hazırlanmasına kömək edəcəkdir.
Ədalət.-2015.-14 yanvar.-S.4.