Coşqun seli
xatırladan Aşıq Yusif Cəfərov
Hacı Tofiq Seyidzadə Sədərək şairləri
haqqında dörd kitab, Sədərəyin aşıqları, o cümlədən,
Aşıq Yusif Cəfərov haqqında da bir o qədər
kitab yazıb ərsəyə gətirib. 2015-ci ilin yanvar ayında
"Aşıq Yusif Cəfərovun yaradıcılığına
həsr olunmuş dördüncü kitab"
işıq üzü
görüb.
Dəyərli qələm sahibi,
56 kitab müəllifi
Hacı Tofiq Seyidzadə aşıq sənəti barəsində
belə yazır: Aşıq yaradıcılığında
bu günədək coşqun sel olan aşıq olmayıb. Çünki o, elə bir
sahə yoxdur ki, bu sahəyə
ya qoşma, ya təcnis, ya da dodaqdəyməz
qoşmasın. Həqiqətən Naxçıvan aşıqları
içərisində Aşıq
Yusif Cəfərovu Naxçıvanın "Aşıq
Ələsgər"i adlandırıblar.
O, Sədərək kənd
orta məktəbinin nəzdində fəaliyyət
göstərən əyani-qiyabi
məktəbi lupa ilə oxuyub - qurtarmışdı. Aşıq Yusif
Cəfərov bir çox tədbirlərdə
iştirak edən coşqun qoşma və təcnislər ilə çıxış
edən aşıqlardan
biri idi.
"Ağ aşıq
Yusif Cəfərov yaradıcılığına baxış"
müəllifin üçüncü
kitabıdır. Xatırladaq ki, Aşıq
Yusif Cəfərov
1930-cu ildə bu kəndə dünyaya gəlib. Kənd məktəbinin nəzdindəki
əyani-qiyabi orta məktəbdə təhsil
alıb. Saz çalmağı
ilk olaraq atası Məhərrəm kişinin
tut ağacından düzəltdiyi
aləti ələ götürəndən sonra
ustadı Əli Nəcəfoğlundan öz
bacarığı, aşıq
sənətinin sirrinə-sehrinə
varmış və aşıq sənətini
dərindən öyrənmişdir.
Naxçıvanın aşıqları
sırasında özünəməxsus
yeri, mövqeyi olan Ağ aşıq
Yusif Azərbaycan aşıqlarının IV qurultayının
nümayəndəsi seçilib,
qurultayda həmkarları
qarşısında çıxış
edib, qurultayın mükafatına layiq görülüb, qoşma
və təcnisləri
qurultay materiallarının
dərc edildiyi almanaxda yer alıb.
Hacı Tofiq Seyidzadə yaradıcılığında Naxçıvanın folkloru,
aşıq sənəti,
onun təşəkkülü,
inkişaf yolu xüsusi yer tutur. Müəllifin yaradıcılığını
izləyən hər kəs Naxçıvanda hələ 1935-ci ildə Aşıqlar İttifaqı
yarandığı zaman
Azərbaycan Aşıqlar
Birliyinin 1993-cü ildə
keçirilən qurultayında
Naxçıvandan 8 nəfər
2008-ci ildə isə keçirilən V qurultayında
isə 6 aşığın
nümayəndə seçdiyi
həmin aşıqların
kimliyi barədə oxuculara ətraflı məlumat çatdırır.
Müəllif qeyd edir ki: "XX əsrdə yaşayıb-yaratmış, "Ağ aşıq" təxəllüsü ilə
tanınan Aşıq
Yusif Cəfərov çox qiymətli əsərlər yaratsa da, zamanında bütün bunları xalqa çatdıra bilməyib. Onun 1250-dən artıq şeir, qoşma, təcnis, dodaqdəyməz,
gəraylı, müxəmməs,
bayatı və dastanını mən tapıb üzə çıxarmış, 1956-cı ildən izləyərək
3 kitab şəklində
xalqa çatdırmağı
özümə mənəvi
borc bilmişəm".
Hacı
Tofiq Seyidzadə bu yöndə araşdırmalarının 2008-ci ildə nəşr etdirdiyi Ağ aşıq Yusif Cəfərovun həyat və yaradıcılığından
bəhs edən iki kitabında, 2012-ci ildə çap etdirdiyi "Sədərək
şairləri II hissə"
kitabında və haqqında söhbət açdığımız "Ağ aşıq Yusif Cəfərov yaradıcılığına baxış"
kitabında bu el sənətkarlarının yaradıcılığını
izləyənlərə ərməğan
edib.
Müəllifin 115 səhifə həcmində
olan "Ağ aşıq Yusif Cəfərov yaradıcılığına
həsr olunmuş dördüncü kitab"da
da öz ənənəsinə sadiq
qalaraq onun dodaqdəyməzlərinə, rübailərinə,
təcnislərinə istinad
edib. Kitaba alim, şair-tərcüməçi
Şamil Zaman müqəddimə yazıb.
Bundan başqa kitbada professor Nizami Xudiyevin "Naxçıvanın
Aşıq Ələsgəri",
"Səs" qəzetinin
əməkdaşı Zümrüd
xanımın isə
"Aşıq Yusif böyük insandı"
adlı məqalələri
də öz yerini tutub.
Yeni kitabdan aşığın yaradıcılığından
bir neçə nümunələri oxuculara
təqdim edirik.
DÜNYA SƏNDƏN
Kimi canın oda saldı,
Kimi dərdə qəmə daldı,
Kimiləri savab aldı.
Dünya səndən, dünya səndən.
Kim oldu qəm dustağı,
Kimi oldu elə yağı.
Kimi köçdü cavan çağı,
Dünya səndən, dünya səndən.
Çoxlar atdı namus arı,
Qucaqladı dövlət, van.
Pozuldu qurduğu hasarı,
Dünya səndən, dünya səndən.
Kimlər-gəldi, kimlər getdi,
Kimlər elə zülüm etdi.
Kimlər
əlləri boş getdi,
Dünya səndən, dünya səndən.
Aşıq Yusif gedər qalmaz,
Nadan onu yada salmaz.
Telli Sazın daha çalmaz,
Dünya səndən, dünya səndən.
YARI YANINDA
Ürəyi sevinclə dolu
o kəsin,
İstəkli cananı yarı yanında.
Nə dərdi olarki nə də qüssəsi,
Könlü sevəninə yarı yanında.
Xainlər ox atdı o yaralandı,
Yarın qadasını o yar alandı.
Köçdü yurddan yurda ev aralandı,
Canda getdi onnan yarı yanında.
İnsaf
eylə saçlarını
hey dara,
Aşiqini çəkdirirsən hey dara.
Aşıq Yusif sığın
şahı-Heydara,
0 olar arxası yarı yanında!
GEDƏR
İnsan
ki, var bu
dünyada,
Bir quş kimi düşər
gedər,
Dözər qışa indi
yaza,
Alovlanıb bişər gedər.
Kimi olar dərdli, qəmli,
Kimi olar kefli, dəmli,
Kimi zilli, kimi bəmli,
Kimi taxtdan düşüb gedər.
QOCALANDA
Bu çarxı fələyin
işinə baxın,
İşləmir damarda qan qocalanda.
Can deyən dostların nazlı cananın,
Səndən ötür keçir yan qocalanda.
Gecələri sübhə kimi
yatmırsan,
İstədiyin məqsədinə çatmırsan.
Əvvəlki tək matahını
satmırsan,
Açılmır üzünə dan qocalanda.
Övlada,
uşağa keçməyir
sözün,
Əlacsız-əlacsız yaşarır gözün.
0 vaxt təəccüblənib
deyirsən özün,
Kaş ki, yaşamaya can qocalanda.
Bəzisi
söyləyir dəlidi-dəli,
Başına gələndə bilərsən,
bəli.
Düşgünlük adamı edir məzəli,
Mənim
sözlərimi an qocalanda.
İstərsə də nökər
ol, istər hökmdar,
Çiçəkli baxçanı bürüyürdü qar,
İşıqlı gözlərin görəcəkdi tar,
Gündüzün gecədi
sən qocalanda.
Ədalət.-2015.-15 yanvar.-S.5.