"Müxtəsəri, Kəlbəcərsən..."
Məmməd Aslan
Şahdağın ətəyində, Ləzə kəndində
dağla şəkil çəkdirib. Onlar
analarının sevgisini paylaşmaq
üstündə küsüşmüş
əkizlər kimi oxşar
və qəmli düşüblər.
Yəqin "
Varlıqla yoxluq arasında" var-gəl
edənlər belə mənalı və dumanlı olurlar:
Sənin
saçın gur meşə,
Mənimki
kövşən yeri.
Kim göyərdə, kim eşə
İldırım
düşən yeri?!
Dağla şair ildırım düşən yerdə xış qoşub yer əkiblər, müxtəlif zərbələrdən və soyuqlardan dodaqları (dağın bulaqları) göyərib, indi də əkinin göyərməsini gözləyirlər. Təki tale onların mahal görünən arzularmı göyərtməkdə göylük etməsin.
...Şairlik - min bəla çəkib, sevgi ilə, əyilməzliklə başmı aldadanları ildırım düşən yedə çiçək becərmək sənətidir!
...Dağlar - tərzləri ilə şairləri bu yöndə yaman şirnikləndirirlər! Şairlik həm də zindanda əzab çəkən fikrə dilin və sözün timsalında azadlıq ziyafətidir.
...M.Aslan sözün həqiqi və məcazi sınırında incəliklə gəzişir. Bizim sinirimiz bu gərginliyə çətin dözə, salamatı minaya düşməmək üçün sözləri (fikirləri) seçməsiz - dırnaqsız, eynihüquqlu verməkdir:
Nəğmələr dənizində
Gözün məni axıdır.
Beyti və minlərə belə nümunələr sözün həqiqi, məcazi adlı bəndlərini çoxdan yuyub aparıb!
Əslində şair məni də çox uzaqlara apardı. Yoxsa yazacaqdım ki, M.Aslan Kəlbəcərə oxşayır - şairlikdə, rəssamlıqda, bəstəçilikdə, məğrurluqda, zəriflikdə...
Yaradan dağları mükəmməl yaradıb. Sanırdım dağların bircə həsrəti var - dəniz. M.Aslan kəşf etdi ki, dənizin gözəli - çiçəklisi dağlardaymış:
Əlvan gül dənizi, çiçək dənizi,
Ətirli dalğalar dizimdən mənim.
Getməz bu dağların göyçək dənizi
Ürəyimdən mənim, gözümdən mənim.
Kəlbəcər özü boyda çiçək dənizi idi, ləpələri-lalə, bənövşə, maralçiçəyi, nərgiz, danaqıran, ...olan bu dəniz adam batırmırdı, ruhu qanadlandırırdı. Duzu-əlvanlığındı olan bu dəniz o qədər ecazkar gözəldir ki, sahil özü dalğalara yanaşmağa can atırdı-qatlanaraq, dərə, təpə, qaya forması alaraq!
Yönəldim bulağa: bir qurtum içim;
Cığır fərşə dönüb,
gül əlçim-əlçim.
Bəs necə
tapdayım, bəs necə keçim?!-
Min naxış pozular
izimdən mənim.
Sözün hər mənasında bu dənizə ilk baş vuran Məmməd Araz oldu. Fərman Kərimzadə
demiş: "Kötük
qabağa düşmüşdü".
Qardaş,
düzümünün əsiri
oldum,
Xəbərim olmadı özümdən
mənim.
Sənin
çiçəyinə, gülünə
baxdım,
Min yarpaq töküldü
sözümdən mənim.
Məmməd Araz adaşı və çağdaşı
qarşısında heyrətini,
məftunluğunu bu səviyyədə bildirməzdi. Kəlbəcərin çiçək dənizində
həm də bir şair istedadının
dalğalandığım görməsəydi.
Kəlbəcərə yağış yağanda
dərələrə yazığım
gəlirdi. Məmməd Araz duyurdu ki,
bu dəniz dağların başında
bənd alası deyil, axıb dünyaya çiçək
ətri yaycaq - bunu ona şair
fəhmi deyirdi. Fəhmdən başqa M.Araz təbiətin dilini də yaxşı bilirdi axı...
M.Araza M.Aslanın (və ya Kəlbəcərin ) çiçək dənizi o qədər xoş gəlmişdi ki, o dənizdə batmaq, ölmək keçmişdi könlündən,
Nəzirənin poetik dəyərini, ictimai-siyasi
qatlarım danmadan, məncə şair əsas fikrini son beytə saxlamışdı:
Bu vətən torpağı
son kəfənimdi,
Doymaram bu qara bezimdən mənim. ...
Həyatın zirvəsi ölüm
olduğu kimi, sözün, sənətin,
fikrin də zirvəsi ölümdü ! Ölürəm, yəni - sevirəm, duyuram, yaşayıram!
...Bir tərəfdə şahların dilənçilik
etdiyi dünya!
...Bir tərəfdə dilənçinin məğrurluğundan
yazan, o boyda gözəllik dənizindən
ilhamım, könlünü
dınqıldatmaqdan ötrü
özünə bircə
bulaq götürən
M. Aslan: Tərtər Şəmşir sazıdı,
Bulaq - mənim
cürəmdi.
Cürəsiylə məğrurluq simfoniyası
yaradan, bulağıyla
dənizləri təlatümə
gətirən Məmməd
əmi, min yaşa!
... Məmməd Aslan Kəlbəcərə, dağlara
bənzədiynyi yaxşı
bilir:
Tənha
zirvələrin yar - yoldaşıyam:
Quşqonmaz dağların ağır
qışıyam:
Mən qaya parçası, çaxmaq daşıyam:
Mən çətin
adamam, asan deyiləm.
Bu da Kəlbəcərin sərt üzü - çiçək dənizində
zəlzələ, tufan,
vulkan və ya sadəcə - Dəlidağın qışı!
...Türk dilinin, türk mənəviyyatının
və türk dünyasının böyük
şairi M.Aslanı Kəlbəcərlə məhdudlaşdırmaq
fikrindən uzağam.
Sadəcə olaraq şairin doğulduğu torpağa bənzəyişi
min ağacdan görsənir...
Fəhmi
atlı şairimiz M.İsmayıl
yaxşı bilirdi ki, M.Aslan dağla,
daşla təkcə sirdaş, qardaş deyil, bu aləm
bütünlüklə M. Aslanındır!
Bu aləmə quru salamı da birbaşa vermək olmaz:
Ay adaşım, gün düşəndə dağlara,
Şəfəqlərin saçağına
salam de!
Kəkliklərin qaqqıldaşan səsinə,
Əliklərin qaçağına salam de!
Şairlərə, aşıqlara M.İsmayılın
özünün qohumluğu
çatsa da elçi, səfır dəyişməzdi:
Şəmşir olsa çətin
məclis kəm keçər,
Sücaətin qoşmasından qəm köçə.
Özü kefkom, təxəllüsü
Qəmkeşə,
Şeir
- sənət ocağma
salam de!
M.İsmayıl bunları billə
-bilə
, bir dəfə
Kəlbəcərə - M.Aslan
dünyasına elçisiz,
ev yiyəsiz getdi və "ləzzətini" gördü:
Sənsiz
yoxdu İstisuyun ləzzəti
Köhnə yurdda yaralarım
təzədi...
Nə deyirdi ürəyimin həsrəti?! -
"Məmməd Aslan, Məmməd Aslan!.."
deyirdi.
İstisu,
köhnə yurd yeri, ürəyin həsrəti, İsaq -Musaq quşları ...şairin özü M.Aslanı arzulayırdı
- çox gözəl!
Dağlar gözəlinin
duyğulu şair M.İsmayıla M.Aslan deməsi... Allah heç bir şairin başına gətirməsin:
Bir gözəl var qarşıdakı binədə:
Gözəlliyi güzgü tutur günə də.
Ya çaşmışdı, ya
nə idi... mənə də:
"Məmməd Aslan, Məmməd Aslan!.."
deyirdi.
Qonaqsevər Kəlbəcərdə M.İsmyılın da təssəllisi tutarlı
idi: dağ, daş, gözəllər
şairi o qədər
sevmişdilər ki, onu M.Aslanla dəyişik
salmışdılar!
M.Aslana çoxlu gözəl şerlər yazılıb,
şairin ədəbiyyata
böyük xidmətlərindən
biri də budur... Ancaq şairə birbaşa Kəlbəcər deyən...
Ənvər Rza oldu.
Ənvər Rza şairin adaşı olmasa da şairi
və Kəlbəcəri
onlardan yaxşı tanıyırdı:
Dəlidağın zirvəsisən,
Bu şəhərdə mənim üçün.
Bir qaranquş sürbəsisən
Bu şəhərdə mənim üçün.
Ənvər Rza bu şeiri yazanda Bakıda yaşayırdı, Kəlbəcərsizliyə burada dözmürdü. Kəlbəcər bu şəhərdən kənarda var idi! İndi isə Kəlbəcəri heç bir yanda, kənddə və ya şəhərdə tapmırıq! Şükürlər olsun ki, onun bənzəri, oxşarı aramızdadır.
Hörmətcil şairimiz Ənvər Rzanın xeyirxah ruhu icazə versə bu gözəl gəraylısının dördüncü misrasını çağımıza və həsrətimizə uyğunlaşdırardıq:
Sinəm - çəmən, gül becər sən,
Qışda çiçək, gül biçərsən...
Müxtəsəri, Kəlbəcərsən
Bu dünyada bizim üçün.
Hörmətli Məmməd əmi! Mən həm
də bir Kəlbəcərli kimi nurlu üzünü
hər dəfə mavi ekrandan
görəndə, şeirlərini oxuyanda,
Kəlbəcəri ziyarət edirəm. Sən dağlarla bağrıbadaş adamsan...
Əzrayıl təkcə qohum-qardaşım yox,
qonum qonşusunu da yığıb üstünə gəlsə
belə Kəlbəcərin xətrinə,
oxşadığın dağların böyüklüyü
və Yaradanın Öz Böyüklüyü
xətrinə sağlam canla
75-in üstünə bir 25-də...
Ədalət.-2015.-16 yanvar.-S.7.