MÜASİR AZƏRBAYCAN: ŞƏHƏRLƏRDƏN KƏNDLƏRƏ, KƏNDLƏRDƏN ŞƏHƏRLƏRƏ...

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyə yardımı ilə

 

 

"... Ərzaq təhlükəsizliyi ilə bağlı institusional islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi çox önəmlidir. Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir. Çünki əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün ərzaq məhsullarımızla təmin edəcəyik".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti

 

Ən yaxşı gələcəyin bünövrəsi

 

Davamlı inkişaf, tərəqqi yüksəliş prosesi bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyənləşdirir. Bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkmələndirir.

Hazırda dünyanın əksər ölkələri iqtisadi çətinliklərlə üzləşdiyi halda, Prezidentimizin düzgün daxili xarici siyasəti nəticəsində Azərbaycan müntəzəmliklə böyük nailiyyətlərə imza atır. Bu gün Azərbaycanın hər bir bölgəsində yüksək səviyyəli inkişaf görünür. Müasirləşmə diqqəti daha çox cəlb edir. Rayonlara, qəsəbələr şəhər simasının gətirilməsi, kəndlərin yeni görkəm alması əyalət insanlarının mənəvi-psixoloji ovqatını, firavan gələcəyə inamını daha da artırır. Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, çətin günlər arxada qalmışdır. Bütün bunlar hətta unudulmaq dərəcəsindədir. Qarşıda sürətli iqtisadi mədəni uğurları, demokratik inkişaf səviyyəsi ilə dünya arenasında layiqli mövqeyini təmin edən əzəmətli Azərbaycan görünür. Bütün sahələrdə baş verən bu dinamik inkişafın mənbəyində ulu öndər Heydər Əliyev tərəfindən düşünülmüş siyasət əsasında Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi genişmiqyaslı tədbirlər dayanır. Bu tədbirlərin təbii ki, xüsusi olaraq regionların sosial-iqtisadi Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün respublikamızın kəndləri özünün daha sürətli inkişaf dövrünü yaşayır.

 

2015 - "Kənd

təsərrüfatı ili"dir

 

Ötən 2014-cü ilin "Sənaye ili" kimi yaşanmasının ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin ölkəmizdə "Kənd təsərrüfatı ili" elan edilməsi ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu fakt hadisə bir daha təsdiqləyir ki, dövlətimiz qeyri-neft sektorunun inkişafına xüsusi ciddiyyətlə yanaşır bu istiqamətdə müntəzəm olaraq geniş layihələrə meydan verir.

Kənd təsərrüfatının daha da inkişaf etdirilməsi, təbii ki, yeniləşən Azərbaycan kəndlərinin həyatını daha da zənginləşdirəcək, uğurlu gələcəyə aparacaqdır.

Ölkə rəhbərliyinin apardığı siyasətin, qayğı diqqətin nəticəsi olaraq yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan kəndləri sürtəli inkişaf mərhələsidir. Bütün bunları son dövrlər ardıcıllıqla müşahidə edə bilirik. Diqqət cəlb edən ünvanlar sırasında Göyçay rayonunun da bir sıra kəndlərini nümunə göstərmək mümkündür. Bu rayonda ən böyük nümayəndəliklərdən biri olmaqla Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 4 kəndi birləşdirir. Bu nümayəndəlik, belə demək mümkünsə, mərkəz Potu kəndi olmaqla, Ulaşlışıxlı, Hunqutlu Kürd kəndlərini birləşdirir.

 

Potu müasir kənddir

 

Abdulla Faruq, Qənatəmir (Qafur Əfəndi) kimi ədiblər yetişdirən bir çox şöhrətli təsərrüfat adamlarının, eyni zamanda tanınmış ziyalıların vətəni olan Potu kəndi son illər daha çox inkişaf etmiş böyük yaşayış ərazilərindən biridir. Kənddə 2441 nəfər əhali yaşayır. Potuda nümayəndəliyi əhatə edən digər kəndlərdə əhalinin əsas məşğuliyyəti maldarlıq bağçılıqdır. Məhz bu istiqamətdə görülən işlərin nəticəsidir ki, ayrı-ayrı fermer təsərrüfatları dövlətin dəstəyindən yüksək səviyyədə yararlanaraq uğurlar qazanırlar. Potuda nümayəndəliyin digər kəndlərində insanlar özlərinə yeni, müasir evlər tikdirir, həyat şəraitlərini daha da yaxşılaşdırırlar. Bu tərəfdən dövlətin qayğısı sayəsində yeni məktəb binaları digər sosial-mədəni obyektlər artıb çoxalmaqdadır. Kəndlərdə əhalinin elektrik enerjisi, qaz yanacağı içməli su ilə təminatı xeyli yaxşılaşmış, kəndarası yollar müasirləşdirilmişdir. Təkcə ötən 2014-cü il ərzində Potu-Ulaşlışıxlı kəndarası yolların 4500 metr məsafəsi Azərbaycan kənd investisiya layihəsi xətti ilə əsaslı təmir edilmişdir. Azərbaycan kənd investisiya layihəsinə əsasən Hunqutlu kəndinin ərazisində əhalinin içməli su ilə təmin olunmasının yaxşılaşdırılması üçün 4600 metr uzunluğunda su xətti yeni politilen boru ilə yenilənmişdir. Keçən il Potu kəndində 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılmışdır. Potu Kürd kəndlərində içməli su kanalizasiya sistemlərinin qurulması davam etmişdir. Kürd kəndində 3000 metr məsafəyə asfalt vurulmuşdur. Bir sıra digər tədbirlər həyata keçirilmiş bu tədbirlər davam etməkdədir.

 

Dövlət qayğısı yeni uğurlara ruhlandırır

 

Bütün bunlar kənd əhalisini daha da ruhlandırır, yeni uğurlara səsləyir. Təbii ki, burada dövlətimizin, ölkə Prezidentinin qayğı diqqəti daha böyük stimul yaradır. 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab Prezident demişdir: "...Ərzaq təhlükəsizliyi ilə bağlı institusional islahatlar aparılır, aqroparklar salınır, subsidiyaların verilməsi prosesi təkmilləşdirilir. Məhsuldarlığın artırılması prosesi çox önəmlidir. Bizim ixrac potensialımızın artırılması da gündəlikdə duran məsələlərdən biridir. Çünki əminəm ki, biz yaxın gələcəkdə özümüzü bütün ərzaq məhsullarımızla təmin edəcəyik. Beləliklə, ixrac üçün bizim yeni məhsullarımız olacaqdır. Nəzərə alsaq ki, artıq iyirmiyə yaxın iri fermer təsərrüfatının yaradılması prosesi gedir, əminəm, bu özümüzü yaxın gələcəkdə buğda ilə tam şəkildə təmin edə biləcəyik. Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner. Halbuki, ölkə üzrə bu göstərici 23 sentnerdir. Yəni, bu yeni, müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti hesabına yaradılan yeni imkanlar gələcəkdə bizim ixrac imkanlarımızı da artıracaq. Çünki burada yenə dövlət əsas funksiyanı öz üzərinə götürübdür. Yerlər müəyyənləşdirilibdir. Fermerlərə güzəştli şərtlərlə kreditlər verilibdir. Eyni zamanda, texnika, suvarma, bütün infrastruktur layihələri dövlət tərəfindən icra olunubdur ki, məhsuldarlıq artsın biz özümüzü ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edək".

Əlbəttə, Prezidentin qarşıya qoyduğu vəzifələr məhz "Kənd təsərrüfatı ili" elan edilmiş 2015-ci ildə bu sahənin daha böyük uğurlarından xəbər verir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2015.-17 yanvar.-S.4.