MÜASİR AZƏRBAYCAN: ŞƏHƏRLƏRDƏN KƏNDLƏRƏ, KƏNDLƏRDƏN ŞƏHƏRLƏRƏ...

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"Yeni iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner. Halbuki, ölkə üzrə bu göstərici 23 sentnerdir. Yəni, bu yeni, müasir yanaşma, əlbəttə ki, dövlət vəsaiti hesabına yaradılan yeni imkanlar gələcəkdə bizim ixrac imkanlarımızı da artıracaq. Çünki burada yenə dövlət əsas funksiyanı öz üzərinə götürübdür".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti

 

 

(əvvəli ötən sayımızda)

 

Sosial-iqtisadi inkişafın

əsas mənbələri görülən işlər

 

Bu mövzuda Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nizami Vəliyevlə söhbətimiz zamanı o, ölkə rəhbərliyinin qayğı diqqəti sayəsində kəndlərin sürətli inkişafının təmin olunduğunu elə nümayəndəlik üzrə kəndlərin timsalında aydın göründüyünü qeyd etdi. Bu səbəbdəndir ki, kənd adamları ruh yüksəkliyi ilə çalışır, yaradılan bütün şərait üçün Prezidentə minnətdar olduqlarını bildirirlər. N.Vəliyev eyni zamanda nümayəndəlik üzrə görülmüş bir sıra tədbirlərdən danışaraq dedi:

- Nümayəndəliyin ərazisi 2468 hektar olmaqla, buradakı 1400 fərdi təsərrüfatda 4962 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, tərəvəzçilik, bağçılıq maldarlıqdır. Xüsusi mülkiyyətdə 20 ədəd müxtəlif markalı traktor müxtəlif aqreqatların olması təsərrüfatların inkişafına xeyli təkan verir, aparılan işləri intensivləşdirir. 2014-cü il üçün 2200 hektar taxıl əkilmiş, zəmilərdən orta hesabla 25-30 sentner məhsul əldə edilmişdir. Bundan əlavə ərazidə 51 hektardan 1577 ton tərəvəz, 9 hektardan 90 ton kartof, 5 hektardan 18 ton qarğıdalı istehsal edilmiş, 500 hektar sahədə yonca əkilmişdir. Kənd əhalisinin əsas məşğuliyyətlərindən biri maldarlıqdar. 2014-cü ilin yekununa əsasən ərazidə 2152 baş iribuynuzlu mal-qara, 6035 baş qoyun-keçi, 29400 baş quş saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 saylı sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına müəyyən yardımların verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə ötən il 207 nəfər mülkiyyətçiyə 53816 manat yardım verilmişdir.

Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 ümumi orta məktəb, 1 həkim məntəqəsi, 2 məntəqəsi, 2 klub, 2 kitabxana, 1 poçt şöbəsi, 1 ATS, Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir. Ərazidə fəaliyyət göstərən məktəb məktəbəqədər uşaq tərbiyə müəssisələrində təlim-tərbiyənin, maddi-texniki bazanın möhkəmləndirilməsinə səy göstərilmişdir. Potu tam orta məktəbində 232 şagird oxumaqla onların təlim-tərbiyə ilə 41, Ulaşlı-şıxlı kənd tam orta məktəbində 153 şagirdin təlim-tərbiyəsi ilə 36, Hunqutlu kənd ümumi orta məktəbində isə 81 şagird oxumaqla onların təlim-tərbiyə ilə 21 nəfər müəllim məşğul olur.

2014-cü il ərzində həkim məntəqəsi tərəfindən əhaliyə lazımi tibbi xidmət göstərilmiş, körpə uşaqlar arasında peyvəndlər aparılmış, qızılca digər xəstəliklərə qarşı profilaktik tədbirlər keçirilmişdir. Nümayəndəliyin ərazisində fəaliyyət göstərən mədəni-maarif müəssisələri öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmışlar. Ötən il ərzində ərazidə, eləcə rayon mərkəzində keçirilən bayram digər tədbirlərdə klub, mədəniyyət evi kitabxana işçilərinin fəal iştirakı olmuşdur. Potu bələdiyyəsi 2014-cü ildə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışmış, kəndin sosial-iqtisadi problemlərinin həlli istiqamətində bir sıra işlər görmüşdür. Belə ki, keçən il ərzində bələdiyyə tərəfindən kəndarası yollarda cari təmir işləri aparılmış, kəndarası suvarma arxları qazılaraq lil çöküntülərdən təmizlənmiş, Potu Ulaşlı-şıxlı kəndlərini suvarma suyu ilə təmin edən arxın mənbə hissəsində sel sularından mühafizə məqsədi ilə 300 metr məsafədə bənd qurulmuş, Göyçay-Ucar avtomagistralının ərzisindən keçən hissəsində təmizlik abadlıq işləri aparılmış, imkansız ailələrə maddi yardım edilmişdir.

Ərazidə fəaliyyət göstərən Sudan İsifadəedənlər Birliyinin hesabat dövründə əhaliyə verilmiş suyun dəyərini toplayaraq, 2013-cü il üçün rayon suvarma Sistemləri İdarəsi ilə bağlanmış müqaviləyə 100% əməl etmişdir. Əhalinin suvarma suyuna olan tələbatının vaxtında ödənilməsi məqsədi ilə tərəfimizdən su birliyinin vaxtında ödənilməsi məqsədilə tərəfimizdən su birliyinin işinin qurulmasına lazımi köməklik göstərilmiş, birliyin nümayəndəlik bələdiyyə ilə birgə qarşılıqlı fəaliyyəti təmin edilmişdir. Ötən il əraziyə fasiləsiz elektrik enerjisinin verilməsi əsasən təmin edilmişdir. Uzun illər aparılmış maarifləndirmə işləri sahəsində əhalidə istifadə edilmiş enerjinin dəyərinin ödənilməsi mədəniyyəti yaranmış odur ki, bu sahədə problemlər yoxdur. Ötən il rayon elektrik şəbəkəsinin texniki qrupu tərəfindən ərazidə 2 dəfə yaşıl budama işləri aparılmışdır.

Ötən il nümayəndəliyin Potu, Klaşlı-şıxlı Kürd kəndlərində əhalinin dayanıqlı təbii qazla təminatına çalışılmışdır. 2014-cı ildə Potu Ulaşlı-şıxlı kəndlərində qaz sisteminin yenidən müasir standartlarla qurulması işləri başa çatdırılmışdır. Kəndlərə təbii qazın yeni sistemlə verilməsi tam təmin olunmuş bununla da Potu kəndinin "Ala qapı" adlanan ərazisi Ulaşlı-şıxlı kəndinin "Şirvan" kanalından aşağı hissəsində sabit-norma təzyiqli qaz təminatındakı problemlər aradan qaldırılmışdır.

Ərazidə fəaliyyət göstərən poçt kənd ATS şöbələri öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmuş, 2014-cü ildə əhaliyə keyfiyyətli xidmət göstərməyə çalışmışlar.

2014-cü il ərzində nümayəndəliyin ərazisində 4 mağaza, 3 iaşə obyekti, 5 avtomobillərin istimarı sexi tikilib istifadəyə verilmişdir ki, burada da 22 nəfər daimi işlə təmin olunmuşdur. Nümayəndəliyin ərazisində 15 şəhid ailəsi, 3 Qarabağ müharibəsi əlili, 2 Əfqanıstan müharibəsi veteranı, 2 Çernobl qəzasının iştirakçısı yaşayır. Bu ailələrə, həmçinin tənha kimsəsizlərə daim diqqət qayğı göstərilmiş, onların problemlərinin həllinə yardım etməyə çalışmışıq. Ərazidə yaşayan 40 ailəyə hər ayda orta hesabla 100 manat ünvanlı sosial yardım təyin edilmişdir ki, bu da aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət qayğısının bariz nümunəsidir...

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2015.-20 yanvar.-S.7.