ORDA BİR KƏND VAR, UZAQLARDA
Sosial-iqtisadi inkişafın qələbə
estafetləri
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
"...Bu, bir daha onu göstərir
ki, bizim tutduğumuz yol düzgün yoldur. Azərbaycan müstəqillik,
inkişaf yolu ilə gedir. Bir neçə il bundan
əvvəl dünyanı
bürümüş iqtisadi
və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr,
toqquşmalar Azərbaycanın
uğurlu inkişafına
təsir etməmişdir.
Bunun başlıca səbəbi Azərbaycanda
ictimai-siyasi vəziyyətin
sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün
proqnozlarımızın uğurlu
icrasıdır..."
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Ölkəboyu genişlənən quruculuq
işləri, müasirləşmə
və mədəni yüksəliş, təbii
ki, sosial-iqtisadi inkişafın qələbə
estafetlərinin nəticələridir. Respublikamızın bütün şəhər
və rayonlarında, bütövlükdə ölkəmizin
hər yerində aparılan quruculuq işlərinə, eyni zamanda iqtisadi uğurlara baxıb fəxr edən, qürur hissi keçirən hər bir Azərbaycan vətəndaşının qəlbi
vətənlə bir döyünür, vətənlə
nəfəs salır.
Sosial-iqtisadi inkişafın ölkənin
ən ucqar bölgələrini də
əhatə etməsi,
insanların rifah halının yüksəlməsi
bütün istiqamətlərə
işıq salmışdır. Dövlət Proqramlarında qarşıya
qoyulan vəzifələr,
artıq hansısa bir binanın təmiri və ya hansısa bir küçəyə yeni asfalt qurulması
qədər xırda məsələləri gündəmə
gətirmir. Birinci Dövlət
Proqramının icrasından
bəri ölkənin
hər yerində nəhəng işlər aparılır. Bu tərəqqi, bu yüksəliş Azərbaycan
Respublikasının adi
vətəndaşından tutmuş,
onun rəhbərinə
kimi sevinc və qürur bəxş edir. Ölkə Prezidenti İlham Əliyev regionlara səfərləri zamanı
ictimaiyyət nümayəndələri
ilə görüşlərində
ən sadə adamlarla bu sevinci
bölüşür, Azərbaycan
Respublikasının gələcəyinin
daha gözəl olacağına inandığını
bildirir.
Təbii fəlakətə görə
misli görünməmiş dövlət qayğısı
Zaqatala rayonunda
da belədir. Sosial-iqtisadi inkişafın
bəxş etdiyi nailiyyətlər ən ucqar kəndlərin də həyatında mühüm rol oynamaqdadır. Ölkə rəhbərliyinin,
şəxsən cənab
prezidentin qayğı
və diqqəti hər yerdə olduğu kimi, bu rayonun da
tərəqqisini təmin
etmiş, Zaqatala təkcə təbiət gözəllikləri ilə
deyil, kəndli-şəhərli
ən inkişaf etmiş bölgəyə
çevrilmişdir.
2012-ci ilin may ayında bölgədə baş verən güclü zəlzələlər tarix
və hadisə, fakt baxımından unudulmayıb. Zəlzələnin episentri Zaqatala
rayonu olmaqla, qonşu Qax və Balakən rayonlarında da dağıntılar baş
vermişdi. Təkcə Zaqatala
rayonunun Muxax, Gözbarax, Danaçı
və biri neçə digər kəndlərində, eyni zamanda rayon mərkəzində
minlərlə yaşayış
evləri, inzibati və digər sosial binalar dağılmış, yararsız
hala düşmüş
və ya zədələnmişdi. Dəhşətli mənzərə yaranmışdı. Ancaq
bu dağıntılar
Tanrının möcüzəsi,
böyük rəhmi ilə can almamışdı.
Cənab
Prezidentin dərhal təbii fəlakət zonasına gəlməsi, əhalinin üzərindən
qorxu və təlaşı götürmüş,
insanları ruhlandırmışdı.
Üstəlik dara düşənlər can itkisizliyi
ilə yanaşı ikinci böyük bir mükafatın da sevincini yaşayaraq
qorxulu hadisəni unutmağa başlamışdılar.
Dünyada analoqu olmayan
başqa bir xoş hadisə də baş vermişdi. Cənab Prezident zəlzələdən
ziyan çəkmiş
ev və
binaların, sosial obyektlərin əvəzinə
ən müasirlərinin
tikilməsinə göstəriş
verərək milyonlarla
manat həcmində vəsait ayrılmasını
təmin etmişdi. Təkrar vurğulamağa ehtiyac
var. Hətta dünyanın
ən inkişaf etmiş ölkələrində
belə bu cür yanaşma, bu cür qayğı
tarix boyu görünməyib.
Az vaxt ərzində bölgədə yaraşıqlı, hər cür rahatlığı olan mənzillər tikilib istifadəyə verildi. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov uzun müddət müntəzəmliklə burada aparılan işləri birbaşa nəzarətdə saxladı. Həmin vaxtlar təbii fəlakət bölgəsi tikinti işləri aparılan sonrakı dövrlərdə də Fövqəladə Hallar Nazirliyi rəhbərliyinin və məsul əməkdaşlarının gündəlik iş yerinə çevrildi. 2013-cü ilin sentyabr ayında görülmüş işlərin nəticələrinə baxmağa gələn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaqatalanın ən çox dağıntıya məruz qalmış Gözbarax kəndinə də baş çəkdi və burada görülən işlərdən razı qaldığını bildirdi.
O çətin və mürəkkəb günlərdə Zaqatalada fəaliyyət göstərən dövlət qurumları və inşaatçıların əzmkarlığı ilə yanaşı, rayon rəhbərliyinin, xüsusilə icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin gecəli-gündüzlü fədakar və təmkinli fəaliyyəti də cənab Prezidentin tapşırıqlarının tələb olunan səviyyədə yerinə yetirilməsində mühüm rol oynadı.
(Ardı var)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-22 yanvar.-S.7.