ORDA BİR KƏND VAR,
UZAQLARDA
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
"... Azərbaycanın
apardığı xarici və daxili siyasət xalq tərəfindən
dəstəklənir və əminəm ki, bu il də
görüləcək işlər nəticəsində Azərbaycan
daha da güclənəcək..."
Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyev
(əvvəli
ötən sayımızda)
Danaçı kəndi böyük
yüksəliş
dövrünü yaşayır
Bildiyiniz kimi, indi bu yerlər tamam dəyişibdir. Zəlzələ
baş verən kəndlər cənab Prezidentin misilsiz
qayğısı sayəsində indi ən inkişaf etmiş
ölkələrin şəhər tipli qəsəbələrinə
bənzəyir. Rayonun ən böyük kəndlərindən
biri olan Danaçı kəndinin də ikinci böyük
yüksəliş dövru yaşanır. Aqrar
sahənin inkişafı, fermerlərə dövlət dəstəyi,
beləliklə də kəndlərin daha da inkişaf edib
arzulanan səviyyəyə çatması "Kənd təsərrüfatı
ili" elan edilmiş 2015-ci ildə daha mükəmməl
xarakter alacaqdır.
Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında çıxış edən Azərbaycan
Respublikasının Prezidenti bu amili aparılan düzgün
siyasi və iqtisadi siyasətin uğurları kimi
vurğulamışdır. Cənab Prezident demişdir: "... Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz yol
düzgün yoldur. Azərbaycan müstəqillik,
inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı
bürümüş iqtisadi və maliyyə böhranı,
eyni zamanda, bölgədə baş verən xoşagəlməz
hadisələr, toqquşmalar Azərbaycanın uğurlu
inkişafına təsir etməmişdir. Bunun
başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin
sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və
bizim bütün proqnozlarımızın uğurlu
icrasıdır. Azərbaycanın apardığı
xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir
və əminəm ki, bu il də
görüləcək işlər nəticəsində Azərbaycan
daha da güclənəcək.
Ölkə iqtisadiyyatı uğurla inkişaf
etmişdir. Keçən ilin əvvəllərində
qarşıya vəzifə qoyulmuşdur ki, həm ümumi
daxili məhsul, eyni zamanda, qeyri-neft sektorumuz artsın. Bu iki əsas vəzifə tam şəkildə təmin
edilmişdir. İqtisadiyyatımız təxminən
3 faiz artmışdır. Bu, bugünkü
dünyada çox gözəl göstəricidir. Bəzi
ölkələrdə artım da yoxdur..."
Tərəqqinin nümunəsi
İnkişafın, tərəqqinin nümunəsi kimi
biz bu gün Zaqatala rayonundan, ayrıca olaraq Danaçı kəndindən
heç bir tərəddüd keçirmədən ürəkdolusu
söhbət aça bilirik. Elə RİHB-nın
Danaçı kənd inzibati dairəsi üzrə nümayəndəsi
Məmməd Başiyevlə bu məsələlər barədə
danışarkən bütün bunları bir daha yəqinləşdirdik.
M.Başiyev söhbətimiz zamanı görülən işlər
barədə geniş məlumat verərək dedi:
- Azərbaycan
Respublikası Prezidentinin 19 fevral 2013-cü il tarixli Zaqatala
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında sərəncamı
ilə on altı min nəfər əhalinin
yaşadığı 12 yaşayış məntəqəsini
birləşdirən Zaqatala-Danaçı-Aşağı
Çardaxlar avtomobil yolunun təmiri məqsədi ilə
Prezidentin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə
ayırmış vəsait hesabına avtomobil yolunda tikinti
işləri davam etdirilmişdir. Keçən il
nümayəndəliyə vətəndaşlar tərəfindən
119 şifahi müraciət olunub. Müraciətlərin
22%-i baş vermiş zəlzələ ilə bağlı
olmuşdur. Həmin müraciətlərin
hər birinin həllinə diqqətlə
yanaşmışıq. Bizim səlahiyyətimizdə
olan müraciətlər qısa müddətə həll
olunub. Səlahiyyətimizdə olmayan
müraciətlərin həlli üçün vətəndaşı
aidiyyəti üzrə müraciət etməsini, ya da
özümüz həmin təşkilatlara müraciət etməklə
vətəndaşlara köməklik göstərilməsi
üçün çalışmışıq.
Bildiyimiz kimi, Danaçı kənd inzibati ərazi dairəsi
üzrə nümayəndəliyin ərazisi inzibati cəhətdən
rayonun iri nümayəndəliklərindən biridir. Nümayəndəlikdə
2 yaşayış məntəqəsi olmaqla 2253 təsərrüfat
vardır. Danaçıda 7331 nəfər,
Uzunqazmalarda 504 nəfər olmaqla cəmi 7835 nəfər yaşayır.
Bayaq sizin də qeyd etdiyiniz kimi, 07 may 2012-ci il
və sonrakı tarixdə bölgəmizdə baş
vermiş zəlzələ nəticəsində
Danaçı kənd inzibati ərazi dairəsi üzrə
nümayəndəliyinin Danaçı və Uzunqazmalar kəndlərində
də vətəndaşların çoxsaylı fərdi
yaşayış evlərinə və sosial obyektlərinə
xeyli ziyan dəymişdir.
12.05.2012-ci
il tarixindən başlayaraq FHN-nin
komissiyaları evlərə baxış keçirmişdir.
Ümumiyyətlə komissiyalar tərəfindən tərtib
edilmiş baxış aktlarına əsasən Danaçı
KİƏD-si üzrə vətəndaşlara məxsus fərdi
yaşayış evlərinə qəzalılıq
kateqoriyası verilmiş, 532 ev vətəndaşların,
Danaçı 1 və 2 saylı tam orta, 4 saylı ibtidai məktəbləri
tikilərək müəllim və şagirdlərimizin
ixtiyarına verilmişdir. Baxış aktına əsasən
bərpa-gücləndirməsi nəzərdə tutulmuş
241 fərdi yaşayış ev sahibinə
1 177 000 manat konpensasiya ödənilmişdir.
29.01.2013-cü
il tarixində RİH-nin
başçısı cənab Mübariz Əhmədzadə
və FHN-nin müavini cənab Orucəli Hacıyev kənd
ictimaiyyəti ilə görüş keçirmişdir. Görüşdə çoxsaylı vətəndaşların
fərdi yaşayış evlərinə təkrar
baxılması ilə bağlı müraciətinə əsasən
RİN-nin başçısının təşəbbüsü
ilə FHN-nin 3 qrup komissiyaları nümayəndəlik üzrə
olan bütün fərdi yaşayış evlərinə təkrar
baxış keçirilmişdir. Uzun illər
Danaçı kənd camaatının arzusunda olduğu qaz
çəkilişi artıq reallaşmışdır.
Ümumiyyətlə, Danaçı kəndində 1870 qaz
sayğacı quraşdırılıb, 1693 sayğacın
kodu açılaraq qeydiyyata alınıb və artıq 1693 nəfər
qazdan istifadə edir. Vətəndaşlara
qazın verilməsi işləri davam etdirilir.
Kənd camaatının içməli suya olan tələbatını
nəzərə alaraq Dövlət Proqramına uyğun su
şəbəkəsinin yaradılması istiqamətnində
də işlər aparılır. Belə ki,
Danaçı kəndində artezian quyusu qazılmış,
200 kubmetrlik su anbarı və 7600 metr müxtəlif diametrli
yeraltı plastik boru çəkilmişdir. Ümid edirik
ki, 2015-ci il ildə nəzərdə
tutulmuş istiqamətlərdə su şəbəkəsi vətəndaşların
istifadəsinə veriləcəkdir. 29 yanvar 2014-cü il tarixli Sərəncamının icrası
olaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"
ASC tərəfindən kənddə bir ədəd artezian
quyusu qazılaraq vətəndaşların istifadəsinə
verilmişdir. 2014-2018-ci il Dövlət
Proqramına uyğun kənddə əlavə artezian
quyularının qazılması nəzərdə tutulub. Rayon icra hakimiyyəti tərəfindən 4 dəfə
15 ailəyə ərzaq və pul yardımı göstərilmişdir.
Bütün bunlara görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə,
bölgəmizin ağsaqqalı, Meliorasiya və Su Təsərrüfatı
ASC-nin sədri cənab Əhməçd Əhmədzadəyə,
Rayon İcra Hakimiyyətinin rəhbərliyinə həmişə
minnətlarıq. Çalışırıq ki, bundan
sonra da dövlətimizin bu qayğısına öz əməli
işimizlə cavab verək və bütün dövlət
çağırışlarında cənab Prezidentimizin siyasətini
dəstəkləyək...
(Ardı var)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-23 yanvar.-S.7.