İŞIQ OLAN YERDƏ...
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
"... Mən qeyd etmişdim ki, buralar hamısı işğal altında idi.
Ermənilər bu bölgələri zəbt
etmişdilər. Sonra Azərbaycan Ordusu bu torpaqları azad etdi, yenidənqurma-bərpa
işləri başlandı. Birinci mərhələdə
əlbəttə ki, maliyyə çətinliklərimiz
var idi,
imkanlarımız o qədər də geniş deyildi. Amma nəyimiz var idi Azərbaycan dövləti sərf edirdi ki, burada
bərpa işləri getsin. Ancaq indiki şəraitdə
ki, maliyyə imkanlarımız vardır, biz bu işləri mütləq
görməliyik və gördük".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
... Bu yerlər uzaqdan
da, yaxından da çox gözəl
görünür. O yerdə
ki, həyat qaynayır, o yerdə ki, böyük abadlıq və quruculuq işləri görülür, təbii
ki, o yurd daha nurlu və
işıqlı olur.
Hansı
ki 1993-cü ilin avqustunda bu şəhəri
və 22 yaşayış
məntəqəsini ermənilər
xarabalığa çevirmişdilər.
Bir ev,
bir tikili qalmamışdı ki, onu göstərib deyəsən; bax, bu bina yandırılmayıb.
İşğalçılar "uf" demədən hər şeyi bir göz qırpımında
altını üstünə
çevirmişdilər...
Yeni həyat
Yazımızın əvvəlində qeyd
etdik ki, bu yerlərə uzaqlardan və yaxından baxanda da adam valeh olur. Dediyimiz şəhər
Horadizdir. Və onunla yaxınlıqda yerləşən digər
22 yaşayış məntəqəsi
var. Bu gün Füzulidə
70 minə yaxın insan həmin şəhərdə və
yaşayış məntəqələrində
məskunlaşıb. Əlbəttə, camaat 1994-cü ilin yanvarından sonra işğaldan azad olunan kəndlərə qayıdanda bir müddət çətinliklə
üzləşdi. Amma
atalar yaxşı deyib: "Yaman günün ömrü gödək olar". Elə ilk növbədə
Füzulinin işğaldan
azad olunmuş Horadiz qəsəbəsi və 22 yaşayış
məntəqəsi Böyük
Öndər Heydər
Əliyevin yeritdiyi siyasət nəticəsində
əsaslı surətdə
yenidən bərpa edildi və yanmış evlər tikilərək əhalinin
istifadəsinə verildi.
Əlbəttə, qısa zamanda Füzulinin işğaldan
azad olunmuş Horadiz şəhərində
və 22 yaşayış
məntəqəsində möhtəşəm
abadlıq işləri
görüldü. Hansı ki
işğaldan bir ay sonra orda vəziyyət
çox ağır idi. Lakin buna baxmayaraq,
dövlətin apardığı
məqsədyönlü siyasət
nəticəsində rayonun
işğal zamanı
dağılmış inzibati
binaları, xəstəxanaları
və yaşayış
evləri bərpa edildi.
Bunlar asan deyildi
Füzulililəri bir yerə toplamaq
və orda möhtəşəm işlər
görmək rayon rəhbərindən
çox şey tələb edirdi. Bunu əvvəlki
rəhbər də və sonradan təyin olunmuş icra başçısı
Alı Alıyev də çox yaxşı təşkil etmişdi.
Rayona qayıdan
əhali ilk növbədə
ölkə prezidentinə
və onun səlahiyyətli nümayəndəsinə
inanırdı. Məhz bu inamın nəticəsi idi ki, əhali az bir müddətdə özünün
dolanışıq yolunu
tapdı və çıxış yolunu
yaxşı bildi. Bütün bunlar isə onu deməyə əsas verirdi ki, Füzulidə həyat yenidən axarına düşüb,
rayonun Horadiz şəhəri və yaşayış məntəqələri
əsaslı surətdə
abadlaşır. Onu da qeyd etmək lazımdır ki, bunlar o qədər də asan məsələ
deyildi.
Düzdür, ölkə rəhbərliyi
tərəfindən rayonun
sosial-iqtisadi inkişafına
böyük önəm
verilirdi və diqqət yetirilirdi. Bu məqsədlə rayonun inkişafı üçün
milyonlarla manat vəsait ayrılmışdı.
Və bu vəsait də zaman-zaman təyinatı üzrə
düzgün xərclənildi
və rayon öz əvvəlki simasından
daha da gözəl
oldu.
Yeni qəsəbələr, yeni
yaşayış sahələri
Bir-birinin ardınca Füzulinin işğaldan azad olunmuş torpaqlarında yeni qəsəbələr
salındı. Bu qəsəbələr
arasında "Qayıdış"
və "Zobucuq"
qəsəbələri öz
infrastruktur quruluşu
və müasir görkəmi ilə seçilirdi. Yeni salınan
qəsəbələrdə hər cür şərait yaradılmışdı.
Burda xəstəxanalar, məktəblər
və digər inzibati binalar inşa edilmişdi.
Yəni insanların yaşayışı
və həyatı üçün nə lazımdısa, onun hamısı yüksək
səviyyədə qurulmuşdu.
Məhz buna görə də həmin yaşayış sahələrində
on minlərlə insanlar
məskunlaşa bildi. İndi demək
olar ki, adını çəkdiyimiz
qəsəbələrdə hər cür şərait var. Sakinlər
nə elektrik enerjisindən, nə istilikdən, nə də yol sarıdan
heç bir çətinliklə üzləşmirlər.
Qeyri-adi
inkişaf
Diqqətlə baxanda bu gün
Füzulidə hər
şey dəyişib. Azərbaycan necə
sürətlə inkişaf
edirsə, bax, Füzuli də bu gün həmin
sürətlə inkişafdadır.
Bəlkə də respublikamızda
üç-dörd nümunəvi
əsaslı surətdə
yenidən qurulan və tikilən şəhər varsa, onlardan biri Horadiz
şəhəridir. Çünki cənab prezident İlham Əliyev dəfələrlə Füzuliyə
səfər edərkən
bu regionun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə xüsusi diqqət yetirib. Və çıxışlarında qeyd edib ki,
mən həmişə
cəbhə bölgələrini
və o cümlədən
Füzulini diqqət mərkəzində saxlayacağam.
Bu həqiqətən də belə olub. Cənab Prezident son səfərində
də füzulililər
qarşısında çıxış
edərək rayonda görülən abadlıq
və yenidənqurma işlərindən razı
qaldığını bildirib.
İndi Füzulidə elə bir kənd, elə bir yaşayış
məntəqəsi yoxdur
ki, ora asfalt
yol çəkilməsin.
Əksər kəndlərə mavi qaz verilir.
Bütün bunlar ölkə
prezidentinin rayon sakinlərinə
olan qayğısının
nəticəsidir. Horadiz şəhərində
o qədər yeni tikilmiş gözəl binalar və mədəniyyət mərkəzləri
var ki, onların
adını çəkməklə
qurtarmaq mümkün deyil. Belə ki, bir-birindən
gözəl binalar və yeni tikililər
şəhərə əsrarəngiz
bir gözəllik verir. Son vaxtlar
istifadəyə verilmiş
Bayraq Meydanı isə öz möhtəşəmliyi ilə
seçilir. Gecələr Bayraq Meydanında bərq vuran qırmızı, yaşıl
işıqlar həmin
yeri daha da gözəlləşdirir.
Hər ürəkdə bir
sevgi
Rayonda abadlıq,
quruculuq işlərinin
həyata keçirilməsində
icra başçısı
Alı Alıyevin və onun komandasının
əməyi çox böyükdür. Söhbət düşəndə Alı müəllim deyir ki, biz Füzulidə
nə əldə eləmişiksə, hörmətli
prezidentimiz İlham Əliyevin köməkliyi
və qayğısı
nəticəsində nail olmuşuq.
Cənab
Prezident həmişə
cəbhə bölgəsi
olaraq bizim rayona böyük diqqət və qayğı göstərib
və maliyyə dəstəyi verib. Məhz bütün bunların hesabına möhtəşəm
Horadiz şəhəri
inşa edilib və 22 yaşayış
məntəqəsində böyük
abadlıq işləri
görülüb. Bir daha füzulililər adından
bu qayğı və diqqətə görə cənab Prezidentə öz minnətdarlığımızı bildirir və əmin edirik ki, bizə göstərilən
etimadı öz əməli işimizlə
doğruldacağıq.
(Ardı var)
Faiq QİSMƏTOĞLU
Ədalət.-2015.-28 yanvar.-S.7.