İŞIQ OLAN YERDƏ...
Layihənin istiqaməti:
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
"... Artıq Horadiz şəhərinin
abadlaşması hamımız
üçün bir nümunədir. Çünki
bu onu göstərir
ki, işğaldan azad olunan ərazilərdə
belə gözəl şərait yaratmaq mümkündür. Bunu
biz etmişik, Azərbaycan
xalqı Azərbaycan dövlətinin imkanları
hesabına edib. Bu, onu göstərir
ki, bu gün
işğal altında
qalan torpaqlarımız
azad olunandan sonra orada da
belə, daha da gözəl şərait yaradılacaqdır.
Biz Füzuli şəhərini
də mütləq bərpa edəcəyik".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən sayımızda)
... İşğaldan azad edilən
məntəqələrdə çox böyük, möhtəşəm işlər
görüldüyü barəsində
ötən yazımızda
qeyd etmişdik. Bütün sahələrdə olduğu
kimi, təhsil sahəsində də əsaslı irəliləyişlərə
və inkişafa nail olunub. Belə ki, işğaldan
sonra Horadiz şəhərinin özündə
hər cür müasir şəraitə
cavab verən ikimərtəbəli yeni məktəb binası və uşaq bağçası tikilib istifadəyə verilib.
Bununla yanaşı, "Qayıdış"
və "Zobucuq"
qəsəbələrində müasir infrastrukturlu tam orta məktəblər müəllimlərin və
şagirdlərin istifadəsindədir.
Eləcə də digər
onlarla orta məktəbdə əsaslı
təmir işləri
aparılıb. Rayon təhsil şöbəsinin
müdiri Almaz Həşimova deyir ki, cənab prezident İlham Əliyev bütün sahələrdə olduğu
kimi, təhsilə də önəm verib. Və bizim rayonumuzda
təhsil sahəsində
çox möhtəşəm
işlər görülüb.
Ona görə bir daha cənab Prezidentə öz minnətdarlığımızı bildiririk.
Bir məktəbin uğurları
Təhsil önəmli sahələrdəndir. Təbii ki,
əgər biz cəmiyyətdə
normal insan, savadlı və əxlaqlı gənclər yetişdirmək
istəyiriksə, ilk növbədə
təhsilə diqqət
yetirmək lazımdır.
Təhsili olmayan millət
və xalq heç vaxt azadlığa və işığa çıxa
bilməz. Füzuli rayonundakı
5 nömrəli tam orta
məktəb də belə nümunəvi təhsil ocaqlarından sayılır. Məktəbin direktoru Səbinə Məmmədova 2008-ci ildən
bu kollektivə rəhbərlik edir.
O, Yeni Azərbaycan Partiyasının üzvüdür
və Azərbaycan Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini
bitirib. Bu vəzifəyə
gələnə qədər
digər məktəblərdə
müəllim və direktor müavini vəzifələrində çalışıb.
Həmişə də bacarığı
və təşkilatçılığı
ilə digərlərindən
seçilib. O, 5 nömrəlli
tam orta məktəbə
direktor təyin edildikdən sonra kollektivdə çox böyük uğurlara imza atıb. Ən azından ona görə ki, bu məktəb bir neçə bilik yarışmasında
iştirak edərək
1-ci yerə layiq görülüb.
Çətinliklər arxada qalıb
Bu gün 5 nömrəli
tam orta məktəbdə
201 nəfər şagird
təhsil alır və onların təlim-tərbiyəsi ilə
36 müəllim məşğuldur. İlk növbədə
məktəbdə müasir
texnika və texnologiyanın yeniliklərindən
istifadə edilməyə
səy göstərilir.
Elə bunun nəticəsidir ki, məktəbdə yaradıcı və elmi tədqiqat işlərinə böyük
maraq yaranıb. Hətta bu təhsil ocağında "Kiçik
Akademiya" Könüllü
Birlik fəaliyyət göstərir. Təsadüfi
deyil ki, məktəbin 6-cı sinif
şagirdi Ceyhun Xəlilov 2013-2014-cü il tədris ili üzrə "İlin şagirdi" adına layiq görülüb. Bununla yanaşı, məktəbdə
Respublika Təhsil Nazirliyi, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik
Mərkəzi tərəfindən
keçirilən "Müharibə
və ətraf mühit" yarışmasında
şagirdlərdən Röya
İsmayılova, Aytac
Məmmədova, Günel
Hacızadə 1-ci yerə
çıxıblar. Bununla yanaşı,
Respublika Təhsil Nazirliyi və Azərbaycan Neft Şirkətinin birgə təşkilatçılığı və respublka məktəbliləri arasında
keçirilən ekoloji
"Breyn-rinq", "Ekoerudit"
intellektual bilik yarışmasında məktəb
1-ci yerə layiq görülüb.
Nailiyyətlər davam edir
Onu da qeyd edək ki, məktəbdə xüsusi qabiliyyətli və intellekti yüksək olan 21 şagird var. Və bu şagirdlər istedadları və savadları ilə həmişə fərqlənirlər. Belələrinə
nümunə olaraq Çiçək Məmmədli,
Murad Məmmədli, Günel Hacızadə, Cavad İdrisli, Etibar Bəşirov, Aytəkin Əliyeva və Vüsal Nərimanov nümunə göstərilə bilər.
Onu da xatırladaq ki, məktəbin şagirdləri "Meşələri
qoruyaq" mövzusunda
da 1-ci yerə çıxıblar. "Təmiz dünya" rəsm müsabiqəsində
isə 11-ci sinif şagirdi Fəridə Hacızadə müsabiqənin
qalibi olub. Ötən il
məktəbi bitirən
20 məzundan 12-si ali məktəb tələbəsi
adını qazanıb.
Onlardan biri - Elməddin Xudiyev 637 bal toplayaraq Azərbaycan
Tibb Universitetinə qəbul olub. Digər bir şagird Elnarə Vəliyeva isə 545 balla Azərbaycan İqtisadiyyat
Universitetinin tələbəsi
adını əldə
edib. Əlbəttə, bütün bunları
qazanmaq o qədər də asan olmayıb.
Çünki əgər müəllimlər
şagirdlərə düz
yol göstərməsəydi
və onların üzərində əziyyət
çəkməsəydi o uğurlar da çətin ki, əldə oluna bilərdi.
Açılan səhər
Məktəbin direktoru Səbinə Məmmədova deyir ki, hər səhər
açılanda sevinirik
ki, məktəbə gedəcəyik, şagirdlərimizlə
ünsiyyətdə olacağıq
və onlara bildiklərimizi öyrədəcəyik. Məgər
bundan gözəl nə ola
bilər? Əgər bir məktəbdə
ki, 32 nəfər əlaçı var, deməli, burda həqiqətən müəllimlərimiz
öz ürəklərini
şagirdlərin yolunda
şam kimi əritməyə can atırlar.
Müəllim görəndə
ki, şagird onu başa düşür,
öyrətdiklərini gəlib
sabah danışır,
bax, onda onun uçmağa qanadı olmur. Çünki çəkdiyi zəhmət
öz bəhrəsini
verir. Mən bir direktor olaraq qürur hissi keçirirəm ki, sabahın insanları olan bu şagirdləri biz həyata normal qaydada hazırlaya bilirik.
Bu yaxınlarda məktəbimizdə
bir neçə möhtəşəm tədbirlər
keçirilib. Bu tədbirlər
sırasında İlyas
Əfəndiyevin "Xurşudbanu
Natəvan" əsərinin
müzakirəsi, "Narkomaniyaya
yox deyək" tədbirində şagirdlərimizin
qeyri-adi çıxışları,
20 Yanvar faciəsinin
25 illiyi ilə bağlı keçirilən
ədəbi-bədii kompozisiyada
şagirdlərimizin gözəl
çıxışları və şeir ifa eləmələri bir daha göstərir
ki, biz onları əsl vətənpərvərlik
ruhunda tərbiyə eləmişik və onları cəmiyyətə
intellektli, düşüncəli,
məntiqli gənclər
kimi verə biləcəyik.
Faiq QİSMƏTOĞLU
Ədalət.-2015.-29 yanvar.-S.7.