Ordumuzun aprel zəfəri
Yenə də cəbhə bölgəsinə ezamiyyətə gedirəm. Amma bu gediş əvvəlki gedişlərdən tamam fərqlidi. Hərbi səhra paltarını da əynimə xoş ovqatla geyinirəm. Bir neçə gündür ordumuzun hissələri bütün cəbhə boyu zəfər yürüşünə başlayıb. Atəşkəs rejimini pozan ermənilər neçə müddətdir həm mövqelərimizi, həm də yaşayış məntəqələrini atəşə tuturlar. Mülki adamlar arasında ölən və yaralananlar var. Düşməni susdurub mülki vətəndaşların həyatını xilas etmək üçün ordumuzun hissələri əks-həmlə ilə qəsbkarları geri oturdublar. Tərtər rayonunun bəzi kəndləri, həmçinin Füzuli rayonunun ərazisindəki Lələtəpə yüksəkliyi erməni işğalçılarından azad edilib. Çoxdan bəri gözlədiyimiz, həsədində olduğumuz günlər həyatımıza qədəm qoyub. Erməni qəsbklarları ordumuzun gücü, qüdrəti qarşısında duruş gətirə bilməyərək yüzdən çox canlı qüvvəsini, artilleriya qurğularını, zirehli texnikalarını itirərək geri çəkilməyə, daha doğrusu biabırcasına qaçmağa məcbur olublar. Ordumuz gücünü, qüdrətini bir daha düşmənə göstərib.
İllərdən bəri sıralarında xidmət etdiyim doğma ordumuzun zəfər yürüşü ürəyimi sevinclə doldurub. Qürurla, fərəh hissləri ilə torpaqlarımızı erməni işğalçılarından azad etmiş zabit və əsgərlərlə görüşmək üçün yola çıxıram.
Qatarın yola düşməsinə bir saat qalmış evdən çıxdım. Həm avtobusda, həm də metroda sərnişinlər daha çox ordumuzun uğurlarından danışırdı. Hamının üzündə sevinc, gözündə fərəh var idi. Hiss edirdim ki, Silahlı Qüvvələrimizin uğurlarından danışan bu insanların ürəkləri ön xətdə vuruşan zabit və əsgərlərimizin yanında döyünür. Ordumuzun aprel zəfərindən ruhlanan şəhər sakinləri ətrafında olan zabit və əsgərlərə daha böyük diqqət və qayğı ilə baxırlar.
"Yenə də
döyüşə hazıram"
Qatarda hərbçilər çox idi. Hamı ön xəttə, zabit və əsgərlərin yanına tələsir. Kupelərdə söhbət ancaq ordumuzun uğurlarından gedir. Adamlar zəng vurur, Silahlı Qüvvələrin apardığı uğurlu döyüş əməliyyatları barədə bir-birilərinə məlumat verib sevinirdilər. Kupe yoldaşımız Nazim Əhmədov keçmiş hərbçidir. Bir neçə il əvvəl təqaüdə çıxıb. Qarabağ müharibəsində yaxından iştirak edib. Ağdamda, Ağdərdə vuruşub. Ordumuzun uğurlarından söz açan Nazim dedi ki, Silahlı Qüvvələrimizin işğalçıların tapdağı altında olan bir neçə kəndi və yüksəklikləri azad etməsini eşidəndə çox sevindim. Axı, mən özüm də bir vaxtlar zabit kimi bu ordunun sıralarında xidmət etmişəm. Eşitdiyim qələbə xəbəri məni göylərə qaldırdı. İnanırdım ki, gündən-günə güclənən ordumuz mütləq günlərin birində düşmən üzərində qələbə qazanacaq. Budur, o günləri gördük, qələbə sevincini yaşadıq. Artıq ordumuzun zəfər yürüşləri başlanıb. Bu xəbərə, bu zəfərə indi hamı sevinir. Xalq öz ordusunu sevir, ona inanır. Bu gün hamı bir nəfər kimi Silahlı Qüvvələrimizə dəstək durur. Yaşım çox olsa da, özümü güclü, qüvvətli hiss edirəm. Qələbəmizin davamlı olması üçün artilleriyaçı kimi həmişə döyüşə hazıram. Erməni qəsbkarları torpaqlarımızı tərk etməyincə, son nəfərinə kimi məhv edilməlidir.
Toplar gurlayır,
quşlar nəğmə oxuyur
Səhərin ala-toranında cəbhə bölgəsində yerləşən dəmiryol stansiyasında qatardan düşəndə top atəşləri eşitdim. Güclü gurultu yeri-göyü titrədirdi. Hiss olunurdu ki, ön xətdə gərgin döyüşlər gedir. Ordumuzun hissələri atəşkəs rejimini pozmuş düşməni susdurmağa çalışır. Bizi hərbi hissəyə aparan taksi sürücüsü dedi ki, dünən top səsləri daha güclü idi. Görünür ki, düşmən zəifləyib geri çəkilir, ordumuzun əks-həmləsi qarşısında duruş gətirə bilmir.
Elə ilk addımda hərbi
hissədə böyük canlanma
olduğunu hiss etdik. Hamı ayaq üstədir. Rabitə qurğuları
bir an olsun belə susmur. Ön xətdən yeni məlumatlar daxil olur, yeni tapşırıqlar
verilir.
Vaxt, zaman ötüb keçir. Yavaş-yavaş göyün üzündən
qaranlıq çəkilir.
Bayaqdan səmanın ənginliklərində
sayrışan ulduzlar
bir-bir görünməz
olub, "yoxa" çıxır. Səhər gözlərini
açıb işıqlaşan
kimi quşlar cəh-cəh vurub nəğmə oxuyur.
Havadan yaz qoxusu, bahar
ətri gəlir.
Ağ çiçəyə bürünmüş
ağaclar təbiətə
xüsusi yaraşıq
verir. Bu gözəlliyə aşiq
olan quşlar həzin-həzin nəğmə
oxuyur. Quşların cəh-cəhi, topların
gurultusu bir-birinə qarışır, təbiətin
harmoniyası pozulur.
Səhər ertədən Müdafiə Nazirliyi Mənəvi-Psixoloji və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev bizimlə görüşür və müvafiq tapşırıqlar verir. Vaxt itirmədən müxtəlif istiqamətlərə yollanırıq.
Qələbə
naminə hamı əlindən gələni etməlidir
Yolüstü "N" hərbi hissəsinə baş çəkib zabit və əsgərlərlə görüşdük. Hərbçilərin ovqatı yüksəkdir, onların gözlərindən od parlayır. Ordumuzun uğurlu əməliyyatlarına, zəfər yürüşlərinə hamı sevinir. Şəxsi heyətlə söhbət edərəkən öyrəndim ki, hər üç mobil operator - həm Azercell, həm Bakcell, həm də Nar mobil cəbhə bölgəsində xidmət edən hərbçilərə pulsuz dəqiqələr hədiyyə edib. Düşünürəm ki, bu, çox alqışlanmalı addımdır.
Bir azdan hərbi hissənin nəzarət-buraxılış məntəqəsinin qarşısında mülki avtomobil dayanır. Məlum olur ki, sürücü hərbçilərə siqaret gətirib. Adını öyrənməyə çalışırıq. Amma o adının haradasa yazılmasını istəməyərək "Qələbə naminə hamı əlindən gələni etməlidir", - deyir.
Şükürlər olsun ki,
qələbə sevincini də yaşadıq
İrəli getdikcə yollarımız qısalır. Qarşıdakı döngəni keçib ön xətdə yerləşən hərbi hissəyə yaxınlaşırıq. Topların gurultusu burada daha hündürdən eşidilir. Yaxınlıqda yaşayan sakinlər hündür təpəliklərin üstünə çıxaraq atəş səsləri gələn istiqamətlərə boylanırlar. Onlar cəbhədən uğurlu xəbərlər gözləyirlər.
Budur, düşməni diz çökdürüb Talış kəndini, həmçinin bir neçə strateji yüksəkliyi qəsbkarlardan azad edən şəxsi heyətin yanına gəlib çatırıq. Onlar döyüşdən yenicə çıxıblar. Ürəyim atlanır, gözümdən sevinc parlayır. Qarşımda ordumuzun ilk zəfər yürüşünü həyata keçirən, qələbəni bizə dadızdıran, xalqımıza sevinc bəxş edən Azərbaycan zabiti, Azərbaycan əsgəri dayanıb. Ürəyim fərəh hissi ilə dolur. Şükürlər olsun ki, qələbə sevincini də yaşadıq, bu anları gördük.
Döyüşdən yenicə çıxmış əsgərlərin çöhrəsindən yorğunluq sezilsə də, üzlərində təbəssüm, gözlərində bir dünya sevinc var. Bu cəsur oğullar xalqımıza qələbə sevinci bəxş ediblər, gözəl anlar, xoş günlər yaşadıblar. Cəsarət və hünərləri ilə Azərbaycan ordusunun zəfər tarixini yazıblar. Elə bir tarix ki, həmişə şərəflə xatırlanacaq.
Azərbaycan əsgəri qüdrətlidir, məğlubedilməzdir
Çöhrəsindən cəsurluq yağan bir zabitlə
üzbəüz oturmuşam. Bu, baş leytenant Nihad Bayramovdur. O da son əməliyyatda hünər
və igidlik göstərib. Savaşın həlledici anında
yaralansa da döyüş yerini tərk etməyib. Uğrunda mübarizə apardığı
mövqeyi axıradək
qoruyub.
Baş leytenant son döyüşdən
ətraflı danışdı:
- Neçə müddət
idi erməni qəsbkarları həm yerləşdiyimiz bölgənin
yaşayış məntəqələrini,
həm də postlarımızı atəşə
tuturdular. Aprel ayının 1-də xəbər yayıldı
ki, düşmən postlarımıza hücum
edib. Hücumun qarşısını almaq üçün silaha sarılıb döyüşə atıldıq.
Elə
ilk həmlədən qəsbkarları
geri çəkilməyə
məcbur etdik. Bir azdan ermənilər silah-sursatlarını da atıb qaçmağa üz qoydular. Arxalarınca
düşüb onları
təqib etdik. Düşməni geri qova-qova
bir neçə mövqeyi ələ keçirdik. Burada xeyli
silah-sursat atılıb
qalmışdı. Postlarda vizual
görüntü üçün
kameralar quraşdırılmışdı.
Qəsbkarlar bizim belə
güclü əks-həmləmizi
gözləmirdilər. Qısa müddətdə ermənilərin
dörd postunu aldıq. Sonuncu mövqedə möhkəmlənib
dayandıq. Gecəni burada
qaldıq. Səhər tezdən
hava işıqlaşan
kimi düşmən üzərimizə hücuma
keçdi. Gərgin döyüş
başlandı. Bir addım
da olsun geri çəkilmədən
vuruşurduq. İşğalçıların müqaviməti yavaş-yavaş
qırılırdı. Mövqeyimi dəyişmək istəyəndə
böyrümdən güllə
dəydi. Yaralansam da
geri çəkilməyib
döyüşü davam
etdirdim. Tutduğumuz postları
sonadək qoruyub saxladıq. Bir addımda da
olsun düşmən
irəliliəyə bilmədi.
Ara sakitləşəndə döyüşçü
yoldaşlarım məni
hospitala çatdırdılar.
Müayinə zamanı məlum
oldu ki, güllə böyrümü
dəlib keçib.
Xoşbəxtlikdən yaram yüngül
idi. Hospitalda çox ləngimədim,
elə ertəsi gün əsgərlərimin
yanına döndüm.
Düşmən bir neçə
dəfə cəhd etsə də, heç nəyə nail olmadı, itki verib geri çəkildi.
Ümumiyyətlə, qəsbkarlar bu
istiqamətdə ağır
məğlubiyyətə düçar
oldular. Həm xeyli canlı
qüvvə, həm də texnika itirdilər. İşğalçılara yaxşıca məğlubiyyət
dərsi verdik. Zabit və əsgərlərimiz
əməliyyatlar zamanı
üzərlərinə düşən
döyüş tapşırıqlarının
öhdəsindən bacarıqla
gəldilər. Onlar düşmənə
göstərdilər ki,
Azərbaycan əsgəri
çox güclü və məğlubedilməzdir.
Döyüşdə fərqlənən əsgərlərdən Ramal
Abbasov, İsmət Fətiyev, Tarverdi Abbasov və başqalarının adlarını
çəkmək istərdim.
Düşməndən götürülmüş
silahlar
Döyüşçülərlə söhbət edərkən
öyrəndim ki, Talış kəndi uğrunda gedən döyüşlərdə ermənilər
silah-sursatlarını da
atıb qaçıblar. Əsgərlərimiz bu silahları qənimət kimi götürüb hərbi
hissəyə gətiriblər.
Bir vaxtlar düşmənlərin
əlində olan silahlar indi səliqə
ilə taborun həyətində torpağın
üstünə düzülmüşdü.
Baş leytenant
Nihad Bayramovla söhbətdən sonra həmin silahlara yaxından baxdıq. Bir neçə
qumbaraatan, avtomat silahları idi. Kiçik yeşiklərdə isə
xeyli sayda əl qumbaraları, patronlar var idi.
Yeşiklərdəki erməni dilində
olan kitabçalar da diqqətimizi cəlb etdi. Dəftərlərin birində nəsə
bir siyahı da var idi.
Bir vaxtlar düşmənin əlində
olan silahlar qarşımızda yerə
düzülüb. Daha atəş
açıb gurlamır,
susub. İnanıram
ki, bir gün
düşmənlər özləri
də silahları kimi qarşımızda boynubükük, məğlub
görkəmdə dayanacaqlar...
Silahlar təmizlənib
döyüşə hazırlanır
Döyüşdən yenicə qayıtmış əsgərlər taborun həyətində silahlarını təmizləyirlər. Silahın təmiz olması başlıca şərtdir. Zabitin, əsgərin silahı hər an atəş açmağa hazır olmalıdır. Ona görə də əsgərlər yorğun olsalar da, ilk növbədə silahlara əl gəzdirib təmizləyirlər. Yağlayırlar, sazlayırlar. Bu səhnəyə tamaşa etdikcə sevimli şairimiz Səməd Vurğunun bu misrası yada düşür: "Silahını təmiz saxla, atını da tumarla". Bəli, silahlar hər an döyüşə hazır olmalıdır.
Nə qədər çətin olsa da, şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını yerinə yetirmişdi. Son döyüşlərdə zabit və əsgərlərimiz böyük hünər və rəşadət göstərərək işğalçılara sarsıdıcı zərbələr vumuşdular. Qazanılan uğurlar bir daha sübut etdi ki, Azərbaycan əsgəri güclü və qüdrətlidir. Düşmənə qalib gəlib torpaqlarımızı azad etmək gücündədir. İnanırıq ki, bu qələbələr davamlı olacaq. Mərhələ-mərhələ torpaqlarımız erməni işğalçılarından azad olunacaq. Deməli, Azərbaycan əsgərini hələ qarşıda neçə-neçə uğurlu döyüşlər gözləyir.
Ədalət.-2016.-12 aprel.-S.4.