"Dahinin tənhalığı - Fazil Hüsnü Dağlarca" kitabının imza günü keçirildi

 

Aprelin 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvanklubunda ədəbiyyatşünas Tofiq Məliklinin "Fazil Hüsnü Dağlarca: Dahinin tənhalığıkitabının imza günü keçirildi.

 

Adalet.az xəbər verir ki, təddbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar kitabı türk ədəbiyyatına tutulmuş işıq kimi dəyərləndirdi. O, türk ədəbiyyatında mühüm tədqiqatlar aparan Tofiq Məliklinin elmi-ədəbi əsərlərini yüksək qiymətləndirdi. Fazil Hüsnü Dağlarcanın son dərəcə orijinal şair olduğunu, Nazim Hikmət kimi dahi şairdən təsirləndiyini diqqətə çatdırdı.

 

Daha sonra çıxış edən yazıçı, filologiya elmləri doktoru Aqşin Babayev Tofiq Məliklinin uzun illər Rusiyada yaşamasına baxmayaraq daim Azərbaycan türk ədəbiyyatını araşdırdığı, bir-birindən dəyərli elmi, ədəbi yazılar ərsəyə gətirdiyini diqqətə çatdırdı. Onun bu illər ərzində Türkiyə ilə sıx əməkdaşlıq etdiyini vurğuladı.

 

Yazıçı, filologiya elmləri namizədi Vaqif Sultanlı Tofiq Məliklinin ədəbiyyatla elmi birləşdirərək tərcümə, poeziya istiqamətində uğurla təmsil olunduğunu dedi: "Tofiq Məlikli elə bir dövrdə Moskvada fəaliyyət göstərirdi ki, həmin illərdə türk ədəbiyyatı haqqında yazmaq, tərcümə etmək təkcə ədəbi məna deyil, həm siyasi əhəmiyyət daşıyırdı. XX əsr ədəbiyyatı emosiyalardan uzaq quru mühakimələrə dayanırdı, amma Tofiq Məlikli öz yazılarında bu mühitdən, quru düşüncələrdən qopa bildi”.

 

Tədbirdə çıxış edən şair Oqtay Rza, "Azərbaycanjurnalının baş redaktoru İntiqam Qasımzadə başqaları kitabın iki qardaş xalq arasında mənəvi körpü olduğunu vurğuladılar. Tofiq Məliklinin türk ədəbiyyatından məharətlə tərcümələr etdiyini, onun qələminin bəhrəsi olan əsərlərin daim oxunaqlı olduğunu dedilər.

 

 

 

Sonda Tofiq Məlikli tədbirin təşkilatçılarına iştirakçılarına, kitabı Azərbaycancaya uyğunlaşdıran Arifə Əliyevaya, həmçinin "AYBkitablayihəsinə minnətdarlığını bildirdi imzası ilə kitablarını oxuculara təqdim etdi.

 

Ədalət.-2016.-13 aprel.-S.4.