"Rübai
karvanı, dördlük çələngi"
silsiləsindən nümunələr
Oqtay RZA,
şair, Əməkdar müəllim
3
Kükrəyib çağlamır güc
sevməyəndə,
Axtar ulduzunu,
seç sevməyəndə.
Möhkəm vurularsan - Məcnun
olarsan,
Müqəvva olarsan, heç
sevməyəndə!
***
Niyə yarpaqların rəngi sarıdır?
Çünki yol payızdan qışa sarıdır.
Baharı
geriyə qaytaran Günəş
Kiminsə eşqinin yadigarıdır.
***
Sevməyən adamın heç
nəyi yoxdur,
O, necə bülbüldür
- ötməyi yoxdur?
Ürək fəth etməyi
var məhəbbətin,
Fəqət qayıtmağı, getməyi
yoxdur!
***
İl ilə qovuşar, bulaq bulağa
İlk eşqim köçsə
də xeyli uzağa -
İlahi
gözəllik məhəbbətimdir,
İldırım düşməsin heç
vaxt bu bağa!
***
Oxu tuşlayıbsan düz ürəyimə,
Oxu, nəğmələrdən düz
ürəyimə!
Oxud gözəlini
necə unudum?
Oxçayı döndərin köz
ürəyimə!
***
Üz, sevgi, məhəbbət dənizində üz!
Üz, bu dağların da laləsindən üz!
Üzü saf məhəbbət
işıqlandırır,
Üzüyü barmağa taxma könülsüz!
***
Məhəbbət səslənir eşqin
tarında,
Həzin sədasıdır nakamların
da.
Deyirlər bir dəfə vurulur adam,
Niyə "ilk məhəbbət" sözü
var onda?
***
Yüz payız, yüz bahar ötüb o vaxtdan -
"Leyli və Məcnun"lu tarixi çağdan.
Neçə simfoniya, balet,
opera...
Od alıb muğamat adlı ocaqdan.
4
Mizrab toxunduraq müqəddəs
simə,
Bilinsin sözümüz aiddir kimə;
Nə qədər çalışıb
cəhd eləsək də,
Ömürlük borcluyuq biz müəllimə.
***
Bu adam özünü
dahi sanır ki,
Bu işıq gecə yox, gündüz yanır ki...
Buludun səpdiyi xırda damlalar
Torpağa dəyməmiş buxarlanır
ki!
***
Liliput incikdir tale sarıdan,
Boy-buxun qıymayıb ona Yaradan;
Fəqət beləsinin yüzü
bir olsa,
Qulliver sürüşüb
çıxar aradan.
***
Qapalı
xainlər "dostlar"
kimidir,
Doğru söz mötəbər hasar kimidir.
Adam var - sifəti tez-tez dəyişən,
Adam var - üzü
də astar kimidir.
***
Çinarın budağı sınır,
əyilmir
Hər söz yığımına nəzm
deyilmir.
...Qurtarır ömrünün
ahıllıq çağı,
Bu adam hələ
də bilmir ki, bilmir.
***
Təzadlı aləmin sakiniyik
biz,
Səndə güc üstündür,
onda duyğu, hiss.
Yaxşı ki, ağıllar
bərabər deyil -
Söz yetim qalardı, dünya dahisiz.
***
Boşaltdı köksünü gen-bol, doyunca,
Desə də "Vətəndir hər şeydən uca!"
Onun şübhəliyəm milliliyindən,
Adı almancadır,
soyadı rucsa.
Bu il sərt
siyasət, hərb ilidir ki,
Bu bazar adamı lap zəlidir ki!
Bu qadın bətnində çocuq öldürüb
-
Qızının - özünün qatilidir
ki!
***
Ucalıq
- ömrünün hər
pilləsində,
Qalır gümrahlığı hətta
səsində.
Türkün tarixini öyrədir,
amma
Yad dildə
danışır ailəsində.
***
Zaman qayalara çox sirlər yazıb,
Kimlərsə axıdıb qan,
yaş, tər - yazıb...
Xalqın
bayatısı sanki xəzinə -
Onu unudulmuş
şairlər yazıb.
***
Güllənin ağrısı, yeri
də qalıb,
Sal daş diyirlənib
dərədə qalıb.
...Gəmi göndərsə
də Marsa adamlar -
Əxlaq texnikadan geridə qalıb.
***
Əgər dinc yaşasaq
biz - Yer kürəsi,
Tapılar ən ağır dərdin çarəsi.
Yox olsun qatil ox, o qatil raket,
Sağ olsun bələdçi ox
işarəsi!
***
Dünya,
qayğıların daim
çox olub,
İnsanın mini ac, onu tox olub.
Silah sərgisinə baxıb deyirəm;
Raketin babası
yəqin ox olub.
***
Bir dayan, yadıma
nə isə düşdü,
Yolum dəbdəbəli məclisə
düşdü;
Bir nəfər salamı elə verdi
ki...
Onun çox
hissəsi rəisə
düşdü.
***
Qalmaqal qoparıb azı min kərə,
Bezdən
ustalıqla keçib
məxmərə;
Ərini
çərlədib öldürən
arvad
İndi müsahibə verir müxbirə.
***
Kamillik gətirən yaşa bax, yaşa,
"Qrip"siz şığıyan
quşa bax, quşa!
Götürən, kənara qoyan tapılmır -
Yolun ortasında
daşa bax, daşa.
***
Bir qədər pərişan
idim, adamlar,
Dedi Teatra gedim, adamlar!
Süzüb drijoru, düşündüm
- yəqin
Əl ilə danışıb qədim adamlar...
***
Sözünü çox rəvan,
səlis deyir o,
Nə "əla",
nə "yaxşı,
"nə "pis"
deyir o.
Bir zaman İliçi tərifləyirdi,
Bu gün Məhəmməddən
hədis deyir o.
5
Bərki çox sınadım, boşa nə deyim?
Ömürlə güləşən yaşa
nə deyim?
Qayanı
heykələ bənzədirəmsə,
Ayağa ilişən daşa nə deyim?
***
İlimdə təzə gün,
ay gəzdirirəm,
Dilimdə xoş sözdən
pay gəzdirirəm.
Qalın
geyinməyim pərt edib qışı -
Canımda deyəsən yay gəzdirirəm.
***
Halal sayılsa da haram dünyada,
Haqq üçün
çalınan taram dünyada.
Nə zaman ürəyim, canım ağrıyır
-
Mən onda bilirəm varam dünyada.
***
Səksəni ötsə də
yaş yavaş-yavaş
Ölümün xeyrinə bitəcək
savaş...
Məmura
verilib fəxri ad,
medal,
Mən aldım
"Bir aylıq əlavə maaş".
***
Arxada qoyaraq çox dağ-düzü mən,
Çətin görəcəyəm yaşda
yüzü mən.
Adamlar necə də soyuqqanlıdır,
Güvənc də, güman da ancaq özüməm.
***
Ağrı dərd çəkənin
canında olur,
Hər ötən günün də, anın da olur;
...Oğul - ön cəbhədə, qız İsveçrədə,
Arvad nəvələrin yanında olur.
***
Dünən bir dişim də çıxdı sıradan -
Nə verib geriyə alır Yaradan.
Yaşımın ahıllıq çağında
mən də
Deyəsən seçirəm "tünd"ü
"qara"dan.
***
Deyirəm sönəndə ömür
çırağım -
Sehrli qüvvə tək bədəndən çıxım;
Bir titrək şüalı ulduz - göz olub,
Dəfnimə, yasıma kənardan baxım.
***
Bir söz söyləməyin
əcəb yeridir -
Dövran
azmanı da mum tək əridir.
Əlini
sıxdığım neçə
əziz dost
Şeir kitabımda indi diridir.
***
Uğurlu,
uğursuz günlər
görmüşəm,
Gah acı,
gah şirin meyvə dərmişəm.
Məni qocalıqda yandıran nədir? -
Bir də tapılmayan vaxt itirmişəm!
***
Hər qaya elə bil
xəyala dalıb,
Qobustan havası
köksümə dolub.
Nə rəssam incisin, nə dilçi alim -
Dünyada ilk əsər zümzümə
olub.
***
Dünyada get-gedə ləl,
dürr tükənib,
Qızıl bahalaşıb, kömür
tükənib.
Yazmaq istəyəndə yaxşı
şeirimi
Gördüm gecikmişəm, ömür
tükənib.
***
Mən ömür sürmürəm
ad-san naminə,
Yazıram pak, təmiz vicdan naminə.
Xeyirxah həmişə yaxşı
iş görür
Özündən sonrakı insan naminə.
Ədalət.-2016.-14 aprel.-S.4.