Türk dünyasının qədim
Şəkisi
REGİON
(əvvəli ötən
saylarımızda)
İrriqasiya sistemlərinin quraşdırılması İsrail şirkətləri tərəfindən həyata keçiriləcək. Hazırda bağda 25 nəfər daimi işlə təmin olunmuşdur. Məhsul yığımı dövründə əlavə olaraq 100 nəfərin mövsümü işlərə cəlb olunması nəzərdə tutulmuşdur. Bu layihə ixrac layihəsidir. Ərazidən bu il 50 tona yaxın məhsul əldə olunması gözlənilir.
Rayonun Kosalı kəndi ərazisində isə "Green Faktory" MMC-nin istifadəsində olan 25 ha torpaq sahəsinin gələcəkdə 16 hektarında tərəvəz məhsullarının istehsalı məqsədilə ən yeni texnologiyalara cavab verən istixana təsərrüfatının yaradılması nəzərdə tutulur.
Rayonun Çeşməli kəndi ərazisində "Fauna" MMC tərəfindən müasir standartlara cavab verən istixana təsərrüfatı yaradılmış və istehsal fəaliyyətinə başlanmışdır. İstixana təsərrüfatının ümumi sahəsi 6,5 hektardan, işlək sahəsi (istixana quraşdırılan ərazi) isə 2,5 hektardan ibarətdir. İstixanada 15 daimi, 50 mövsümi iş yeri yaradılmışdır. İstixananın illik istehsal gücü 800 tondur. Burada əsasən tərəvəz məhsulu olan pomidor yetişdirilir.
Şəki rayonunun Qırxbulaq kəndi ərazisində yaradılmış illik istehsal gücü 50 ton olan özəl forel balıqçılıq təsərrüfatının genişləndirilməsi istiqamətində işlər həyata keçirilmişdir. Ümumi ərazisi 5,7 hektar olan təsərrüfatın 3,2 hektarı su (yəni hovuzların) altındadır. Təsərrüfatda müasir tələblərə cavab verən saxlama kamerası, inqubasiya, kommunikasiya sistemləri yaradılmışdır. Balıqların bəslənilməsi üçün tələb olunan yemlər İtaliyadan, Polşadan və İrandan idxal olunur. Məhsulun Azərbaycanın daxili bazarında satışı həyata keçirilir. Perspektivdə təsərrüfatın illik istehsal gücünün 200 tona çatdırılması məqsədilə müvafiq tədbirlər görülür. Rayonda qərzəkli meyvə istehsalının inkişafına da diqqət yetirilir. Şəki rayonunda əhalinin fərdi təsərrüfatlarında mövcud olan 456 ha qoz, 371 ha fındıq və 26 ha şabalıd bağlarında aqrotexniki qulluq işləri aparılmış, qurumuş və məhsul verməyən ağacların yerinə yeni tinglər əkilmişdir. Qərzəkli meyvələrin vacib kənd təsərrüfatı məhsulu olması, təbabətdə və şirniyyat istehsalında önəmli rol oynaması, rentabelli olması və sair amillərə görə istehsalının genişləndirilməsinin vacibliyini nəzərə alaraq əhali arasında yeni qərzəkli bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilir və bu sahəhəyə xarici investorların cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılır.
Heyvandarlıq sahəsində yüksək nəticələr qazanılır. Baramaçılıq və tütünçülük də
yeni inkişaf mərhələsinə keçid alır
Rayonun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də dinamik inkişaf təmin edilir. Hazırda rayonda 71 211 baş iribuynuzlu, 302 706 baş xırdabuynuzlu, 271 334 baş ev quşları və 5054 arı ailəsi mövcuddur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 3408 baş, xırdabuynuzlu heyvanların sayı 31 820 baş, quşların sayı 6032 baş, arı ailəsinin sayı 76 ədəd artmışdır. 2016-cı ilin 3 ayı ərzində rayon üzrə 2906 ton diri çəkidə ət, 12375 ton süd, 6647 min ədəd yumurta istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 37,7 ton, süd istehsalı 211,6 ton, yumurta istehsalı 194 min ədəd çoxdur. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıcıl davam etdirilir, yem tədarükü işləri uğurla həyata keçirilir. Qeyd etmək lazımdır ki, istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışına köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşıda duran həlli vacib məsələlərdəndir.
Rayonda diqqət yetirilən sahələrdən biri də baramaçılıq və tütünçülükdür. Rayonda tütünçülüyün inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması, sosial-rifah halının yaxşılaşdırılması və eyni zamanda istehsalçıların marağının müdafiəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu sahənin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər əhali arasında tütün əkininə marağı artırmışdır. Belə ki, müddət ərzində rayonda 730 hektar sahədə tütün əkini öhdəliyinə qarşı 785 hektarda əkin aparılmış, öhdəlik 107% yerinə yetirilməklə 1895 nəfərin mövsümü əməklə məşğul olmasına şərait yaradılmışdır.
Şəkidə ipəkçiliyin
inkişafı istiqamətində də müvafiq
tədbirlər həyata keçirilir.
Hazırda rayonda 94,0 hektar
sahədə bar verən toxmaçar
bağı mövcuddur. Erkən
yazdan etibarən toxmacar
bağlarında aqrotexniki qulluq
və təmir işləri aparılmış, barama yetişdirəcək kümdarlar
müəyyən edilmiş, kümxanalarda hazırlıq işləri
aparılmışdır. İstehsal olunan baramanın alış qiymətinə
baxılmış və 1 kq yaş baramanın alış qiyməti
8 manat müəyyən edilmişdir.
2016-cı ildə rayonda 8,5 ton barama istehsalı
proqnozlaşdırılmış və buna
nail olunması üçün
bütün zəruri tədbirlər görülmüşdür. Barama
mövsümü ərzində rayonda 9751 kq barama istehsal olunmuşdur ki, bu da proqnozun
115 %yerinə yetirilməsi deməkdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
ədalət.-2016.-10 avqust.-S.4.