Səlim Babullaoğlu
ilə “İmzalı görüş” olub
Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondunda "İmzalı görüş” layihəsi
çərçivəsində şair, tərcüməçi
Səlim Babullaoğlu
ilə görüş
keçirilib.
Fonddan
Adalet.az-a verilən məlumata
görə, tədbirdə
Bilik Fondunun əməkdaşları, Könüllülər
Birliyinin üzvləri,
ədəbiyyatsevər gənclər
iştirak ediblər.
"İmzalı görüş”
layihəsinin əsas məqsədi haqqında tədbir iştirakçılarına
məlumat verən Fondun icraçı direktoru Oktay Səmədov gəncləri
Səlim Babullaoğlunun
yaradıcılığı ilə tanış edib.
Sonra şair
yeni çapdan çıxmış "İlyas
Göçmənin şəkil
dəftəri” adlı
kitabının ərsəyə
gəlməsindən danışıb. Səmimi şəraitdə
keçən görüşdə
tədbir iştirakçıları
onları maraqlandıran
suallara cavab alıblar. Səlim Babullaoğlu gənclərə
bir-birindən maraqlı
şeirlərini oxuyub.
Sonda müəllif imzalı kitablarını görüş
iştirakçılarına hədiyyə edib.
Bilik Fondu
"İmzalı görüş”
layihəsi çərçivəsində
2015-ci ilin aprel ayından başlayaraq gənclərin mütaliəyə
marağını stimullaşdırmaq
üçün onları
sevilən yazarlarla, şairlərlə görüşdürür. Çağdaş dövrün yazarları ilə keçirilən görüşlərdə onların
əsərləri müzakirə
olunur, müasir ədəbi proseslər barədə fikir mübadiləsi aparılır.
"İmzalı görüş”
layihəsi çərçivəsində
Milli Məclisin deputatı, yazıçı-publisist
Aqil Abbas yazıçı-publisist Rəşad
Məcid, Xalq yazıçısı Çingiz
Abdullayev, uşaq yazarları Sevinc Nuruqızı, Aygün Bünyadzadə, Mehriban Nağıyeva ilə görüşlər keçirilib.
Ədalət.-2016.-1
dekabr.-S.4.