Muğam Qəsri” kitabı işıq üzü gördü

 

"Muğam Qəsrikitabı işıq üzü gördü Bu gün sizə təqdim edilən "Muğam Qəsriensiklopedik toplu yazıçı-punlisit Saminə Hidayətqızının "Göy qurşağılayihəsindən ikinci kitabıdır.

 

Kitabda muğamın tarixinə tədqiqat baxımından yanaşılmış, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığı, onların həyat yolu araşdırılmışdır. Təkcə Azərbaycan musiqi xadimləri deyil, xaricdə yaşayan muğam haqqında düşüncələri topluya gətirilmişdir. Kitabdakı canlı müsahibələr müxtəlif vaxtlarda (2000-2016-cı illər) qələmə alınmış respublikanın mətbu orqanlarında "Sarı Simrubrikası altında dərc edilmişdir. Ensiklopedik toplu musiqi sahəsində təhsil alan tələbələr, muğam həvəskarları, tədqiqatçılar, eləcə kütləvi oxucular üçün nəzərdə tutulur. Xatırladaq ki, oktyabr ayının 5-də Beynəlxalq Muğam Mərkəzində yazıçı Saminə Hidayətqızının "Muğam Qəsrikitabının təqdimatı keçirilib.

 

Ədalət.-2016.-1 dekabr.-S.4.