"O ürəklə hələ çox yaşadı Bahadur"
Yenicə ədəbiyyata marağımı, mehrimi salırdım. Hardasa iki il
əvvəlin söhbətidir,
ilk getdiyim ədəbi
ocaq AYB-nin Gəncə filialı idi...
Ora ilk getdiyim
gün heç vaxt yadımdan çıxmaz. Özümü
Nizami Gəncəvi zənn etdiyim günlərdi...
Axı uşaqlıq dövrü
belə olur...
İlk dəfə gedəndə cızma-qaralarımı böyük
fəxarətlə, həvəslə
oxudum və səbirsizliklə təriflər
gözləyirdim... Həmin gün
Bahadur Fərman məni o qədər tənqid elədi ki, "Nizami" olmadığımı ordaca
anladım. Bahadur Fərman
hər dəfə şeirlərimi haqlı şəkildə tənqid
edirdi və mən də həqiqətən heç
vaxt incimirdim. Bilirdim ki, nə deyirsə
mənim xeyrimə deyir. Sonralar şeirlərimi Bahadur
Fərmanın tənqid
etməsindən qürur
duymağa başladım.
O qədər xoşxasiyyət,
yumşaqqəlbli bir insan idi ki,
tənqid edəndə
üzümə də
baxmırdı. Başını
aşağı salıb
otaqda gəzə-gəzə
danışırdı, ürək
qırmaqdan çox qorxurdu...
Aradan xeyli zaman keçdi Bahadur müəllimi 5-6 ay
idi ki, görmürdüm. İyun ayında
yenə AYB-nin Gəncə filialında qarşılaşdıq, sevincimdən
yerə göyə sığmadım, qucaqlaşıb
görüşdük. Təzə şeirlərimi dinlədi,
istedadlı olduğumu
söyləsə də
tənqidindən qalmadı.
Mənə qarşı olan
bu sevgisi məni çox sevindirirdi. Çünki,
sevməsə tənqid
etməzdi...
Çoxdandı görmürdüm Bahadur müəllimi. Avqust ayının sonu
idi müəllimin şeirləri haqqda "Çölə ha tökülməyib,
bir dənədir Bahadur" adlı məqalə yazdım,
"Harmoniya.az" saytında dərc olundu. 3-4 gün keçdi
Bahadur müəllim mənə telefon açdı, çox xoş olduğunu söylədi təşəkkür
etdi. Həmin gün sanki,
dünyaları mənə
vermişdilər.
Mənə elə gəlir
ki, qocaman şairlər haqda gənclər nəsə yazanda onlar çox
sevinirlər...
Onu yenidən
görmək üçün
ürəyim getsə
də, görüşə
bilmirdik.
AYB-nin Gəncə filialına gedirdim ki nə ola orda qarşılaşaq, görəm.
Qarşılaşmırdıq, görüşə bilmirdik.
Son vaxtlar səhhətinin
qaydasında olmadığını
bilirdim. Dost-tanışdan
əhvalını soruşurdum
tez-tez...
Çox
narahat idim müəllim üçün...Ən çox onu istəyirdim ki, müəllim təzə şeirlərimi
oxusun heç olmasa bircə tərif desin. Mənə ən əziz tərif müəllimin tərifi idi. Başqa idi Bahadur Fərman...
Dekabr ayının
5-i elə bir xəbər aldım ki, varlığım sarsıldı. Özümü itirdim bir neçə saat. Ən çox güvəndiyim insanlardan birinin Bahadur müəllim olduğunu anladım.
Həmən gün Bahadur
Fərman haqqına qovuşmuşdu. İstədim
ki, qaçam gedəm Gəncəyə,
dəfnə yetişəm,
gördüm ki, daha gecdir...
Sabahı gün Məzahir Hüseyzadə ilə görüşüb hüzn
içərisində gəldik
Gəncəyə. İlk öncə
qəbrinə gedib sonra ocağına getdik gözümüz dola-dola. Bahadur müəllimin şəkli
asılmışdı mağarın
başından. Ən çox
bu silkələdi məni orda. Nəfəsimiz "ah" olub çıxırdı
ciyərimizdən. Doğmalarına baş sağlığı
verdik, qayıtdıq Şəmkirə.
Yolda Məzahir müəllim dedi ki, "O ürəklə hələ
çox yaşadı
Bahadur".
Məhəmməd
Turan
Ədalət.-2016.-13 dekabr.-S.4.