Kamal Abdullanın Türkiyədə yeni kitabı çap olundu

 

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın "Yarımçıq əlyazma”, "Sehrbazlar dərəsiromanlarından sonra bu trilogiyanın sonuncu romanı "Unutmağa kimsə yox...” (Kemal Abdulla. "Unutmağa kimse yok...”, Ankara 2016) da Türkiyənin məşhur "Bengünəşriyyatında nəşr edilib.

Adalet.az xəbər verir ki, bir müddət əvvəl Moskvada işıq üzü görən bu roman indi türk oxucusuna nəfis tərtibatda təqdim edilib. Romanı türk dilinə çevirən ön sözün müəllifi İstanbul Yedditəpə Universitetinin dosenti Arif Acaloğludur.

Kitabın ön sözündə roman müxtəlif aspektlərdən təhlil olunur, oxucuya romanı daha dərindən anlaması üçün ipucları verilir. Arif Acaloğlu bu romanı dil sərhədlərini aşan yalnız alternativ təhlillərlə qavranıla bilən kitab kimi dəyərləndirir.

Kitabın üzündə Azərbaycanın ən uca zirvəsi olan Bazardüzünün şəkli yer alıb. Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr haqda məlumat əksini tapıb.

 

Ədalət.-2016.-15 dekabr.-S.4.