“Tarixin
yaddaşında yaşamaq istəyirəm”
Nərgiz Eminova: "Hədəflərim
isə gələcəkdə Azərbaycanın ilk qadın
klarnet ifaçısı adı ilə tanınmış
musiqiçi olmaqdır”
Musiqi insan ruhunun qidasıdır. Bu
sahədə bir çox
dahi bəstəkarlar, sənətkarlar
tarixdə iz qoymuşdular.
Azərbaycanda da akademik
musiqinin banisi Üzeyir Hacıbəyovdur. Musiqinin
müxtəlif növləri var. Bunlardan biri də klarnet musiqi alətində
ifa edənlərdir. Bu
sahədə llk addımların atan Nərgiz Eminova da uşaqlıqdan klarnetin
vurğunu olmuşdur.
Klarnet ifaçısı Nərgiz
xanım tələbə olmasına baxmayaraq
artıq bir çox
konsertlərdə iştirak etmiş, mükafatlar
qazanmışdır.
Adalet.az gənc klarnet
ifaçısı Nərgiz Eminova ilə
müsahibəni təqdim edir:
- Özünüz haqqınızda bir az məlumat verərsiniz...
- 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Beş yaşım olanda valideyinlərim piano ixtisası üzrə Müslüm Moqomoyev adına 26 nömrəli musiqi məktəbinə yazdırdılar məni. Yeddi il orda təhsil aldım. Ancaq uşaqlıqdan həvəsim pianoya yox klarnetə idi. Anam isə məni piano ifaçısı kimi görmək istəyirdi və bunun üçün əlindən gələni əsirgəmirdi. 2008-ci ildə valideyinlərim məni musiqi təhsilimi daha kamil davam etdirmək üçün Bülbül adına orta ixtisas musiqi məktəbinə qoydular. Mən burda oxumağa beşinci sinifdən başladım. Artqı onuncu sinifdə olarkən ixtisasım klarnet idi. 2014-2015-ci ildə mən Bülbül adına orta ixtisas musiqi məktəbini fəxri fərmanla bitirdim və bitirdiyim il Üzeyir Hacıbəyli adına Bakı musiqi akademiyasına imtahansız klarnet ixtisası üzrə qəbul olundum. Hal-hazırda Bakı musiqi akademiyasının ikinci kurs tələbəsiyəm.
- Musiqiyə marağınız yəqin ki, uşaqlıqdan olub...
- Bəli musiqiyə marağım uşaqlıqdan olub. Uşaqlıqdan musiqi dinləməyi, oxumağı çox sevirdim. Valideyinlərimdə bu istəyimi görərək məni musiqiyə yönəltdilər.
- Klarnetin
hansı növündə ifa edirsiniz?
- Klarnetin ifa etdiyim
növü fransuzki
system B-klarnetdir. Təbii ki,
klarnetin müxtəlif
növləri var. Məsələn,
A klarnet, B klarnet, Bass klarnet, Alt klarnet. Orkestrlarda bəzən A klarnetdə istifadə olunur.
- Çox vaxt klarnet ifaçıları
kişilərdən çıxır.
Necə oldu ki, bu musiqi
aləti diqqətinizi
çəkdi?
- Bəli, sizinlə razıyam əksər hallarda klarnet ifaçıları kişilər
olur. Əsasəndə Azərbaycanda. Amma xaricdə orkestrlarda qadın klarnet ifaçıları da olur. Sadəcə olaraq Bakıda
görülmədiyinə görə
qeyri-adi baxılır.
Bizim insanların psixologiyasına
belə həkk olunub. Klarnet dedikdə ağıla ilk gələn kişi
və milli rəqslər olur. Demək olar ki, mən
yenilik etmişəm.
Əslində isə uşaqlıqdan
marağım var idi. Klarnet ifaçılarını gördükdə, klarnet səsini eşitdikdə daha da həvəsim
artır və diqqətim klarnetə yönəlirdi.
- Azərbaycan klarnet ifaçılarından kimləri
sevirsiniz? Vəli Qədimovun ifalarına
qulaq asırsınız?
- Əsasən klassiklərə
qulaq asıram Sabina Meyyer, Julian Bliss, Milan Rericha,
Martin Frost, Mate Bekavec və
s. Milli musiqilər isə bizim damarımızda var əlbəttə ki, Vəli Qədimov, Ələkbər Əsgərov,
Şəmsi İmanov,
Hakim Abdullayev, Şərbət
Rzaquliyev və s. sənətkarların ifalarını
sevərək dinləyirəm.
- Klarnet sizin üçün nə deməkdir?
- Maraqlı sualdır. Klarnet nəfəs alətlərinin
şahıdır. Nəfəs alətləri
içində ən mürəkkəb alətdir.
Mənim
üçün klarnet
bütün həyatım
deməkdir. Həyatımı, gələcəyimi klarnetsiz
təsəvvür edə
bilmirəm. Əlbəttə ki, bütün bunları mənə öyrədən, zəhmətimi
çəkən, klarnetin
müəyyən çətinliklərini,
sirrlərini mənə
başa salan müəllimim Anar Məmmədova borcluyam.
- Konsertlərə
dəvət alırsınız?
- Əlbəttə konsertlərə,
çəkilişlərə, ansanbıllara dəvət
alıram. Müxtəlif konsert salonlarında
çıxışlarım olub. Müslüm Moqomoyev adına Azərbaycan Dövlət Filarmoniyasında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrı ilə, Azərbaycan Respublikasının xalq artisti, bədii rəhbər və baş drijor Teymur Göyçayevin rəhbərliyi altında
çıxışım olub. Azərbaycan Dövlət Kamerasının
musiqi zalında, Heydər Əliyev mərkəzində, Kapellhausda,
və s. konsert salonlarında. Bir çox fəxri
fermanlar, dimlomlar, sertifkatlarla təltif olunmuşam. Dəfələrlə xaricdən gəlmiş masterclasslarda iştirak etmişəm. Hal-hazırda da respublikanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi
altında "Azərbaycan
dövlət gənclər
simfonik orkestr"-ında fəaliyyət göstərirəm.
- Klarnet
ifaçılarını filmlərdə çox
vaxt kasıb, ağır bir
həyat yaşayan görmüşük.
Yalnız filmlərdəmi belədirmi, yoxsa
həyatda da klarnet
ifaçılarının taleyi
acınacaqlı olur?
- Yəqin filmlərdə belə olur. Allah hər kəsə bir ömür, qismət, alın yazı verib. Mən deyə bilmərəm ki, klarnet ifaçılarının taleyi acınacaqlı olur. Məncə sənətkar həyatda və sənətdə özünə yer tapmağı bacarmalıdır.
- Klarnetdən başqa digər musiqi alətlərinə
marağınız olubmu?
- Bəli marağım olub. Klarnet əsas ixtisasım olmağına baxmayaraq saksafon, zurna, balaban, truba bu alətlərə marağım var. Bunlardan zurna, balabanı azda olsa bacarıram. Gələcəkdə isə qismət olsa öyrənmək fikirim var.
- Son
olaraq, hədəfləriniz nədir?
- Gələcək üçün ilkin olaraq oxuduğum universiteti qırmızı diplomla bitirib magistra qəbul olmaqdır. Yaradıcılıqla bağlı isə hər zaman sənətimin birincisi olmağı, peşəkar ifaçı olmağı arzulayıram və bunun üçün də çox çalışıram. Hədəflərim isə gələcəkdə Azərbaycanın ilk qadın klarnet ifaçısı adı ilə tanınmış musiqiçi olmaqdır. Seçdiyim sənət üzrə, ifamla tarixin yaddaşında yaşamaq istəyirəm.
Ədalət.-2016.-20 dekabr.-S.4.