AZƏRBAYCANLIYAM,
AZƏRBAYCANLI
Dünya azərbaycanlılarının
həmrəyliyinə itihaf edirəm
Mənim qismətimə bir diyar
düşüb,
Dünya nemətindən şirin bar düşüb.
O elə diyardır axar-baxarlı,
Dağları vüqarlı,
bağçası barlı.
Hər qarış torpağı
qızıldı, zərdi,
Göyləri dalğalı mavi
Xəzərdi.
Qoynunda buruqlar məskən salıbdı,
Ömrünün üzünü sevinc
alıbdı.
Mili, Muğanı var, Şəki,
Şirvanı
Füsünkar guşədi onun hər
yanı.
Min nemət yetirən barlı bağı var,
Ömrünün bəzəyi
Qarabağı var.
Lənkəran, Astara sahil boyunca,
Könüllər oxşayır
ürək doyunca.
Naxçıvan, Ordubad gözəl
məkandı,
Günəşlə nurlanan
nəqşi-cahandı
Büllur çeşmələri
gözün nurudu,
Murovu, Qoşqarı şah qürurudu!
Güllü-gülüstandı,
çölü, çəməni;
Ətrini bol saçır bol
yasəməni.
Bülbülün eşqilə
açılır gülü,
Saçını darayır sarı
sünbülü.
Ceyranın, cüyürün ürkək
baxışı
Könül pərvazıdı
çölün naxışı.
Göllərdə şövq ilə
sonası süzür,
Durnalar köçünü qatara
düzür.
Aləmə səs salır gur
şəlaləsi,
Bağrını yandırır xallı
laləsi.
Şirin nəğməlidir hər
coşan çayı,
Köksündə əks edir
gecələr Ayı.
Səmada qartalı erkən oyanır,
Uca zirvələrdə məğrur
dayanır!..
O elə diyardı gendi ürəyi,
Boldur süfrəsində duzu,
çörəyi.
O Odlar Yurdudu -qonaq-qaralı,
Köksündə yer verir olsa haralı.
Üzünün nurudu isməti, arı;
Dillənir kamanı, oxuyur tarı
Dönməyir getdiyi doğru yolundan,
Ümidsiz olanın tutur qolundan!
Yazıb bayrağına haqq-ədaləti,
Tanrı vergisidir qədir-qiyməti.
Tanıyır düşməni, bilir
yağını
Əlindən qoymayır saç
yarağını!
Elin ocağını alovlandırır,
Könüllər mülkündə
işıq yandırır!
Taleyi güllənən gözəl diyardır,
Qoyununda yaşayan nə bəxtiyardır.
Belə məkanlıyam, belə
məkanlı,-
Azərbaycanlıyam, Azərbaycanlı!
Əjdər Qiyaslı
Ədalət.- 2016.- 30 dekabr.- S .4.