QƏHRƏMANIMIN DAHA BİR UĞURU

 

Söhbət pianoçu Nərmin Nəcəflidən gedir

 

Onun barəsində ötən ilin isti günlərinin birində, daha doğrusu, Qəbələdə musiqi bayramı keçirilən zaman yazmışdım. vurğulamışdım ki, Qarabağda sayılıb-seçilən ağsaqqallardan biri olan, dəyərli dostum Aslan Mehdiyevin nəvəsi Nərmin Etibar qızı Nəcəfli öz parlaq istedadı ilə Azərbaycan hüdudlarını hələ məktəb illərindən aşıb keçmişdi. Onun körpə barmaqları şirmayi dillərlə o qədər doğmalaşmışdı ki, barmaqlar o dillərdə onun ürəyinin pıçıltılarını çiçək kimi təravətləndirmiş, tamaşaçının, dinləyicinin yaddaşına gül kimi əkmişdi.

Həqiqətən bu obrazlı desək, dünyanın musiqi dəryasında özünü göstərmək, o dəryanın sevilən ifaçılarından biri olmaq o qədər asan deyil. Çünki səndən öndə elə nəhənglər, elə böyük ustadlar var ki, başını qaldırıb baxanda onların əlçatmazlığı səni təkcə heyrətləndirmir, həm qorxudur. Təbii ki, heyrətlənənlər ürəklərinin şah damarına bir inam da hopdura bilirlər. Qorxanlar isə sadəcə geri çəkilirlər. Bax, mənim qəhrəmanım Nərmin xanım da heyrətlənənlərdən oldu. Yəni o dühalar, o böyük şəxslərə doğru gedən yolun ağırlığından, zəhmətindən usanmadı. Əksinə, piano arxasında az qala barmaqlarının ucunda gəlib döyünən ürəyi ilə musiqini yaşadı yaşatdıg musiqini sevdi sevdirdi. Təbii ki, bütün bunların mayasınla həm istedad, həm zəhmət dayanırdı. Hələ 5 yaşında olanda yaşıdlarından fərqlənən Nərmin artıq 11 yaşında olanda adını Azərbaycan gənclərinin "Qızıl kitab"ına yazdırmışdı. Bu kitab ölkəmizin ən istedadlı, ən perspektivli yetirmələrinin adları, tərcümeyi halları toplanmış mükəmməl bir toplu idi. Ora düşmək artıq istedadlı olmağın bir növü rəsmi vəsiqəsi hesab olunur. Bax, Nərmin 11 yaşında Bülbül adın orta ixtisas musiqi məktəbinin şagirdi kimi bu kitabda yerini tutdu üstəlik Prezident təqaüdünə layiq görüldü.

Bu möhtəşəm uğura qədər artıq Nərminin ifaları təkcə Azərbaycanın dinləyicilərinə, musiqi xridarlarına deyil, həm böyük şəhərlərin, Moskvanın, Parisin, Praqanın daha neçə, neçə ölkələrin paytaxtlarında iri şəhərlərində bəlli olmuşdu. Onun qatıldığı musiqi yarışmalarında qazandığı uğurlar onu yaşıdlarından xeyli qabağa aparmışdı. artıq Bethovenin, Şopenin, Motsartın, Çaykovskinin, Rastrapoviçin daha neçə-neçə daha musiqiçilərin vətənində bu qızcığazın ifasını bəyənmişdilər. Təbii ki, bu ifaların sırasında Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun digər Azərbaycan bəstəkarlarının da əsərlərinin öz yeri var idi.

Mən qəhrəmanımın həyat yolunu izlədikcə onun hər gün yeni uğurlara doğru daha da yaxınlaşdığını, musiqi həyatında növbəti tamaşaçı alqışlarının izini, səsini eşidirəm. Bax, elə bugünlərdə Nərmin Etibar qızı Nəcəflinin həyatında daha bir uğurun sorağını hamı kimi mən eşitdim. Məlum oldu ki, ölkə prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamda mədəniyyət, elm, təhsil ictimai fəaliyyət sahəsində xüsusi fərqlənən gənclərin arasında Nərmin Etibar qızı Nəcəflinin adı var. O, bu sərəncamda Prezident mükafatına layiq görülüb.

Mən səsi, sorağı dünyanın böyük-böyük şəhərlərindən gələn, YUNESKO-nun baş qərargahında ifası dinlənilən Nərmin xanımı, eləcə ona həyatda dəstək olan valideynləri Könül xanımla Etibar bəyi, həmçinin müəllimlərini bu uğurlara görə bəlkə hamıdan çox sevinən babası Aslan müəllimi ürəkdən təbrik edirəm. Düşünürəm ki, bir gənc istedadın öz barmaqları ilə, daha doğrusu, ifa zamanı barmaqlarının ucuna təsir edən ürəyi ilə Azərbaycanı dünya səhnələrində tanıtması həm ölkəmizin istedadlılar vətəni olmasına bir işarədi mən qəhrəmanımı bir daha təbrik edirəm.

 

Ədalət.-2016.-2 fevral.-S.4.