AĞCABƏDİ ŞƏHƏRİNİN BU GÜNÜ

REGİON

 

Regionların İnkişafına dair Dövlət Proqramının tərkib hissələrindən biri də təbii ki, insan faktorudur. Yəni görülən bütün işlər məhz Azərbaycan insanın həyat səviyyəsinin yüksəldilməsinə, onun sosial-iqtisadi durumunun yaxşılaşmasına, üstəlik insanların dünyaya inteqrasiyasına yönəlibdi. Bax, bu mənada rayonun təhsil müəssisələrində həyata keçirilən quruculuq, təminat, pedaqoji kadrların hazırlıq səviyyəsi ilə yanaşı, həm də məktəbəqədər müəssisələrdə normal şəraitin yaradılması, uşaq bağçalarında təminatın gücləndirilməsi istiqamətində də köklü işlər görülür.

Həm ötən il, həm də bu ilin birinci rübündə Ağcabədi rayon icra hakimiyyətinin apardığı məqsədyönlü işlər nəticəsində Ağcabədi şəhərində görülən işlərlə bağlı əldə etdiyimiz bilgilərə söykənərək biz gerçək bir mənzərəni sizə də təqdim etmək istəyirik. Təbii ki, bu işdə bizim əsas yardımçımız rayon icra hakimiyyəti başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin ötən ilin yekunlarına dair hesabatıdır. Həmin hesabatla tanış olanda məlum olur ki, şəhər inzibati ərazisində planlı şəkildə, özümilli arlamentlərə uyğun göz oxşayan sosial obyektlərin tikintisi, məktəblərin təmir və bərpası, küçə və yolların abadlaşdırılması gerçəkləşdirilmişdir. Yəni bu işlər təkcə hansısa bir vəzifəni icra etmək xatirinə yox, həm də şəhərin sakinlərinin, qonaqların zövqünü oxaşaya biləcək bir səviyyədə görülmüşdü.

Yeri gəlmişkən, elə burdaca xatırladaq ki, şəhərin ərazisi təqribən 16000 hektara yaxındır. Əhalisi isə 42000 nəfər təşkil edir. Şəhər ərazisində əldə etdiyimiz bilgilərə görə, təqribən 10000 təsərrüfat mövcuddur ki, bu da şəhər ərazisində 14 seçki məntəqəsinin yaradılmasına imkan veribdi.

Ağcabədi şəhərində bütün rayonda olduğu kimi, təhsilin inkişafına xüsusi diqqət yetirilmişdir. Faktiki olaraq şəhər ərazisində fəaliyyət göstərən bütün məktəblərdə təmir-bərpa işləri görülmüş və nəticədə həmin məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə mövsümlə əlaqədar olaraq məktəblərin isidilməsi, cari təmiri uğurla aparılmışdır. Bu gün Ağcabədi şəhər məktəblərinin qızdırılmasında qazlan istifadə olunur ki. bu da sinif otaqlarında şagirdləri razı salacaq temperaturun yaradılmasına imkan vermişdi. Ötən tədris ilinin yekunlarına görə, Ağcabədi şəhər məktəbəinin məzunlarından 139 nəfər ali məktəblərə qəbul olunmuşdur ki, bu 2014-cü ilin dərs ilinin yekunları ilə bağlı apardığımız müqayisədə 9 nəfər artım deməkdir. Həmin şəhər məktəbləri arasında ən çox məzunu ali məktəblərə qəbul olunan 1, 2, 9 və 11 saylı tam orta məktəb, eləcə də 3 saylı şəhər məktəb liseyidi. Bu məktəblərin hər birində məzunlar öz yüksək nəticələri ilə təkcə valideynlərini deyil, həm də məzunu olduqları məktəb kollektivlərinin adını ucaltmışdılar. Ən sevindirici hallardan biribudur ki, şəhər məktəbinin məzunları arasında 653 balla Azərbaycan Tibb Universitetinə daxil olan Rüstəmzadə Hidayət Çingiz oğlu, 620 balla Azərbaycan Müəllimlər İnstitutuna daxil olan Həsənova Maral Əsgər qızı və 618 balla Azərbaycan Tibb Universitetinə daxil olan Müseyibzadə Məhəmməd Rizvan oğlu öz nəticələri ilə həm də ölkə məzunları arasında ön cərgəyə çıxanlar sırasında yer tutmuşdular. Bu isə bütövlükdə şəhər təhsilinə və bu sahəyə yönəldilən tələblərə rayon icra hakimiyyəti başçısı və onun komandası tərəfindən göstərilən qayğı və diqqətin nəticəsi kimi dəyərləndirilə bilər.

Onu da qeyd etmək yerinə düşər ki, şəhərdə Uşaq Gənclər şahmat məktəbinin, Texniki Yaradıcılıq məktəbinin, ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, Uşaq gənclər İdman Məktəbinin, Uşaq Yaradıcılıq Mərkəzinin fəaliyyəti güclənjdirilmiş, həmçinin buraya marağın artması səbəbindən həmin müəssisəldər cəlb olunan uşaqların sayı da çoxalmışdı. Yəni təkcə kəmiyyət deyil, həm də keyfiyyət də artıq diqqət mərkəzində olmuşdu. Bir faktı da yada salmaq lazımdır ki, son dövrdə rayonda 150 yerlik uşaq bağçası tikilərək istifadəyə verilmişbununla yanaşı həm də 4 saylı uşaq bağçasında da təmir işləri başa çatdırılmış, digər uşaq bağçalarının da tam yararlı vəziyyətdə olması üçün gərəkli addımlar atılmaqla nöqsanların aradan qaldırılmasına nail olunmuşdu.

Deməli, təhsilə göstərilən bu diqqət təkrar göstərir ki, Ağcabədi rayonunda son illərdə bu sahə təkcə rayon üçün yox, həm də respublika üçün əhəmiyyət kəsb edən bir sahə kimi davamlı olaraq nəzarət altında saxlanılır və göstərilən diqqət də öz uğurlu nəticələri ilə hər kəsi sevindirir. Bütövlükdə isə Ağbcabədidə həm Müəllimlər İnstitutunun filialına, həm Pedaqoji Kollecə, həm peşə məktəbinə ayrılan diqqət buradakı müəllim və tələbələrin sosial durumu, onların cəmiyyətə tam hazır kadr kimi qəbul olunması üçün lazım olan şəraitin yaradılması istiqamətində köklü işlərin görülməsi rayon rəhbərliyini adiyyəti qurumlardan əsas tələblərindən biri kimi diqqəti çəkir. Ümumiyyətlə isə Ağcabədidə təhsilə kompleks baxış birmənalıdır və bu da öz-özlüyündə hər kəsdə məsuliyyət hissinin yaranmasına stimul verir.

Ağcabədi şəhər İnzibati Ərazi Dairəsinə daxil olan uşaq bağçalarının fəaliyyəti də bu gün həm rayon rəhbərliyinin, həm də şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Birmənalı şəkildə demək olar ki, bu gün Ağcabədi şəhərində həm bütövlükdə təhsilin, həm də müəyyən mənada onun bir qolunu təşkil edən uşaq bağçalarının real mənzərəsini normal qəbul etmək olar. Çünki bu sahədə fəaliyyət göstərənlər həm peşəkardılar, həm də dövrün, zamanın tələbini dəyərləndirə bilirlər.

(Ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2016.-2 fevral.-S.3.