AĞCABƏDİ
ŞƏHƏRİNİN BU GÜNÜ
REGİON
"...Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı, onun maraqları, təhlükəsizliyi,
rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı,
rifahı, təhlükəsizliyi üçün
hər şeyi edirik və
edəcəyik. Ölkəmiz sürətlə qabağa gedir. Hər bir bölgə qurulur,
abadlaşır, bax biz
belə böyük işlər görürük".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
(əvvəli
ötən sayımızda)
Ağcabədi rayonunun sosial-iqtisadi inkişafı təkcə onun kəndlərində yox, həm də şəhərində də kompleks şəklində həyata keçirilir. Ona görə də bu gün şəhərdə cərəyan edən hadisələrin fonunda yenidənqurmanı, tikinti-abadlığı görməmək, ondan yan keçmək mümkün deyil. Əgər təkcə bu ilin ilk ayında ölkə prezidenti İlham Əliyev cənablarının dünyanın iqtisadi durumunda baş verənlərlə bağlı Azərbaycan gerçəkliyinə münasibətini xatırlasaq, xüsusilə cənab prezidentin son çıxışlarını nəzərdən keçirsək, onda görərik ki, bütün ölkəmiz kimi Ağcabədi şəhərində də inkişafın özünəməxsus təməli qoyulub və bu təməl üzərində də şəhərin inkişaf layihəsi həyatda təsdiqini tapır.
Bəli, Ağcabədi şəhərinin görünüşünün dəyişməsi danılmaz bir həqiqətdir. Bu mənada şəhərin küçə və prospektlərində aparılan təmir-abadlıq işlərinə nəzər salsaq, onda görərik ki, ötən il şəhər ərazisində 40700 kv.metr asfalt örtük salınmış və bu asfalt-beton örtüyünün davamlılığını artırmaq üçün yol kənarlarındakı sel sularının axını kanalları da tam bərpa olunmuşdu. Bu da yolun dağılıb tez sıradan çıxmasının qarşısını alan əsas şərtlərdən biridi. Eyni zamanda şəhərin Heydər Əliyev prospektində, Nəsimi və Hüsü Hacıyev küçələrində 2210 kv.metr yeni səki salınmış, 2210 kv.metr isə tamet döşənmişdi.
Məlum olduğu kimi, yol kənarı səkilərin səliqəli, həm də yolun səviyyəsindən nisbətən hündür olması həm təhlükəsizlik baxımından, həm də piyadaların hərəkəti üçün çox önəmlidir. Elə buna görə də rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov görülən işlərə xüsusi tələbkarlıqla yanaşır və hər bir məsələnin vaxtında, köklü şəkildə həll olunmasını aidiyyəti qurumların rəhbərlərindən tələb edir.
Bu gün Ağcabədidə şəhərin ümumi gözəlliyini bir az da artıran işlərin sırasında parkların və meydanların yaşıllaşdırılması, burada köklü işlərin görülməsi, xüsusilə rayonun hər bir sakini üçün müqəddəs ünvan olan Şəhidlər Xiyabanının, Böyük Vətən müharibəsi iştirakçıları, Xocalı faciəsi, 13 mart Azərbaycanlıların soyqırımı və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olanların abidə kompleksinin müasir tipli bir formada qurulub yaşıllıqlarla əhatə edilməsi həqiqətən də ürəkaçandı. Bu abidə kompleksinin ərazisində olanda insan daxilən bir rahatlıqla yanaşı, həm də qürur hissi yaşayır. Bu da onu göstərir ki, Ağcabədidə təkcə torpağı əkib-becərmək yox, həm də onu qoruyanları, onun uğrunda şəhid olanları uca tutmağı çox gözəl bacarırlar.
Aparılan abadlıq işləri içərisində şəhər mərkəzində kənd təsərrüfatı idarəsinin inzibati binası, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə hissəsinin inzibati binasının tikilib istifadəyə verilməsi şəhərin mənzərəsini bir az gözəlləşdirmişdi. Ümumiyyətlə isə şəhərin bütün küçə və prospektlərində, yollarında işıq xətlərinin yenilənməsi, dəmir dirəklərin daha dayanıqlı olması üçün lazım olan yerlərdə dəyişdirilməsi, kabel xətlərinin çəkilməsi, rabitə əlaqəsinin daha da müasirləşdirilməsi görülən işlərin təkcə statistikası deyil. Bu həm də şəhər sakinlərinə xidmətin daha bir göstəricisidir.
Təbii ki, şəhər sakinlərini ərzaq təminatı, onların kənd təsərrüfatı məhsullarına olan tələbatını da yüksək səviyyədə təmin etmək üçün həm rayon rəhbərliyi, həm də onun şəhər nümayəndəliyi müvafiq addımlar atmışdı. Bu məqsədlə Ağcabədi şəhərində kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası təşkil olunmuşdur. Geniş bir ərazini əhatə edən yarmarkaya kifayət qədər şəhər sakini cəlb olunmuşdu. Həmin gün Ağcabədidə təşkil olunmuş yarmarkada səhər saat 8-dən 14-ə kimi kiloqramı 4 manata olan mal əti, 5 manata olan qoyun əti, üst-üstə 5 ton 150 kiloqram ət satıldı. Həmçinin 50 kiloqramı kisəsi 21 manatı, 10 kiloqramlıq kisəsi 4 manat 50 qəpiyə olan 50 ton un da həmin gün yarmarkada satılmaqla ehtiyacı olanların tələbatını ödədi.
Ümumiyyətlə, bu yarmarkada 1 ədədi 10 qəpiyə olmaqla 20 min ədəd yumurta, kiloqramı 60 qəpikdən olmaqla 10 ton kartof, kiloqramı 20 qəpikdən olmaqla 15 ton taxıl məhsulu da realizə edildi. Yarmarkaya məhsullarını çıxarmış "Atena" süd emalı zavodu isə məhsullarına 50 faiz endirim etməklə 350 kiloqram yağ, 2 ton süd məhsulunu alıcıların ixtiyarına verdi. Təbii ki, bu qədər bolluğun içərisində meyvə, tərəvəz məhsullarının xüsusi yeri var idi. 50 tondan arıtq meyvə-tərəvəzin dəyərindən 25 faiz aşağı qiymətə satılması da ağcabədililərin ürəyincə oldu.
(ardı var)
Əbülfət
MƏDƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2016.-3 fevral.-S.3.