Ulduz” jurnalının yeni nömrəsindəkilər...

 

"Təhsil” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin "Ulduz” jurnalının 2016-cı il üçün birinci nömrəsi işıq üzü görüb.

Adalet.az xəbər verir ki, bu nömrənin ilk səhifəsi tanınmış alim, filologiya elmləri doktoru Şirindil Alışanlının "Qulu Ağsəsə məktub” adlı ekspert yazısı ilə açılır.

Jurnalın "Şeir vaxtı” bölməsində şairlər – Emin Akif, Elşad Barat, Vüqar Əlisoy, gənc türk şairi Cumali Karabülbülün və başqalarının şeirləri yer alıb.

"Nəsr” bölməsində Ceyhun Musaoğlunun "Ekranın oğurladığı arvad”, Hicran Hüseynovanın "Təbiətdən başlanan memarlıq”, Rübabə Sahibin "Güclüaşkar esseistika” və digər hekayələr dərc olunub.

Jurnalın "Debüt” rubrikasında gənc qələm sahibi Nurlan Səlimin "Cinayətkar "qonaqlar hekayəsi verilib.

"Tərcümə saatı” bölməsində Əyyub Qiyasın tərcüməsində tanınmış Peru yazıçısı, Nobel mükafatı laureatı Mario Varqas Losanın "Kiçik qardaş” hekayəsi dərc olunub.

Budəfəki nömrədə ənənəvi olaraq "Hücrə” rubrikasında Qəşəm Nəcəfzadənin bölgədə yaşayan gənc şair Mücirəddin Mübarizoğlunun şeirləri haqqında "Gözü yaşlı qoşmalarım var mənim” sərlövhəli yazısı yer alıb.

Nəşrin "Tribuna” rubrikasında görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vaqif Yusiflinin "Yatanda ürəyini açıq qoy...” yazısı təqdim olunub.

 

Jurnalın redaktoru Əməkdar Jurnalist Qulu Ağsəsdir.

Ədalət.-2016.-3 fevral.-S.4.