AĞCABƏDİ
ŞƏHƏRİNİN BU GÜNÜ
REGİON
(əvvəli
ötən saylarımızda)
Regionun inkişaf
etmiş və artıq öz simasını köklü
şəkildə dəyişmiş
mərkəzlərindən birinə çevrilən Ağcabədi şəhəri
təhsildə, səhiyyədə,
mədəni-kütləvi tədbirlərin keçirilməsində
qazandığı uğurlara
görə də bu gün haqlı
olaraq seçilir və diqqət mərkəzində öz
yerini qoruyub saxlayır. Bu mənada
elə yeri gəlmişkən, onu da xatırlatmaq lazımdır ki, Ağcabədidə səhiyyəyə
də xüsusi diqqət göstərilir.
Təbii
ki, bu da
insan faktoruna olan diqqətin göstəricisidir. Həmin
diqqətin çalarlarını
gözdən keçirəndə
məlum olur ki, bu gün
Ağcabədidə mərkəzi
xəstəxanası və
poliklinika fəaliyyət
göstərir ki, buraya da təkcə
şəhər əhalisi
deyil, həmçinin
rayonun kəndlərinin,
həmçinin yaxın
ətrafın insanları
da böyük ümidlə üz tuturlar. Bu xəstəxana
və poliklinikada təcrübəli həkimlər
insanlara şəfa bağışlayır, onların
müalicəsi ilə
ən müasir tibbi avadanlıqlardan istifadə etməklə məşğul olurlar.
Faktiki olaraq bu gün Ağcabədidə
çalışan həkimlər
peşəkarlığı, onların öz biliklərini artırmaq istəkləri göstərilən
xidmətin nəticəsində
özünü büruzə
verir. Bax, bu mənada
rayon ərazisində məskunlaşmış
- rayon əhalisi onlarla
birlikdə artıq Ağcabədi sakininə çevrilmiş - məcburi
köçkün soydaşlarımıza
öz isti qucaqlarını açmaqla
bahəm, həm də onların təhsil, səhiyyə, mədəniyyət sahəsində
olan tələbatlarının
da aradan qaldırılmasında qayğılarını
əsirgəmirlər.
Birmənalı şəkildə qeyd etmək olar ki, bu gün
Ağcabədidə yaradılan
tibbi şəraitin imkanları hesabına müxtəlif xəstəliklərin
qarşısınıın alınması istiqamətində
köklü işlər
görülübdü. Faktiki olaraq ötən il demək
olar ki, şəhərdə bir nəfər də olsun ana ölümü
qeydə alınmamış,
uşaq ölümü
isə öncəki illərlə müqayisədə
xeyli azalmışdı.
Bunun da əsas səbəbi
təbii ki, məsuliyyət və nəzarət prinsipinin güclü olmasıdır.
Ağcabədi şəhərinə həm də artıq rayonun hüdudlarından kənardan
da xəstələrin
müayinəyə üz
tutması, müalicəyə
maraq göstərməsi
halları xeyli artıbdır. Bunun da əsas səbəbləri
təbii ki, həm tibbi personalın, həm də bu personalın
istifadə etdiyi tibbi avadanlıqların kəmiyyət və keyfiyyətinin yüksəlməsidir.
Yəni həkimlər öz üzərlərində çalışıb
tibbi nailiyyətləri
mənimsəməklə bahəm,
həm də müasir tibbi avadanlıqlardan peşəkarlıqla
istifadə etməyi də mənimsəyirlər.
Elə buradaca onu da
xatırladaq ki, rayonda xəstəxanaların
təmir tikintisi işləri də müvəffəqiyyətlə aparılır.
İnsanların sağlamlığının əsas
şərtlərindən biri
də onların istirahətlərini düzgün
təşkil etmələridi. Bunun üçün
şəhərdə yaradılan
şərait doğrudan-doğruya
ürəkaçandı. Çünki şəhər mərkəzində
salınmış parklar,
meydanlar və bu guşələrdə qurulmuş texniki avadanlıqlar, yaradılmış
şərait oraya üz tutanlara xoş anlar bəxş edir. Üstəlik rayon Mədəniyyət və Turizm Şöbəsi öz daxili potensialı hesabına müxtəlif tədbirlər təşkil
edir. Həmin əyləncəli, düşündürücü kütləvi tədbirlər
də təbii ki, insanlara xoş
ovqat yaşadır.
Burada onu da yada salmaq
gərəkdir ki, rayonda kitabxanaların, onların filiallarının
fəaliyyət göstərməsi,
klub və mədəniyyət evinin,
musiqi məktəblərinin,
tarixi-diyarşünaslıq muzeyinin, həmçinin Heydər Əliyev Mərkəzinin, Həmidə
xanım Məmmədquluzadənin
ev muzeyinin, eləcə də rəsm qalereyasının,
Üzeyir Hacıbəyov
adına Qarabağ Muğam Mərkəzinin öz qaplarını sakinlərin üzünə
açması rayondakı
mədəni həyatın
müxtəlif məqamlarından
xəbər verir. Ümumiyyətlə rayon mərkəzində və onun kəndlərində
fəaliyyət göstərən
klubların, kitabxanaların
və digər mədəniyyət mərkəzlərinin
planauyğun şəkildə
insanları öz ətrafında birləşdirməsi
Ağcabədi şəhərində
həyata keçirilən
həmin o böyük
və uğurlu işlərin sırasından
xəbər verir.
Məhz bu uğurlu inkişafı özünün
rayona hər səfərində qeyd edən Azərbaycan prezidenti cənab İlham Əliyev bildirmişdi ki, "Azərbaycanın bugünkü
inkişafı, Azərbaycandakı
bugünkü həyat
səviyyəsi bizim gördüyümüz böyük
işlərdən xəbər
verir. Biz hamımız birlikdə Azərbaycanı daha da gözəlləşdirmək
və Azərbaycan insanının bütün
problemlərini çözmək
üçün əlbir
olmalıyıq. Məhz bizim
birliyimiz digər problemlərimizin də tezliklə aradan qaldırılmasına öz
töhfəsini verəcək".
Həqiqətən də bu gün Ağcabədi şəhərində gerçəkləşdirilən
işlər arasında
sakinlərin qaz, su, elektrik enerjisinə
tələbatı da həm rayon rəhbərliyinin,
yəni icra hakimiyyətinin başçısı
Şahin Məmmədovun
və onun komandasının, həm də şəhər rəhbərliyinin xüsusi
diqqət yetirdiyi məsələlərdən biridi.
Əgər faktlara müraciət etsək, onda görərik ki, ötən il Ağcabədi
şəhərində əhalinin
qaz təminatını
daha da yaxşılaşdırmaq
üçün "Azərqaz"
İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin
Ağcabədi xidmət
sahəsi şəhərin
təqribən 8200 abonentinə
xidmət göstərmişdi.
Bu da təkcə
görülən işin
bir hissəsidi. Çünki həmin xidmət
sahəsi əhali ilə yanaşı, həm də qeyri-əhali abonentlərinə
də xidmət etmişdi ki, bu da şəhərin
sosial məişət
obyektləridi. Yəni məktəblər,
mehmanxana, xəstəxana
və sairə bu sıraya daxildi. Göründüyü
kimi, şəhər əhalisinin qaza olan ehtiyacını tam şəkildə ödəmək
və yaxud da bunu xeyli
yaxşılaşdırmaq o qədər də asan iş olmasa
da, rayon rəhbərliyinin
müdaxiləsi və
konkret nəzarəti altında müəyyən
uğurlara imza atılıbdı və həmin uğurlar sırasına qaz təchizatını daha da yaxşılaşdırmaq
məqsədi ilə şəhərin küçə
və prospektlərində
aparılan işləri
xüsusi qeyd etmək olar. Təbii ki, həmin işlərin əsas mahiyyəti də boruların çəkilməsi,
köhnələrin yeniləri
ilə əvəz edilməsi, sayğacların
qurulması nəzərdə
tutulur.
(ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2016.-4 fevral.-S.3.