Aydın Hüseynov:
" Appelyasiya Şuralarının
yaradılmasını müsbət addım kimi
dəyərləndirirəm"
Millət vəkili Aydın Hüseyovun Adalet.az-a müsahibəsi
-Aydın müəllim, bugün neftin qiyməti durmadan azalmaqda davam edir. Avropalı ekspertlər isə
bu qiymətin 10 dollara qədər enəcəyini proqnozlaşdırır.
Neftin qiymətində yaranan
problem nə zamana kimi davam edəcək?
-Neftin qiymətinin aşağı düşməsinin
geosiyasi və iqtisadi səbəbləri
var. Geosiyasi səbəblər
odur ki, Suriya probleminin bugün də açıq qalıb. Eyni zamanda ölkələr arasında olan soyuq münasibət neftin qiymətinin aşağı düşməsinə
gətirib çıxarıb.
Burda
terror təşkilatlarının rolunu da nəzərdən
qaçırmaq lazım
deyil. Düzdü
heç kim
istəməz ki,
terror təşkilatı ilə
əməkdaşlıq etsin,
ondan neft alsın. Ancaq bütün bunlar
ümumilikdə bazar münasibətlərinə təsir
göstərir. Ciddi rəqabət
yaradır. Mən onu
deyə bilərəm
ki, bu qiymətin
10 dollara qədər düşəcəyi inandırıcı
görünmür. Hazırda dünya
iqtisadiyyatında böhran
yaşansa da Çin, eləcədə
Avropa ölkələrinin
2016-cı ilin ilk aylarındakı
göstəricilər müsbət
saldo ilə yadda qaldı. Bu baxımdan neftin
qiymətində hazırda
cüzi də olsa artımlar müşahidə olunur.
Güman
ki, bu artımlar
yaxın zamanlarda özünü daha yaxşı şəkildə
bürizə verəcək.
-Yeri gəlmişkən dövlət büdcəsində
neftin qiymətinin 25 dollardan götürülməsi
təklif olunur.
-Düşünürəm ki,
dövlət büdcəsində
neftin qiymətinin 25
dollar götürülməsi indiki halda ən
düşünülmüş addımdır. Belə olan halda nəzərdə tutulan sosial layihələr həyata keçiriləcək,
eyni zamanda sosial, hərbi xərclər və büdcədən maliyyələşən
təşkilatların işində
bir çətinlik yaranmayacaq.
-Azərbaycan yeni bir dövrə qədəm qoyur. Post-neft adlandırılan bu dövrlə bağlı müxtəlif
təkliflər var. Bir
millət vəkili kimi sizin də
təkliflərinizi dinləmək
istərdik..
-Post-neft dövrünə keçid əslində yeni bir hadisə
deyil. Yəni, cənab prezident
İlham Əliyev tərəfindən aparılan
uğurlu siyasət bir başa buna
hesablanıb. Qeyri neft
sektorunun, kənd təsərüfatının inkişafı,
eyni zamanda təcrübəli kadrların
yetişdirilməsi üçün
atılan addımalr
post-neft dövrünün
əsas prioritetləridir.
Bizdə
bu istiqamətdə artıb binövrə var.
İndiki məqamda bu binövrəni necə inkişaf etdirməyi düşünməliyik.
Artıq
bu istiqamətdə də ciddi addımlar
atılır. Cənab prezidetin
sərəncamı ilə
iqtisadi sahəni əhatə edən bir sıra hüquqi-normativ
aktlar imzalanıb, sahibkarlığın inkişafı
üçün ciddi
addımlar atılır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan bu böhrandan daha az zərərlə çıxan
ölkələrdən olacaq.
Bu sözləri deyərkən bəziləri
bizi qınaya bilər. Ancaq inanın səmimiyyətimə
bu belədir. Baxın bugün dünyadanın əksər ölkələrində
aksiyalar keçirilir.
İşsizlik, sosial problemlər
o qədər aktual hal alıb ki,
artıq vətəndaşlar
bu kimi hadisələrə
küçələrə çıxmaqla etiraz edirlər. Götürək
Ermənistanı. Martın 1-nə erməni ümxalifəti geniş mitinq təşkil edib və bu mitinqə
kifayyət qədər
isnanın gələcəyi
gözlənilir. Azərbaycanda isə bu baxımdan
sakitçilikdir. Problemlər var. Bu problemlərin həlli istiqamətində də davamlı addımlar atılır. Böhran
baş verdi.
Azərbaycanda isə demək
olar ki, bütün sahələrdə
işləyən işçilərin
əmək haqqları
artırıldı, sosial
müavinətlər, pensiyalar
artırıldı. Bütün bunlar
onu deməyə əsas verir ki, yürüdülən
siyasət bir başa vətəndaşların
sosial rifah halının yüksəldilməsinə
yönəlilib. Cənab prezidentin
Nazirlər Kabinetinin
son iclasında, səsləndirdiyi
fikirlər, qarşıya
qoyduğu tapşırıqlar
ölkəmizin davamlı
inkişafını təmin
edir.
-Aydın müəllim, Appelyasiya Şuraları yaradılır.
Bununla bağlı nə deyə bilərsiniz?
-Bu Şuraların yaradılması
indiki məqam üçün olduqca vacib amillərdən biridir. Çünki, Appelyasiya Şuraları
həm mövcud problemlərin dərhal həll olunması, əsas hədəf olan vətəndaşların
hüquqlarının pozulmasının
qarşısını alacaq,
eyni zamanda belə bir Şuraların
yaradılması vətəndaş-məmur
münasibətlərinə öz müsbət təsiri verəcək.
Bu Şuralarda təmsil olunanlar daim vətəndaşlarla
təmasda olacaq, onların problemini öyrənəcək, eynilə
problemi olan vətəndaşlar bu Şuralara müraciət edə biləcəklər.
Beləliklə ümumi
iş daha səmərəli olacaq.
Bu baxımdan Appelyasiya
Şuraların yaradılmasını
müsbət addım
kimi dəyərləndirirəm.
-Milli Məclisin yeni tərkibində yer almısınız. Buna qədər dövrdə isə müxtəlif dövlət
qurumlarında çalışmısınız.
Bilmək istərdik ki,sizin üçün
millət vəkili olmaq necə bir hissdir?
-Bildiyiniz kimi mən Yeni Azərbaycan
Partiyasının namizədi
kimi seçkilərə
qatıldım. namizədliyim 11 saylı
Qaradağ Seçki Komissiyasından irəli sürülmüşdü. Şükürlər olsun ki, Qaradağ
rayonun sakinləri Yeni Azərbaycan Partiyasına səs verdilər və bu partiyanın namizədi kimi mən millət vəkili oldum. Millət vəkilliyinə gəlincə
onu demək istərdim ki, bu hisslər çox ülvi hisslərdir. Eyni zamada
çox məsuliyyətlidir.
Hər bir seçicini qəbul eləmək, onun problemi ilə maraqlanmaq və o problemləri həll eləmək... İnanın Qaradağ rayonunda
demək olar ki, hər gün
seçicilərimlə görüşürəm.
Onların problemləri ilə
maraqlanıram. Aydiyyatı qurumlara
müraciətlərimiz olur.
Yəni,
bu bir millət
vəkili kimi mənim işim olsa da eyni
zamanda vətəndaşlıq
borcumdur.
-Yeni Azərbaycan Partiyasının
Qaradağ rayonunda təşkilatlanmasında sizində
rolunuz az
olmayıb. Ümumilkdə Qaradağ sakinləri
YAP-ın yürütdüyü
siyasəti nə dərəcədə dəstəkləyir?
-Qaradağda partiyamızın
yürütdüyü siyasətin
təbliği istiqamətində
sistemli iş aparılır. İşlək bir komandamız
var. Gənclərlə, yaşlı
insanlarla o cümlədən
cəmiyyətin bütün
təbəqələri ilə
mütəmadi olaraq görüşlər keçiririk.
Demokratik
cəmiyyətlərdə hər
kəsin yekdilliklə
bir partiyanı dəstəkləməsi mümkün
deyil. Ancaq mən deyərdim
ki, Qaradağda böyük əksəriyət
YAP-ın siyasətini
dəstəkləyir. Bu
özünü partiyaya
yeni-yeni simaların gəlişində də göstərir. Son zamanlarda da bu
istiqamətdə müraciətlər
çoxluq təşkil
edir.
-Bakıda Türkiyə-Azərbaycan
Yüksək Səviyyəli
Strateji Əməkdaşlıq
Şurasının toplantısının
keçiriləcəyi bir
vaxtda Türkiyədə
terror hadisələri törədildi. Siz necə
düşünürsünüz. Azərbaycanla-Türkiyə birliyindən narahat
olan qüvvələr
varmı?
-Əlbətdə var. Bu gün həm Azərbaycan həm də Türkiyə regionda söz sahibi olan ölkələrdir. Azərbaycan Avropanın
neft və mavi yanacağa olan tələbatının
ödənilməsində mühüm
rol tutur. Eyni zamanda ölkəmiz bölgədə sülhün
qarantıdır. Eynilə Türkiyəni
götürək. Trükiyə də istəyir ki, regionda olan
münaqişələr tez
bir zamanda həll olunsun. Suriya məsələsində atəşkəs
əldə olunsun.
Bunun müqabilində Azərbaycan
və Türkiyənin
birliyini istəməyən
qüvvələr var. Onlar
düşünür ki,
bu iki ölkə
sıx olan münasibətlərini daha
da dərinləşdirsə
bu onların sonu olacaq. Fürsətdən istifadə edib
Türkiyədə baş
verən terro hadisəsi zamanı həlan olanların yaxınlarına, Türkiyə
hökumətinin rəhbərliyinə,
Türk Böyük Millət Məclisində olan həmkərlarıma başsağlığı verirəm.
Ədil
Ədilzadə
ədalət.-2016.-19 fevral.-S.2.