ƏDƏBİ
HƏYAT
XƏTİB
TƏBRİZİDƏN M. F. AXUNDZADƏYƏ QƏDƏR
Görkəmli tənqidçi-ədəbiyyatşünas,
akademik Kamal Talıbzadə yazırdı
ki: "Orta əsrlərdə Azərbaycan
ədəbi fikri üç istiqamətdə
inkişaf etmişdir.
Birinci istiqamətə
Xətib Təbrizinin,
Yusif Xoylunun, Nəsrəddin Tusinin, Əssar Təbrizinin, Şərəfəddin Həsən
Rami Təbrizinin, Vəhid Təbrizinin, Məhəmməd Rəfi
Dost Məhəmməd oğlunun,
Mirzə Əbutalib Təbrizinin poetika kitabları, estetik risalələri, ayrı-ayrı
bədii əsərlərə
yazılmış şərhləri
daxildir. gOrta
əsr Azərbaycan ədəbi fikrinin ikinci əsas mənbəyi təzkirələrdir.
Üçüncü əsas mənbə
isə böyük söz ustalarının bədii əsərləridir".
Kamal müəllimin
bu fikri təxminən yeddi-səkkiz
əsrlik bir dövrün ədəbi-estetik
mənzərəsini əks
etdirir və fikrimizcə, ilk professional tənqidçimiz
M.F.Axundzadəyə qədər
ədəbi tənqidimizin
keçdiyi yolu düzgün müəyyənləşdirir.
Orta əsrlərdə
ədəbi tənqidin
Xətib Təbrizi tərəfindən müəyyənləşdirilən
şərhçilik yolu
bir neçə əsr davam elədi. Görünür, bu yol - tənqidin bu janrına müraciət səbəbsiz deyildi.
Ədəbiyyat dedikdə orta
əsrlərdə əsasən
poeziya nəzərdə
tutulur və meydana çıxan, əlyazması halında yayılan poetik mətnlərə münasibət
də bu mənada təbii idi. Bədii təfəkkür elmi təfəkkürü
də formalaşdırırdı.
Ancaq şərhçilik sənətinin
özü də əsrlər keçdikcə
daxilən, məzmunca
yeni çalarlarla zənginləşirdi.
Yusif ibn Tahir Xoylu Xətib
Təbrizi məktəbinin
ən irəlici davamçılarından biri
olmuş və "Tənvir" ("Aydınlaşdırma")
əsəri ilə şərhçilik yolunda
yeni bir addım atmışdı. Bu əsər Əbül Üla Məərrinin
"Siqt-əz zənd"
əsərinin şərhinə
həsr olunmuşdu.
Xatırladaq ki, Xətib
Təbrizi də bu əsəri şərh edən bir kitab yazmışdı.
Ancaq tədqiqatçıların qeyd
etdiyinə görə
bu iki əsər
eyni mövzuya həsr olunsa da, fərqlidirlər.
Yusif Xoylu universal bir alim idi, o, fəlsəfə,
təbabət, həndəsə,
astronomiya, psixologiya elmlərini də mükəmməl bilirdi və "Tənvir" əsərində də yeri gəldikcə bu elmlər üzrə biliklərini nümayiş etdirirdi.
Xətib Təbrizi kimi Yusif Xoylu da
təkcə şeirlərdəki
ayrı-ayrı beytlərin
mənalarını izah
etməklə kifayətlənmirdi,
Əbül Ülanın
şairlik məharətini
bununla məhdudlaşdırmırdı,
yeri gəldikcə, poeziya xüsusunda nəzəri fikirlərini
ifadə edirdi. Özü də
X.Təbrizidən fərqli
olaraq, şeirdə
forma məsələlərinə də xüsusi diqqət yetirirdi. Onun belə bir kəlamı ondan söz açan mənbələrdə
və müasir tədqiqatlarda tez-tez təkrar olunur: "Mənalar sözlərin, sözlər isə mənanın bəzəyidir".Yusif
Xoylunun XII əsrdə
şeir haqqında söylədiyi bu fikirlər isə bu gün də
müasir səslənir:
"Bəli, şeir incəsənətdir... Hər bir
şairin şeirdə
izlədiyi özünəməxsus
məqsədi, onun özünü razı salan üslubu, səpkisi vardır.
Kim onun mənalarına
dərindən baş
vurursa, onun dənizində ən yaxşı damlaları axtarırsa, mənanı sözlərlə layiqincə
bəzəyirsə, kim zəhmətə qatlaşaraq öz nəzmini inci kimi düzməyə səy göstərirsə,
onun sözləri mirvari tək düzülərək möhkəm
intizama tabe olur. Deməli, o, iki cəhəti
əhatə edərək,
iki istiqaməti, yəni məna gözəlliyi ilə
forma kamilliyini birləşdirir".
Xətib Təbrizi məktəbinin
daha iki nümayəndəsi-Eyn əl-Quzat,
Şərəfəddin Rami
də orta əsrlər ədəbi-estetik
fikrinin inkişafında
mühüm rol oynamışlar. Bu iki
alim öz əsərlərində poetika
məsələlərinə daha çox diqqət yetirmişlər.
Eyn əl-Quzat filosof idi və fəlsəfi
tədqiqatlarında ədəbiyyat,
xüsusilə tənqid
haqqında maraqlı fikirlər söyləmişdir.
Onun fikrincə, tənqidçi
mümkün qədər
obyektiv olmalıdır,
əsərlərə qiymət
verərkən qərəzsiz
olmalıdır, həqiqət
duyğusunu itirməməlidir.
Şərəfəddin Rami
isə "Ənisül-üşşaq"
("Aşiqlərin dostu")
əsərində bədii
təsvir vasitələrinin
şeirdə rolu və missiyasından söz açır.Burada böyük Azərbaycan alimi Nəsrəddin Tusinin "Meyarül-əşar"
və "Əsasül-iqtibas"
əsərlərini də
unutmaq olmaz.Əsasən
poetika məsələlərinə
həsr olunan bu əsərlər şeirşünaslığın müxtəlif məsələlərini
əhatə edir(Əruz və qafiyə, şeirdə sözlərin işlənmə
şaydası və
s.). Tədqiqatçı Yaqub
Babayev Nəsirəddin
Tusinin ədəbi-nəzəri
görüşlərini şərh
edərək yazır:
"Filologiya elmimizdə
əruz və qafiyəşünaslıq tarixində
onun "Meyarül-əşar"
traktatının xüsusi
dəyəri vardır.
Əsərdə "rükn" istilahı və onun mahiyyəti geniş şərh edilir. Daha sonra şeirdə
dairələr və onların vəzifələrindən
söhbət gedir.
Həmçinin zihafların izahına
xeyli yer verilir. Risalədə qafiyə və
onun nəzəri məsələlərinin şərhi
də ayrıca bir bölmə təşkil edir".
Bu faktın özü
bir daha sübut edir ki, orta əsrlərdə
poetika məsələləri
xüsusi önəm kəsb edirdi və bu məsələlər
qayət ədəbi-tənqidi
fikrin formalaşmasında
mühüm rol oynayırdı, çünki
bu əsərlərdə
müəlliflər şeirin
həm nəzəri, həm də praktiki məsələlərinə
baş vururdular. Şeirtn
mənşəyi, onun
poetik qanunları, vəzni, ölçüsü,
bədii təsvir vasitələri və s. məsələlərlə yanaşı,
şairin sənətkarlıq
məziyyətləri, onun
şeir mədəniyyəti
yaxud zəif və qüsurlu cəhətləri bir vəhdət halında tədqiq olunurdu.
Ədəbiyyatşünaslıq lüğətlərində (konkret olaraq Əziz Mirəhmədovun "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ni əsas götürək) "Təzkirə orta əsrlərdə çox yayılmış elmi-ədəbi əsər kimi səciyyələndirilir. Təzkirələrdə görkəmli ədəbi şəxsiyyətlər, hadisələr, ayrı-ayrı əsərlər haqqında məlumatlar verilir, həmin əsərlərdən nümunələr təqdim edilir. Təzkirələrdə üstünlük daha çox bioqrafik məsələlərə yönəldilir. Ədəbiyyat tarixinin öyrənilməsində təzkirələrsiz keçinmək olmur. Türkdilli xalqlar içərisində "Məcalisün-nəfais" adlı ilk təzkirəni böyük özbək şairi Əlişir Nəvai yazmışdır".
Əlbəttə, şərhçilik və poetika kitablarından, risalələrdən fərqli olaraq təzkirələrdə elmi-tənqidi mətn azlıq təşkil edir, əsas diqqət məlumat və tanıtmaya verilir. Amma bunun özü də ədəbi tənqidin ədəbiyyat tarixçiliyi ilə yaxın olduğunu sübut edir. Qeyd edək ki, təzkirələr öz yayımına görə şərh kitablarından, risalələrdən üstünlük təşkil edib. Qiymətli mənbə olmaq etibarilə təzkirələr daha çox məşhur idi. Məsələn, orta əsrlər ədəbiyyatını tədqiq edən bir alim M.Füzuli haqqında ən doğru bilgini təzkirələrdən ala bilər. Qəstəmonili Lətifinin, Əhdi Bağdadinin, Lətifinin, Sam Mirznin, Mirzə Tahir Nəsrəbadinin, Sadiq ğəy Sadiqinin, Aşiq Çələbinin, Həsən Çələbinin, daha sonra Lütfəli bəy Azərin, Seyid Əzim Şirvannin, Mir Möhsün Nəvvabın, Məftunun, Sadıq bəy Əfşarın, Məhəmməd ağa Müctəhidzadənin, Məhəmmədəli Tərbiyətin təzkirələri orta əsrlər ədəbiyyatının öyrənilməsində, tədqiq olunmasında əvəzsiz tədqiqat əsərləridir. (Adlarını çəkdiyimiz bu müəlliflərdən XVIII əsrdə yaşamış Məftun (Əbdürrəzzaqbəy Dünbülü) heç bir tədqiqatda təzkirəçi kimi qeyd olunmamışdır. Halbuki, onun "Hədaiqül-cinan" ("Behişt bağları"), "Hədiqə" ("Bağ"), "Rövzətül-adab və cənnətül-əlbab" ("Ədəbiyyat bağı və həqiqətlər behişti") kimi təzkirələri var və bu əsərlər fars və ərəb şairləri haqqında söz açır).
Bu əsərlərdə təqdim olunan məlumatlar çox zaman obrazlı şəkildə ifadə olunurdu və bu da orta əsr təhkiyəeyi-kəlamından irəli gəlirdi. Məsələn, Həsən Çələbi Xınalızadənin təzkirəsində M.Füzuli belə səciyyələndirilir: "Nəvai tərzinə yaxın yeni bir üslubu və qəribə bir yolu vardır. Həqiqətən, üslubunda yeganə və yolunda tək olan bir bəlağət şüarlı şair və fəsahət məqamlı nazimdir ki, mükəmməllik yaradan dil qılıncı ilə gözəl nitq minbərlərinin yüksək pillələrinin xətibi və aləmi kamilləşdirən qələminin ucu ilə halal sehr gəlinlərinin örtüklərini açandır... şeirləri mükəmməl, dolğun, incə və rəngarəng olan, hər sahədə qüdrəti olan məşhur bir şairdir". Təzkirələrin əksəriyyətində bu cür obrazlı, təmtəraqlı cümlələrlə rastlaşırıq.
Təzkirələr indiki ensiklopediyaların sələfləridir. Demək olar ki, təzkirələrin quruluşu, məlumatların düzülüşü, ən mötəbər ilkin mənbələrə və misallara istinad təzkirələrdə bir sistemlilik halındadır. Təzkirə müəlliflərinin nə dərəcədə məlumatlı olması, Şərq və Azərbaycan ədəbiyyatına bələdliyi də mühüm amildir. Məsələn, Sadiq bəy Sadiqinin təzkirəsində 480, Sam Mirzədə 664, Seyid Əzim Şirvanidə 270, Lütfəli bəy Azərdə 842, Məmmədəli Tərbiyətdə isə 1000-dən çox şair və ədib haqqında məlumatla qarşılaşırıq. Təzkirə müəllifləri ensiklopedik biliyə malik şəxsiyyətlər olmuşlar. Məsələn, "Təzkireyi-Nəvvab" əsərinin müəllifi Mir Möhsün Nəvvab dövrünün tanınmış şairi olmaqla yanaşı rəssamlıq, xəttatlıq və kitab tərtibatı sahəsində qızbın fəaliyyət göstərmişdir. Nəvvabın Azərbaycan klassik musiqisiylə bağlı "Dər elmi musiqi vüzuh ül-ərqam" əsəri musiqinin mənşəyi, estetikası, ifaçılıq problemləri, onun şəfavericilik xüsusiyyətləri barədə qiymətli bir mənbədir. Yaxud Məhəmmədəli Tərbiyət-Təbrizdə açılan Avropa tipli dərmanxananın yaradıcısı olmuş, orada yeni üsulla idarə olunan ilk kitabxananın əsasını qoymuşdur. Müasirlərinin yazdığına görə M.Tərbiyət bir neçə xarici dil bilirdi, nücum və coğrafiya elmlərini tədris edirdi, ictimai baxışlarına görə maarifçi-demokrat idi. Onun klassik Şərq musiqisinin tarixi ilə bağlı "Musiqi və musiqişünaslar" əsəri də var.
Təzkirə müəlliflərinin əksəriyyəti şair idi və bunun özü də çox maraqlıdır. Sam Mirzədən (I Şah İsmayılın oğlu) tutmuş S.Əzimə, Nəvvaba, M.Tərbiyətə qədər bütün təzkirələr ədəbiyyata şeirlə gəlmiş, ömürlərinin müdrik çağlarında isə bir ədəbiyyatşünas kimi də tanınmışlar.
Heç şübhəsiz, ədəbiyyat tarixini tədqiq edərkən təzkirələr ən qiymətli ilkin mənbələrdir, amma gəlin etiraf edək ki, təzkirələrdə adları çəkilən, haqqında az və ya çox məlumatla qarşılaşdığımız şairlərin heç də hamısı ədəbiyyat tarixinə düşməyib.
Heç şübhəsiz, təzkirələr ədəbiyyat tarixçilərinin müraciət etdiyi ilk mənbələrdir, amma orta əsrlərdə tənqid və ədəbiyyatşünaslığın, ədəbi-estetik fikrin inkişafını izləmək baxımından onların rolu əvəzsizdir. Təzkirə müəllifləri (bunların sırasında Lütfəli bəy Azəri və M.Tərbiyəti xüsusi qeyd etmək lazımdır) öz əsərlərində təkcə məlumat verməklə, şairləri tanıtmaqla kifayətlənməmiş, onların yaradıcılığına münasibətini də gizlətməmişlər. Məsələn, M.Tərbiyətin M.F.Axundzadənin yaradıcılığına münasibəti, onu Azərbaycan ədəbiyyatının yeni mərhələsinin banisi kimi təqdim etməsi və əsərlərinin hər birindən söz açması buna misal ola bilər.
Azərbaycan ədəbiyyatının XIII-XVIII əsrlər dövrünü səciyyələndirən akademik Kamal Talıbzadə ədəbi fikrin ifadə vasitəsi kimi üç janrın-poetika, risalə və traktatların təzkirə və bədii əsərlərlə yanaşı, birinin digərinə təsir göstərək inkişaf etdiyini də xüsusi vurğulayır və qeyd edir ki, bu vəziyyət orta əsrlərin həmin mərhələsində müzakirə olunan ədəbi problemlərin xarakterini, mövzularını və istiqamətini də müəyyənləşdirir, belə çoxcəhətlilik eyni zamanda dövrün ədəbi fikrinin hərtərəfli, daha ümumi cəhətlərilə, tam halda ifadəsinə imkan yaradır.
Belə bir sual da meydana çıxır: orta əsrlərin poetika kitablarında, təzkirələrdə "Tənqid" termini işlənmişmi? Yenə də Kamal müəllimə müraciət edək və ustadımızın "Azərbaycan ədəbi tənqidinin tarixi" (Bakı, 1984) monoqrafiyasında sualımızın cavabını tapaq. Kamal müəllim yazır ki":Orta əsr mənbələrində "tənqid" termini müqabilində "qiymətləndirmək", "fərqləndirmək", "seçmək" mənalarına uyğun gələn "nəqd" (bəzən elmi-nəqd") termini işlənmişdir. XV əsrin filoloqu Hüseyn Vaiz Kaşifi "nəqd" sözünün elmi termin kimi daşıdığı məna haqqında belə deyir: "nəqd"in lüğəti mənası "seçməkdir", xalis qızılı qəlp qızıldan ayırmaq deməkdir. Ancaq termin kimi o, xüsusi bir elm sahəsini təmsil edir, elə bir elm ki, yaxşı şeirlə pis şeiri bir-birindən ayırmaqla məşğul olur. Bu elmi ona görə "nəqd" adlandırmışlar ki, necə ki, sikkədar (nəqqad) bir yığın qəlp qızılın içərisindən xalisini ayıra bilir, eləcə də bu elmə sahib olan şəxs özünün parlaq istedadı hesabına təmiz və nöqsansız sözü nöqsanlı sözlərin içərisindən seçir".
Bu da müasirliyini hifz edən klassik tərif...
Ədalət.-
2016.- 2 iyul.- S.15.