YÜZ İLİN "ÖLÜLƏR"İ

 

"1916-cı ilin ən böyük teatr hadisəsi "Ölülər" idi. Bu tamaşa yalnız teatr aləmində deyil, bütün ideoloji mübarizə sahəsində böyük əhəmiyyət kəsb etdi.

... 1916-cı il aprelin 29-da oynanılan "Ölülər" Azərbaycan teatrı səhnəsində mövhumat və cəhalət, yalanzülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək, görünməmiş müvəffəqiyyət qazandı. Tamaşaçılar əsəri böyük rəğbətlə qarşıladılar.Hələ heç bir əsər salonda bu qədər həyəcan doğurmamış, belə ruh yüksəkliyilə qarşılanmamışdı.

...Ərəblinskinin rejissorluğu, müəllifin yaxından köməyi və baş rolları oynayan M.A. Əliyevin (İsgəndər), "Molla Nəsrəddin" jurnalının əməkdaşı şair Qəmküsarın (Şeyx Nəsrullah) səyi ilə yaranan "Ölülər" tamaşasının üstünlüyü ondadır ki, bu tamaşa köhnə dünyanın çürüməkdə olduğunu göstərməklə bərabər, tamaşaçıda köhnəliyə, mövhumata, cəhalətə nifrət hissi yaradır, şüurunu oyadır və onu hərəkət etməyə çağırırdı" (Cəfər Cəfərov. "Azərbaycan teatrı", 1974)

Cəlil Məmmədquluzadə "Ölülər" pyesini 1909-cu ildə bitirmişdi və ən böyük arzusu da o idi ki, bu əsər səhnəyə yol açsın. Amma Mirzə Cəlil bu arzusuna yeddi il sonra yetə bildi, Məlum məsələ idi ki, bu əsərin tamaşaya qoyulması böyük maniələrlə qarşılanacaqdı, Üstündə Şeyx titulu olan Nəsrullahın belə rüsvayçı nümayişi ruhaniləri hədsiz dərəcədə qəzəbləndirə bilərdi. Ancaq Ərəblinski-Azərbaycan teatrının bu böyük fədaisi heç bir çətinlikdən qorxmadan əsəri tamaşaya hazırladı və bu tamaşa doğrudan da, Azərbaycan teatrının o illərdə çox nadir uğurlarından birinə çevrildi.

Vaxtilə böyük Hüseyn Cavid demişdi ki: "Ölülər"in hər bir təğəssümündən acı bir fəryad qopur". "Ölülər" Mirzə Cəlil dramaturgiyasının zirvəsidir və bu əsər "...cəmiyyətdə, ictimai həyatda ölülük əleyhinə yazılsışdır. Yenidiri olan hər şeyə qarşı çıxmaqdır-ölülük! Mənəvi dirilikdən, ictimai fəaliyyət diriliyindən, vətəndaşlıq diriliyindən məhrumluq deməkdimr-ölülük! Bir sözlə, diri adlanmaq üçün ən adi, fəqət ən zəruri olan hər şeydən məhrumlardır-ölülər!" (Yaşar Qarayev).

"Ölülər"təkcə Azərbaycan dramaturgiyasının deyil, həm də dünya dramaturgiyasının şah əsərlərindən biridir. Mirzə Cəlilin böyük məharətlə yaratdığı bu əsər indimüasirliyi saxlayır və nə qədər ki, "diri ölülər" yaşar, nə qədər ki, mənəvi cəhalət hökm sürər, "Ölülər"in acı sarkazmı bitməz. Nə qədər ki, cəmiyyətdə, insanlar arasında mənəvi düşgünlük, pula, var-dövlətə, yalana meyl var Şeyx Nəsrullahlar peyda olacaq. Nə qədər ki, zəmanə İscəndər kimi ayıq düşünən insanları təkliyə, öz dərdini içində çəkməyə məcbur edəcək, Şeyx Nəsrullahlarp mahir hipnozçu kimi adamları mənəvi əsarətdə saxlayacaq.

Mən böyük rejissorumuz Tofiq Kazımovun quruluşunda hazırlanan və 60-cı illərdə Akademik teatrda böyük uğur qazanan "Ölülər"ə tamaşa etmişəm. Məlik Dadaşovun Şeyx Nəsrullah, Həsən Turabovun İsgəndər obrazlarını necə məharətlə oynadıqlarının şahidi olmuşam. Və mənə elə gəlirdi ki, "Ölülər"in səhnə təcəssümünü bundan gözəl heç vaxt görə bilmərəm. Çox təəssüf ki, o tamaşa da öz ömrünü başa vurdu, amma mən yenə o fikirdəydim. Amma çox sonralar Lənkəran teatrında da mərhum rejissor Baba Rzayevin quruluşunda "Ölülər" dirilik qazandı. Bir əyalət teatrında belə bir uğurlu tamaşa göstərəsən (bu tamaşa dəfələrlə Azərbaycan televiziyasında da nümayiş etdirildi), doğrusu, məəttəl qalmalı idi. İndi mərhum deməyə dilim gəlmədiyi Əməkdar artist Nazir Əliyev Şeyx Nəsrullah obrazını necə də məharətlə, az qala Məlik Dadaşov səviyyəsində ifa edirdi.

Nəhayət, 24 iyun-bizim yaşadığımız 2016-cı ildə Akademik teatrda yeni "Ölülər"i gördük.Proqramda yazılmışdı: "Bizim bu tamaşamız "Ölülər" əsərinin Hüseyn Ərəblinskinin ilk səhnə quruluşunun 100, Tofiq Kazımovun 1966-cı il səşnə quruluşunun 50, Xalq artisti Nurəddin Mehdixanlının 60 illiyinə həsr olunub".

"Ölülər"in yenidən teatra gəlişi təbii ki, sənətsevərlərin ürəyincə idi. Bizim klassik əsərlərin Azərbaycan teatrlarının səhnəsində əvvəlki onilliklərlə müqayisədə repertuarda az yer tutması doğrudan da təəssüfedici haldır. Qoy bu barədə biz tamaşaçılar yox, teatrların rəhbərləri düşünsünlər.

Tamaşadan öncə "Ölülər"in yeni quruluşçu rejissoru və rəssamı Azər Paşa Nemətov çıxış etdi.Sonra akademik İsa Həbibbəyli Mirzə Cəlilin bu şah əsərinin taleyindən, onun müasirliyindən və 100 illik səhnə "tərcümeyi-halı"ndan söz açdı. Sonra tamaşa başlandı.

Təbii ki, bu, Tofiq Kazımovun tamaşasına bənzəmirdi. O səbəbdən ki, üstündən illər keçib, teatrımızda nə Məlik Dadaşov, nə də Həsən Turabov kimi bənzərsiz aktyorlar var. Amma zaman keçib, meyarlar, zövqlər dəyişir və indi teatrda o ənənə davam edir. Amma ənənəyə kortəbii baxış da yox. Azər Paşa Nemətov istedadlı bir rejissordur, hər tamaşasında təzə söz deməyə can atır və əksər hallarda buna nail ola bilir. "Ölülər" tamaşasında da biz bunu hiss edə bildik. Mirzə Cəlilin bu əsəri öz janrına görə tragikomediyadır, yəni bu əsərdə, sadə dillə desək, qəhqəhə və gülüşlə bir sırada tragik məqamlar da az deyil. Uzun illər bu əsəri komediya adlandırmışlar. Lakin Mirzə Cəlil komik obrazların arxasında gizlənən faciələri, dəhşətli həqiqətləri də görür.

Şeyx Nəsrullah rolunu Xalq artisti Nurəddin Mehdixanlı oynayırdı. İllər boyu biz Nurəddinin ifasında qəhrəman rollarını görmüşük. Cəngavərlik pafosu, igidlik, cəsarət simvolu olan rollar oynayıb və şəxsən mə nonu Sabir Rüstəmxanlının ssenarisi əsasında hazırlanan "Cavad xan" bədii filmində görəndə heyranlığımı gizdədə bilmədim. Tarixi Cavad xan sanki dirilmişdi və Nurəddinin simasında yenidən doğulurdu. Ancaq Şeyx Nəsrullah hara, Nurəddin Mehdixanlı hara? deyə düşünürdüm. Çünki Şeyx Nəsrullah "Ölülər"də başlıca iki fiqurdan biridir. "Çünki Şeyx Nəsrullah ölçüsü-xüsusi ölçüdür. Bu ölçünün qüdrəti-başqa meyarları inkar edir. İnsan özünü itirəndə -Şeyx Nəsrullah peyda olur". Məlik DadaşovNazir Əliyev Şeyx Nəsrullahı məhz "xüsusi ölçü" ilə oynamışlar. İnsafən, Nurəddin Mehdixanlı bu "xüsusi ölçü" müəyyən dərəcədə qoruya bildi. Ona görə "müəyyən dərəcədə" deyirik ki, Nurəddin Mehdixanlı bəzən Şeyx Nəsrullahın aktyorluğunu (Şeyx kütləvi psixoz ustasıdır) yox, öz aktyorluğunu nümayiş etdirirdi. Sehirli məktub vasitəsilə təsəvvürlərdə ilahiləşən Şeyxi oynayanda Nurəddin öz məharətini göstərə bildi. Amma hərdən Şeyxə məxsus olmayan çığırtılar, qışqırıqlar bu ahənci azca da olsa, pozurdu. Nurəddin Şeyxin insanlara aşıladığı qorxu hissini çox gözəl ifadə edirtamaşada da bu reallıq gözlənilir. Bir İsfahan lotusunun bütün "məharətini" göstərmək üçün Nurəddin əlindən gələni edir. Avam kütləni gah qorxutmaq, gah məst etmək, gah ağlatmaq ustalığını nümayiş etdirir. Təbii ki, sonrakı tamaşalarda Nurəddinin oyununda təkmil variantlar da peyda olacaq. Cavad xandan Şeyx Nəsrullaha dönüş təbii ki, asanlıqla baş vermir və Nurəddin Şeyxin hələ özü üçün açılmamış potensialını üzə çıxaracaq.

İsgəndər obrazını gənc aktyor Anar Heybətov oynayırdı. Vaxtilə, "Ölülər"in ilk tamaşasında İsgəndər rolunu ifa edən Mirzağa Əliyev deyirdi: "İsgəndərin ayağı altında möhkəm bir zəminin olmaması, son dərəcə doğruçu və səmimi bir adam olduğu halda, tamamilə tənha qalması məni narahat edirdi. Halbuki, o, komediyada yecanə adamdır. Buna görə də Hüseyn Ərəblinski mənə İsgəndərin öz dərdini ovutmaq üçün çox içməsinə aludə olmamağı məsləhət görürdü. Çünki İsgəndərin içmsəi surətin ikinci dərəcəli bir cəhətidir, onun məişətinə məxsus olan bir keyfiyyətdir. Əsas məsələ bu surətin dərin fəlsəfi mündəricəsini, yeni, işıqlı, günəşli bir həyatın həsrətində olduğunu göstərməkdən ibarət idi".

Azərbaygan ədəbiyyatşünasları, teatrşünasları İsgəndər obrazı (həm pyesdə, həm də səhnədə) haqqında çox yazıblar. İscəndər dünya ədəbiyyatının qeyri-adi tragikomik obrazlar silsiləsinə aiddir. Sərxoş İsgəndər ayıq İsgəndərdən daha güclü və qüvvətlidir. Pyesin sonunda onun ittihamları əslində, qəhrəmanlıq faciəsidir.

Anar Heybətov bu rolu o qədər də pis oynamadı. Yəni İscəndər obrazının bu vaxta qədər dəyişilməz cizgilərini canlandırdı. Səhnədə yeni İsgəndərlərin meydana gəlməsini alqışlayırıq. Təbii ki, onun İsgəndəri daha da kamilləşə bilər.

Tamaşada "müasirləşdirmək" meyllərinə yalnız bir məqamda təsadüf etdik. Klassik əsərlərə "bu günün tələbləri ilə" nəsə "müasir" səslənən epizodlar, səhnə hərəkətləri, hətta mətndən kənar dialoqlar artırmaq zənnimizcə, çox zaman yerinə düşmür. Bu tamaşada Şeyx Nəsrullah və Şeyx Əhməd adamların ölülərini "diriltmək" səhnəsində rüşvət yığırlar. Pullar qutuya tökülür. Rüşvətin hələ də kökünün kəsilmədiyi, "arxadan vurulan bıçaq" rolunu oynadığı, rüşvətxorların Rəsul Rza şerində "Binamusoviç" kimi damğalanması bəlkə də tamaşanın həmin məqamı üçün "müasir" səslənə bilər. Amma klassik "Ölülər" bu epizodu inkar edir.

Tamaşada teatrın gənc və yaşlı aktorlarının birgə çıxışları maraqlı alınır. Kazım Abdullayevin Hacı Həsəni, Laləzar Mustafayevanın Kərbəlayı Fatması, Sabir Məmmədovun Hacı Ğaxşəlisi, Mirzə Ağabəylinin Hacı Kərimi, Əjdər Həmidovun Hacı Kvzımı, Rafiq Əzimovun Məşədi Orucu, Hacı İsmayılovun Müəllimi...göstərir ki, "köhnə qvardiya" hələ sənət potensialını itirməyib.

Ölməz bəstəkar Qara Qarayevin məxsusi "Ölülər" üçün vaxtilə yazlığı musiqiyə isə söz ola bilməzdi.

Bir sözlə, klassikaya- "Ölülər"ə yeni qayıdış uğurludur. bu məqamda ulu öndər Heydər Əliyevin vaxtilə əsər haqqında söylədiyi bir fikirlə yazıya son qoymaq istərdik: "Ölülər" əsərindən uzun mülləıt din əleyhinə istifadə edilibçox hallarda o, din əleyhinə yazılan bir əsər kimi qəbul olunmuşdur. Ancaq Mirzə Cəlil bu əsəri yaradarkən heç də dinə müxalif çıxmayıbdır, əksinə, bu əsərdə dinin xalqımıüz üçün nə qədər böyük mənəvi dəyər olduğunu sübut etməyə çalışmışdır. Eyni zamanda o, dini təhqir edənləri, dindən istifadə edib fırıldaqla məışğul olanları ifşa edib, tənqid atəışinə tutubdur".

 

Ədalət.- 2016.- 6 iyul.- S.4.