Əjdər Olun “Canlı lətifələr...”i Rusiyada
Tanınmış yazıçı və şair Ədər Olun "Canlı lətifələr, əhvalatlar,
deyimlər” kitabı "Êðûëàòûå ñëîâà, èçðå÷åíèÿ, ýïèçîäû èç æèçíè íàøèõ çíàìåíèòûõ è ðÿäîâûõ ñîâðåìåííèêîâ/ Məşhur və sıravi müasirlərimizin
həyatından qanadlı sözlər, deyimlər, əhvalatlar ” adı ilə Moskvanın məşhur "Xudojestvennaya
literatura” nəşriyyatında işıq
üzü görüb.
Adalet.az xəbər verir ki, kitabı
rus dilinə çevirən və " Tərcüməçidən” başlıqlı
ön sözün müəllifi, əməkdar incəsənət
xadimi, qocaman tərçüməçimiz Siyavuş Məmmədzadədir. Eyni zamanda, nəşrdə
müəllifin "Kitaba
dəvət” adlı kiçik yazısı da yer alıb.
256 səhifəlik,
qalın üzlü və nəfis poliqrafiya ilə çap edilən kitab nəşrə Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzi
tərəfindən hazırlanıb. Nəşrin məsləhətçisi
Səlim Babullaoğlu,
redaktoru N. Jilsova, nəşrə məsul
N. Bazanova, dizayn və bədii tərtibatçı
isə Q. Kotlyarovadır.
"İştirakçı
qismində xalqdır”
epiqraflı
"Tərcüməçidən”
yazısında Siyavuş
Məmmədzadə yazır: "Qanadlı sözlər, deyimlər, əhvalatlar yazılmış üz qabığına ötəri
nəzər salanlara ilk baxışdan
elə gələ bilər ki, bu kitab yalnız
əyləndirmək üçün
nəzərdə tutulan
bir oxu vasitəsi,
kitabdır. Amma burdakı gülüş,
təbəssüm saçan
yumor dolu hadisələr oxucunu heç də yalnız güldürmək,
şənləndimrək və
əyləndirmək məqsədi
güdmür. İstedadlı
və itigözlü müəllifin uzun illər ərzində apardığı qeydlərdə
başqalarından eşitdiyi
və bilavasitə gördüyü, şahidi
olduğu elə hadisələr həkk olunub ki, rəngarəngliyinə,
əlvanlığına rəğmən
milli varlığı,
varolmanı sanki bənd-bənd faş edən ciddi, dəruni əsəb hüceyrəsini gizlədir
özündə...”
Nəşrin
məsləhətçisi, Bədii Tərcümə Mərkəzinin
sədri Səlim Babullaoğlunun fikrincə,
kitabın Moskvada nəşri Azərbaycan
ədəbiyyatı adına ciddi uğurdur: "Rus nəşrinin
olması olduqca sevindiricidir.
Bu kitab daha əvvəl Türkiyədə də nəşr
edilmiş və böyük
oxucu marağına səbəb olmuşdu. İndi isə rus nəşri baş tutdu. Rus auditoriyası
fikrimcə kitabı maraqla
qarşılayacaq. Çünki bu auditoriya Faina
Ranevskayanın, Arkadi Raykinin
və onlarla başqalarının dillər
əzbəri olan "bədii
zarafat”ları ilə tanışdır. Düşünürəm
ki, Əjdər Olun
kitabı Moskva mühitində yetərincə
uğurla qarşılanacaq, oxucu marağına səbəb olacaq. Çünki
Əjdər Ol nasir kimi, hekayə ustası kimi
çağdaş ədəbiyyatımızın
əvəzolunmaz ismidir. O, milli
ədəbiyyatımızda "portret-hekayə”
janrının banisidir və əslində
mən Əjdər Olun bu
kitabını onun bənzərsiz portret hekayəçiliyini doğurmuş
fenomen hesab edirəm.
"Kitaba dəvət” yazısında
müəllif bu
kitabını bitmiş hesab
eləmir. Elə mən də istəməzdim ki,
nə bu əhvalatlar, nə də hekayələr
bitsin, əksinə istərdim ki, Əjdər Ol bu əhvalatları həmişə
yazsın...
Şəfa,
Ş.
Ədalət.- 2016.- 20 iyul.- S.4.