"Qəzəl de ki,
məşhuri-dövran ola"
Şərq ədəbiyyatında ən çox işlənən və demək olar ki, əsrlər boyu şeir formaları içərisində
populyarlığını itirməyən qəzəlin
vətəni Ərəbistandır.
Mərhum ədəbiyyatşünas,
professor Azadə Rüstəmovanın "Klassik
Azərbaycan poeziyasında
qəzəl" monoqrafiyasında
bu haqda xeyli maraqlı bilgilərlə qarşılaşırıq.
Müəllif yazırdı: "Dövrümüzə
qədər gəlib çatmış faktik materiallar ərəb qəzəlinin ilkin nümunələrini qəsidələrin
nəsib hissəsi şəklində bizə
təqdim edir. Buradan da tədqiqatçılar
VII əsrə qədərki
ərəb poeziyasında
qəzəlin müstəqil
bir şeir növü olmayıb, qəsidənin mütləq
tərkib hissəsinə
daxil olduğu və ondan nəşət
aldığı nəticəsinə
gəlirlər. Ərəb ədəbiyyatında
ilk qəzəlxan şair
Ömər ibn Əbu Rəbiə
(655-712) sayılır". Azadə xanım qəzəl haqqında ilk
fikir söyləyən
müəllifi də bizə nişan verir: "Orta əsrlərin ədəbiyyat
nəzəriyyəsinə dair
kitablar içərisində
ilk dəfə qəzəlin
tərifinə IX-X yüzilliklərdə
yaşayıb-yaratmış Qüdamə ibn Cəfərin "Nəqd-əş-şeir"
əsərində təsadüf
edirik: "Qəzəl
-gbu məhz məhəbbət deməkdir,
qadınlara olan çılğın sevgi
haqqında hekayətdir".
Amma illər, əsrlər keçəcək,
qəzəlin mövzu
dairəsi genişlənəcək,
dini, fəlsəfi, ictimai-siyasi və s. temalarda da bu
janrın gözəl
nümunələri yaranacaq.
Azərbaycan ədəbiyyatında ilk qəzəl nümunələrini
XI əsrdə Qətran
Təbrizi yaratmışdır.
Sonrakı əsrdə isə
Nizami Gəncəvi, Xaqani Şirvani, Əbülüla, Fələki,
Mücirəddin Beyləqani,
Qivami Mütərrizi kimi qəzəl şairləri öz istedadlarını nümayiş
etdirmişlər. Onların
yazdığı qəzəllər
əsasən fars dilində idi, çünki o zaman fars dili
hakim ədəbi dil idi. Azərbaycan dilində ilk qəzəlin
müəllifi XIII əsrin
sonları, XIV əsrin
əvvəllərində yaşamış
Həsənoğlu olmuşdur.
Bundan sonra qəzəl janrı klassik poeziyamızın ən aparıcı şeir formasına çevrilmişdir.
XIV əsrdə Qazi Bürhanəddin və İmadəddin nəsimi,
XV-XVI əsrlərdə Kişvəri,
Həbibi, Süruri, Bəsiri, Hamidi, Xəlili, Xəzani, Şahi, Şah İsmayıl Xətai və nəhayət Füzuli kimi qəzəl ustadları yetişir. Bunlardan Nəsiminin, Xətainin və Füzulinin qəzəlləri öz bədii mükəmməlliyi
ilə daha çox diqqəti cəlb edir. Azərbaycan poeziyası Füzulinin ana dilində yazdığı qəzəlləri
ilə bir yüksəliş dövrü
keçirir. Füzulinin "Leyli və Məcnun"
poemasında "Qəzəldir
səfabəxşi-əhli-nəzər, Qəzəldir güli-busitani-hünər.
Qəzəl de ki, məşhuri-dövran ola, Oxumaq da, yazmaq da
asan ola" misraları qəzəlin necə populyar, insan hisslərini, həyata, gözəlliyə
münasibətini ifadə
edən bir janr olduğunu sübut edir. Füzulidən sonra da qəzəlin bir çox ustadları yetişdi - Saib Təbrizi, Qövsi Təbrizi, Seyid Əzim Şirvani, Natəvan, Nəbati kimi qəzəlxanlar bu klassik formanın əzəmətini, möhtəşəmliyini
qoruyub saxladılar. Nəhayət, XX əsrdə qəzəlin
son mogikanı-Əliağa Vahid kimi bir
ustad xalqın çox sevdiyi bir qəzəlxan kimi məşhurlaşır.
Onun qəzəllərində doğma
dilimizin gözəllikləri,
incəliyi, zərifliyi
əks olunur, muğam ifaçıları
Vahid qəzəllərini
dünyaya yayırlar.
Sovet dönəmində qəzələ
qarşı müəyyən
təzyiqlər olsa da, qəzəl yenə də yaşadı. Süleyman
Rüstəm və Mirmehdi Seyidzadə, daha sonralar Əliağa
Bakir, Ələkbər
Şahid, Seyidağa, Hacı Mail, Hacı Ələmdar, Şahin Fazil kimi şairlər
qəzələ yeni ruh, yeni məna
çalarları gətirdilər.
İndi bu ənənəni müasir Azərbaycan poeziyasında davam etdirən yeni qəzəl şairləri
yetişir. Xüsusilə cavanlar arasında da (İlqar Fəhmi, Əvəz Qurbanlı, Arif Buzovnalı, Sona Xəyal, Yasin Xəlil) qəzələ
meyl artır. Son illərdə öz
qəzəl yaradıcılığı
ilə diqqəti cəlb edən şairlərdən biri də Cəlilabadda yaşayıb-yaradan Mirkamil
Mirxəliloğludur. O, artıq iki "Divan"ın müəllifidir.
Bu "Divan"larda əsas yeri onun qəzəlləri tutur.
Mirkamil deyir ki, məni klassik
poeziyaya, qəzəl dünyasına məhəbbətim
ilk gənclik illərindən
başlayıb. Ən çox oxuduğum
şair Seyid Əzim Şirvani idi.
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm,
aləmdə səsim
var mənim.
Seyid Əzim
Füzuli ənənəsini
yaşadan, bu ənənələrə yeni
çalarlar gətirən,
yeni bir qəzəl sarayı ucaldan bir ustad
idi. Həm yaşadığı XIX əsrdə, həm də XX əsrdə Seyid Əzim yaradıcılığı qəzələ
meyl edən bütün şairlər
üçün bir məktəb rolunu oynamışdır. Mirkamil Mirxəliloğlu
da Seyid Əzimdən, onun qəzəl yaradıcılığından
ilham alaraq bu janrda qələm
sınamağa cəsarət
edir. Özü də qəzəllərini
də ustada hörmət əlaməti
olaraq Seyyid təxəllüsünü götürür.
Əlbəttə, Mirkamil Seyid
Əzim zirvəsinə
yüksələ bilməz,
bunu özü də etiraf edir. Amma onun qəzəllərində
Seyid Əzim ruhu yaşayır.
Sidqirni gəl yara bağla,
ey könül, nar istəmə,
Haqq olan varlığı tap, özgə olan yar istəmə.
Aşiqin
məşuqədən gizli
təmannası olar
İstəyi bəqada al, aləmdə gülzar istəmə.
Bu cahan mülkü təkəbbür əhlidir,
kəmdi yolu,
Gəl uzun yolda könül, çiçəksiz bahar
istəmə.
Seyyidi, müşgülləri həll
eləyən o Həqqidən,
İstə şər nə istəsən, təkəbbürü
var istəmə.
Qəzəllərindən hiss olunur ki, Mirkamil klassik
poeziyaya, xüsusilə,
qəzəl yaradıcılığına
yaxşı bələddir,
qəzəllərində əruzun
müxtəlif bəhrlərindən,
ölçülərindən istifadə edir, əksərən klassik qəzəl leksikasına sadiq qalır. Qəzələ məxsus olan
musiqililik, ritm və poetik səliqə-səhman onun
şeirlərində də
əsaslı şəkildə
hifz olunur. Özü də çalışır
ki, bir qəzəldə
beytlər arasında məntiqi ardıcıllıq
prozulmasın, rabitə
qırılmasın.
Xanə-xanə sürünüb öpdüm
qədəmindəın, gülüm,
Necə əsir etmisən, çıxmam kəməındindən,
gülüm.
Bu zəmanə bağrımı
bölmüş neçə
xanələrə,
Xanələri sanginən eşqə hərəmindən, gülüm.
Sən müqəddəssən, gülüm,
könlüm sənə
zəvvar olub,
Nə ola könlüm
tapa şəfa hünərindən, gülüm.
Seyyidəm, eşq aləmində
xanələr odlamışam,
Şahisən xanələrin, gördüm
qəmərindən, gülüm.
Mirkamilin qəzəllərində əsas
mövzu eşqin tərənnümüdür. Təbii ki,
onun təsvir etdiyi Aşiq bu günün insanıdır, amma bu Aşiq bu
günün eşq-məhəbbət
duyğularını klassik
poeziya ənənələrinə
uyğun olaraq dilləndirir. Elə bil
ki, bu günün
Aşiqi Füzuli, Seyid Əzim dövrlərindəki qiyafədədir.
Röyamda sənin xətt
olan ruxsarına baxdım,
Yuxum biyaban oldu ki, seyranına
baxdım.
Qovruldu ürək, könlümü
yəğmayə çəkəndə,
Ondan ötüşüb
köksümün ümmanına
baxdım.
Əgər belə demək
mümkünsə, Mirkamilin
qəzəllərində biz müasir Məcnunun könül dünyası
ilə tanış
oluruq. Onun şikayətləri də xoşdur, sevincləri də. Aşiq bu sevgidən zövq alır, həyatını sevgidən
ayrı təsəvvür
etmir.
Zülfünü həlqə edib
boynuma salmır, xoş olam,
Mənə qəsd etmək üçün bağrımı
al qanə çəkir.
Bax atəşimə kənaridən,
həzz al,
Gündüzlər məşələm, gecələr
çıraq.
Mirkamilin qəzəllərində ürfan
poeziyasından gələn
təsirlər də özünü göstərir. Bu qəzəllərdə Tanrıya
qovuşmaq, zərrənin
küllə qayıtmaq
arzusu ilə qarşılaşırıq. Hiss olunur ki, o, sufiliyin məqamları
ilə tanışdır.
Həqq yolunu, Allaha inam və
ibadəti seçib, bu yola sadiqdir:
Həqqə iqtida edən Seyyidə fəsanə demə,
Böylə hal ilə sənə
aşiqəm, canan deyiləm.
İndi XXI əsrdir ıə bizim qəzəl yazan şairlərimizin əksəriyyəti oxucuların anlayacağı, başa düşdükləri dildə şeirlər yazırlar. Çünki qəzəldə xəlqilik, sadəlik onun əsas dil faktorudur. Mirkamilin qəzəllərində iki meylə rast gəlirik. Bir qisim qəzəllərində o, sadəliyə meyl edir, olsun ki, həmin qəzəllərdə bir neçə ərəb, fars sözləri də olsun, amma oxucu üçün çətinlik yaratmır. Məsələn:
Xəttat səni Leyla, məni Məcnun yaradandan,
Hicran odu qəlbimizi qanə çəkibdir.
Sənin yanağında xalı nəqqaş elə çəkmiş,
Əllə demirəm, çəkdiyin əfsanə çəkibdir.
Başa düşülür. Bir neçə əcnəbi söz olsa da. Amma bir qisim qəzəllərində isə klassik poeziyada işlənən və bu gün üçün arxaik sayılan sözlərə, ifadələrə, tərkiblərə də yol verilir. Bundan çəkinmək lazımdır. Onun qəzəllərində işlənəın "salar", "simacət", "bədayət", "türab", "müəlla", "amannamə", "fətfa", "əzhar","hüsnan", "ətşan" və s. bu qəbildən olan sözlər mətndə anlaşılmır. Mirkamil mümkün qədər sadəliyə meyl etməlidir. Dilimizin imkanları o qədər də aşağı deyil ki, çətin ərəb-fars sözlərinə uyasan.
Mirkamil Mirxəliloğluna yaradıcılıq uğurları arzulayaq. İnanaq ki, o, qəzəl dünyamızda ikinci Seyid şansını qaçırmasın...
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət.-2016.- 29 iyul.- S.3.