ZAQATALA: GÖZƏLLİKLƏR DİYARINDA İNKİŞAFIN TƏNTƏNƏSİ

 

"...Şəhərin abadlaşdırılması prosesi gedir, tikinti gedir. Yəni, burada hər cür sosial infrastruktur mövcuddur. Bu məqsədlər üçün vaxtaşırı vəsait ayrılır. Bundan sonra da ayıracağıq".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

Ovsunçu - Zaqatala fenomeni

Həqiqətən belədir, hər dəfə Zaqataladan söz düşəndə ilk olaraq bu yurdun qədimliyindən, təbiət gözəlliklərindən, qəsəbə kəndlərin abadlığından Zaqatala şəhərinin qədim ənənələr üzərində daha müasir modern inkişafından danışılır. Gerçək budur, bütün bunlar elə belədir ki, var. "Qızıl güllər diyarı" adlandırdığımız füsunkar Zaqatala elə özünəməxsus siması yaşam tərzi ilə həmişə diqqət mərkəzində olur.

Doğrudur, Zaqatala öz gözəlliyi ilə sanki bir ovsunçudur, görənləri dadlı bir cazibəyə çəkərək nağıl şirinliyi bəxş edir. Bəzən təbiət gözəllikləri ilə urbanik şəhər düzəni qovuşub Tanrı möcüzəsini xatırladır, əfsanələrə çəkir. Ancaq bütün hallarda Zaqatala həm zəhmətsevər, mədəni həyata, müasirliyə təşnəli insanları bərəkətli torpaqları ilə şöhrət qazanıb. Buraya gələn qonaqları, xarici turistləri daha çox valeh edən elə bəlkə bu kompleks, bu fenomendir.

Möhtərəm, sevimli Prezident

Cənab Prezidentin Zaqatalaya səfərləri çox olub. Burada görülən işlərdən, inkişafdan həmişə razılıq edib. Rayon rəhbərliyi ilə, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşləri zamanı olduqca xoş sözlər söyləyib. Zaqatalanın respublikada ən çox inkişaf etmiş rayonlardan biri olduğunu ideal gözəlliyini xüsusi vurğulayıb. Təbii ki, bütün bunlar zaqatalalıları daha da ruhlandırıb ruhlandırır. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, təcrübəli dövlət məmuru Mübariz Əhmədzadə həmin səfərlərdən məlum zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəsna qayğı diqqətindən söz düşərkən deyir: Möhtərəm Prezidentimizin xalqına sevgisi, qayğı diqqəti hamımıza qürur yaşadır. O vaxtlar bölgədə, əsasən Zaqatala Qax rayonlarında baş verən təbii fəlakətdən sonra cənab Prezidentin çox böyük, həm olduqca təvazökar münasibəti xarici ölkələri təəccübləndirmişdi. Böyük miqyaslı dağıntının tez bir zamanda aradan qaldırılması üçün dövlətimiz heç kimdən kömək ummayaraq özü nümunəvi tədbirlər gördü. Möhtərəm Prezidentimizin göstərişi ilə dağıntıların yerində Avropa qəsəbələrinə oxşayan ən müasir tikililər ucaldıldı bu dağlar sanki daha da gözəlləşdi, daha cazibədar göründü. Təkcə bunlar deyil ki, son illər Zaqatalada görülən işlərin, buradakı inkişafın hamısı cənab Prezidentin adı ilə bağlıdır, onun qayğısının nəticələridir. Biz camaatla birlikdə ölkə rəhbərinin bu qayğı diqqətinə cavab olaraq davam edən quruculuq işlərində daha fəal olmağa, göstərilən etimadı doğrultmağa çalışırıq. Bütün Zaqatala camaatı cənab Prezidentə minnətdardır...

Bütünləşən inkişafın ruh yüksəkliyi

...Tədbirlər, yığıncaqlar da böyük ruh yüksəkliyi ilə yaşanır davam edir. Necə ki, 2016-cı ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağında söylənən fikirlər kimi. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məruzə ilə çıxışında demişdir:

- İyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini, Azərbaycanda isə uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi.

Bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayan Prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən danışdı, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, qeyri-neft sektorunda 2,4 faiz, o cümlədən sənayedə 0,6, kənd təsərrüfatında isə 3,0 faiz artımın müşahidə olunduğunu qeyd etdi. Bildirdi ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi yeri açıldığını, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görüldüyünü, "2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq", - deyən dövlətimizin başçısı strateji enerji nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirdi.

Prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı ixracyönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verdi dedi ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlətimizin başçısı son illərdə Bakıda keçirilən beynəlxalq tədbirlərin, həmçinin Formula-1 Avropa Qran-prisinin ölkəmizdə turizmin inkişafına ciddi dəstək verdiyini bildirdi. Bundan əlavə, Prezident İlham Əliyev "ASAN xidmət"in fəaliyyətinə toxunaraq artıq bu quruma yarandığı vaxtdan indiyə qədər 10 milyon müraciət edildiyini, ölkədə 9 "ASAN xidmət" mərkəzinin fəaliyyət göstərdiyini, bu il isə Masallı Qəbələdə yeni mərkəzlərin yaradılacağını diqqətə çatdırdı. Əsassız yoxlamaların azaldılması ilə bağlı verdiyi tapşırıqların müvəffəqiyyətlə icra olunduğunu deyən Prezident İlham Əliyev 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə etdi.

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDZADƏ

Ədalət.-2016.- 29 iyul.- S.3.